Peşəkar mühasib Təşkilatı barədə qayda təsdiqlənib

Peşəkar mühasib Təşkilatı barədə qayda təsdiqlənib

Peşəkar mühasib Təşkilatı

Bakı şəhəri, 2 may 2019-cu il

“Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın təsdiq edilməsi haqqında

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının

Baş Naziri                              Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 may

tarixli 204 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Peşəkar mühasib təşkilatının akkreditasiya olunması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını müəyyən edir.
1.2. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) müraciət edən qeyrikommersiya təşkilatlarına şamil edilir.
1.3. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmaq üçün mühasibat uçotu sahəsində aşağıdakı
istiqamətlərdən hər hansı biri üzrə ən azı beş il fəaliyyət göstərməlidir:
1.3.1. beynəlxalq standartların tətbiqi və ya tərcüməsi üzrə xidmət göstərilməsi;
1.3.2. əlavə təhsil üzrə lisenziyası olmaqla, beynəlxalq standartlar üzrə müvafiq təlim və (və ya) imtahanların keçirilməsi.
1.4. Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatlarının siyahısı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

2. Akkreditasiyanın keçirilməsi

2.1. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Maliyyə Nazirliyinə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş ərizə ilə müraciət edir. Həmin ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.1.1. nizamnaməsinin, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri;

2.1.2. bu Qaydanın 2.7-ci bəndinin tələbləri nəzərə alınmaqla, 2 nömrəli əlavəyə uyğun olaraq ən azı 500 (fiziki və hüquqi şəxs) üzvünün və ya 200 peşəkar mühasib sertifikatına malik olan üzvünün olması barədə məlumat forması;
2.1.3. bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq aşağıdakı struktur bölmələrə malik olmasını təsdiq edən məlumat forması və ona əlavə edilmiş təsdiqedici sənədlərin surəti:
2.1.3.1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və (və ya) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə struktur bölmə;
2.1.3.2. mühasiblərin ixtisaslarının artırılması üzrə struktur bölmə;
2.1.3.3. üzvlüklə bağlı yaranmış mübahisələrin baxılması üzrə struktur bölmə və ya müvafiq vəzifə;
2.1.4. üzvlərinin ixtisaslarının artırılması ilə əlaqədar təlimlərin keçirilməsi planına malik olmasını təsdiq edən sənədin surəti;
2.1.5. bu Qaydanın 1.3-cü bəndində göstərilən istiqamətlərdən biri və ya bir neçəsi üzrə ən azı beş il fəaliyyət göstərməsini təsdiq edən sənədlərin surəti.
2.2. Qeyri-kommersiya təşkilatının müraciətinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılır və ərizəçinin akkreditasiyadan keçib-keçməməsi barədə Maliyyə Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilir.
2.3. Peşəkar mühasib təşkilatı müddətsiz akkreditasiya olunur. Peşəkar mühasib təşkilatının akkreditasiya olunması barədə Maliyyə
Nazirliyinin qərarının qüvvəyə mindiyi tarix təşkilatın akkreditasiya olunma tarixi hesab edilir.

2.4. Qeyri-kommersiya təşkilatı tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 2.1-ci bəndinin tələblərinə cavab vermədiyi hallarda həmin təşkilatın akkreditasiyadan keçmədiyi barədə qərar qəbul edilir və səbəbi göstərilməklə qərarın surəti qeyri-kommersiya təşkilatına göndərilir.
2.5. Akkreditasiyadan keçə bilməyən qeyri-kommersiya təşkilatları təkrar müraciət etmək hüququna malikdirlər.
2.6. Peşəkar mühasib təşkilatı hər il üçün növbəti il yanvar ayının 31-dək bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq üzvlərinin sayı barədə Maliyyə Nazirliyinə məlumat təqdim edir.
2.7. 2022-ci il 31 dekabr tarixinədək akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının 2023-cü ilin 31 dekabr tarixinədək ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır. 2022-ci il 31 dekabr tarixindən sonra akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının akkreditasiya olunduğu tarixdən bir il ərzində ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır.

2.8. Peşəkar mühasib təşkilatının adı və hüquqi ünvanı dəyişdirildiyi hallarda, həmin təşkilat on beş təqvim günü müddətində peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısında müvafiq dəyişiklik edilməsi məqsədilə Maliyyə Nazirliyinə yeni adı və hüquqi ünvanı barədə məlumat təqdim edir (təsdiqedici sənədin surəti əlavə olunmaqla). Maliyyə Nazirliyi tərəfindən beş iş günündən gec olmayaraq, peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatlarının siyahısında müvafiq dəyişiklik edilir.

3. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması və ləğv edilməsi

3.1. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması Maliyyə Nazirliyinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir:
3.1.1. peşəkar mühasib təşkilatı tərəfindən onun akkreditasiyasının dayandırılması barədə müvafiq ərizə təqdim edildikdə;
3.1.2. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş məlumatların təqdim edilməməsi və ya
düzgün olmayan məlumatların təqdim edilməsi aşkar olunduqda;
3.1.3. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.7-ci bəndinin tələbləri təmin edilmədikdə;
3.1.4. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinin tələblərinin pozulduğu aşkar edildikdə.
3.2. Peşəkar mühasib təşkilatının akkreditasiyasının ləğv edilməsi Maliyyə Nazirliyinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir:
3.2.1. peşəkar mühasib təşkilatı tərəfindən onun akkreditasiyasının ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə;
3.2.2. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 3.1.2-ci,
3.1.3-cü və 3.1.4-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq akkreditasiya olunmasının dayandırılmasına səbəb olan pozuntular üç ay müddətində aradan qaldırılmadıqda;
3.2.3. peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatı ləğv edildikdə və ya yenidən təşkil olunduqda.
3.3. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması və ya ləğv edilməsi barədə Maliyyə Nazirliyinin qərarının qüvvəyə mindiyi tarix təşkilatın akkreditasiyasının dayandırılması və ya ləğv olunması tarixi hesab edilir.
3.4. Peşəkar mühasib təşkilatı onun akkreditasiyasının dayandırılması və ya ləğv edilməsi barədə Maliyyə Nazirliyinin qərarından
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdir.

