1700 manat məvaciblə Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Baş Mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Beta Azerbaijan

Əmək Haqqı: 1500 – 1700 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: (012) 408-66-95
  • E-mail: post@beta.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: 08.06.2019
Vakansiya barədə məlumat

Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə: 08:30-dan 18:00-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir


Teleqram kanalımıza üzv olun


Baş Mühasib üçün tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
-B alansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi foto ilə birlikdə post@beta.az ünvanına “Baş mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə Həcc ziyarətinə gedənlərdən Vergi alınacaq

posted in: Vergi, Xəbər | 0

Tacikistanda Həcc ziyarətinə gedənlərdən vergi tutulacaq.


Tacikistan Parlamentinin aşağı palatası hökumətin təklifi əsasında “Digər büdcə ödəmələri öhdəlikləri haqqında” Qanuna düzəlişi qəbul edib.

Maliyyə Naziri Fayziddin Qəhharzadənin sözlərinə görə, düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilər dövlət rüsumu ödəməli olacaqlar: “Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər”.


Teleqram kanalımıza üzv olun


Nazir qeyd edib ki, Böyük Vətən müharibəsi veteranları, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, birinci və ikinci qrup əlillər, 16 yaşadək uşaqlar və diplomatlar bu vergi ödəməkdən azaddırlar.
Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdsız ödənişlərin həcmi artıb

posted in: Xəbər | 0

nağdsızNağdsız ödənişlərin həcmi artıb


2019-cu ilin mart ayında debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 234 milyon manat artıb. Mərkəzi Bankın statistikasına əsasən, bu il aprelin 1-dək həmin əməliyyatların həcmi 1 milyard 771 milyon manata çatıb. Fevral ayında bu göstərici 1 milyard 537 milyon manat olub.

Martda ölkədaxili nağdsız ödənişlərin həcmində də artım olub, kartlar vasitəsilə 310 milyon manat həcmində nağdsız ödəniş aparılıb.

Fevralda bu göstərici 279 milyon manat olmuşdu. Mart ayında həyata keçirilən nağdsız ödənişlərin 181 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 112 milyon manatı POS-terminallar, 17 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşib.


Teleqram kanalımıza üzv olun


Qeyd edək ki, martda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı dəyişməyib – 6 milyon 624 min ədəd. Bunun tərkibinə daxil olan əməkhaqqı kartlarının sayında fevral ayına nisbətən azalma, kredit kartlarında isə artım müşahidə edilib. Əgər fevralda əməkhaqqı kartlarının sayı 2 milyon 85 min ədəd olubsa, martda bu rəqəm 2 milyon 78 minə enib. Kredit kartlarının sayı isə 779 mindən 786 minə qalxıb.

Onu da deyək ki, 2019-cu ilin mart ayında ölkədə istifadə edilən bankomat və POS-terminalların sayı artıb. Fevral ayında əhaliyə xidmət göstərən bankomatların sayı 2.524 ədəd olduğu halda, martda bu göstərici 2.534 ədədə çatıb. Fevralda 66 min 19 ədəd təşkil edən POS-terminalların sayı isə martda 66 min 401 ədəd olub.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı | 0

Mühasib köməkçisi vakansiyaVakansiya: Mühasib köməkçisi

İşəgötürən: Gens Elektrik

Əmək Haqqı: Razılaşma ilə

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: lale.m@genselektrik.com / info@finstaff.az
  • Elanın bitmə tarixi: 03.06.2019
Vakansiya barədə məlumat

– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək
– Mühasibatda ilkin sənədlərin gedişatını aparmaq.
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədləri hazırlamaq.
– Vergi hesabatlarının (ƏDV, Əmlak, Mənfəət ) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Bank, Kassa,Gəlir, Xərc, Əmək haqqı sənədlərinin proqrama daxil edilməsi


Teleqram kanalımıza üzv olun


Mühasib köməkçisi üçün tələblər

– Ali təhsilli
– Qadın işçi
– Mühasibatlıq sahəsində ən az 1-3 il iş təcrübəsi
– Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
– Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı
– Analitik düşüncəyə malik olmalı

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində qeyd etməlisiniz.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.