____________________________

 

“Peşəkar mühasib təşkilatının
akkreditasiya olunması Qaydası”na

1 nömrəli əlavə

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
___________________________

(təşkilatın adı)

tərəfindən

ƏRİZƏ

Təşkilatımızın peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmasını sizdən xahiş edirik.

Hüquqi ünvanı _________________________________________

Faktiki ünvanı _________________________________________

Təşkilatın rəhbəri ______________________________________
                                        (imza, soyadı, adı, atasının adı)

M.Y.               __________________________
                                          (tarix)

 

 

 

“Peşəkar mühasib təşkilatının

akkreditasiya olunması Qaydası”na

2 nömrəli əlavə

 

MƏLUMAT

_________________________________________________________________________________________________
(qeyri-kommersiya təşkilatının tam adı)

Təşkilatın fiziki şəxs olan üzvlərinin sayı __________________________________

Təşkilatın hüquqi şəxs olan üzvlərinin sayı __________________________________

Təşkilatın “Peşəkar mühasib sertifikatı” almış üzvlərinin sayı _______________________________________

 

Fiziki şəxslər barədə məlumat cədvəli

Sıra

№-si

Soyadı Adı Atasının adı İşlədiyi təşkilatın adı Vəzifəsi İş stajı Qeydiyyat ünvanı Əlaqə telefonu Elektron poçt ünvanı Peşəkar mühasib

sertifikatının nömrəsi

Peşəkar mühasib

sertifikatının tarixi

Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi Üzvlük biletinin və ya sənədinin nömrəsi Üzvlük biletinin və ya

sənədinin tarixi (üzvlüyə qəbul edildiyi

tarix)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

 

Qeyd. İşləməyən və (və ya) peşəkar mühasib sertifikatı olmayan şəxslər barədə
           5-ci , 6-cı, 7-ci, 11-ci və 12-ci sütunlardan uyğun olmayanı doldurulmaya bilər.

 

Hüquqi şəxslər barədə məlumat

 

 

 

Sıra

№-si

Hüquqi şəxsin (təşkilatın) Hüquqi şəxsin (təşkilatın)

rəhbərinin

Üzvlük biletinin və ya

sənədinin

adı hüquqi ünvanı faktiki ünvanı əlaqə telefonu elektron poçt ünvanı soyadı, adı, atasının adı vəzifəsi nömrəsi tarixi (üzvlüyə qəbul edildiyi

tarix)

1 2 3 4 5 6 7 8 9 10

 

Təşkilatın rəhbəri ____________________________________________
(imza, soyadı, adı, atasının adı)

M.Y. __________________________

 

“Peşəkar mühasib təşkilatının
akkreditasiya olunması Qaydası”na

3 nömrəli əlavə

Təşkilatın malik olduğu struktur bölmələr haqqında məlumat

 

Sıra

№-si

Struktur bölmənin (struktur bölmə olmadıqda müvafiq vəzifənin) adı Struktur bölmənin rəhbərinin (struktur bölmə olmadıqda müvafiq

vəzifəni tutan şəxsin)

vəzifəsi soyadı, adı və atasının adı əlaqə nömrəsi

 

Təşkilatın rəhbəri ____________________________________________
(imza, soyadı, adı, atasının adı)

M.Y. __________________________
(tarix)

________________

 

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xoşbəxt insanların uğur formulaları (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Xoşbəxt insanların uğur formulaları


Nigel Cumberland
Heç bir şeyə təəssüflənməyin. xoşbəxt insanların daha 99 qaydası

 

Nigel Cumberland -ın  sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edirik.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğura çatmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

4-cü hissə (3-cü hissəni buradan oxuya bilərsiniz)

Emosional intellektinizi göstərin

Həyatın 10 faizi sizinlə baş verənlərdən və 90 faizi – sizin buna necə reaksiya verməyinizdən ibarətdir.

Çarlz Svindoll  

Siz nə vaxtsa düşünülməmiş reaksiyalarınıza, həmən qəzəbləndiyinizə, paxıllıq etdiyinizə və ya tez qıcıqlandığınıza görə özünüzü qınamısınız? Emosiyalarınıza nəzarəti itirmək sizin həyat uğurlarınızı kökündən məhv edə bilər. Uğurlu və uğursuz insanlar arasında fərq bəzən elə bunda gizlənir.

Zəif emosional intellektin təzahürlərini bizlər çox yerdə müşahidə edirik: kimsə avtobusda söyüş söyür, kimsə ötənlərin gözü qarşısında uşağının üstünə qışqırır, kimsə pis sözlərlə rəisini təhqir edir və işdən çıxmaq barədə ərizəni üstünə tullayır…

Buna baxmayaraq, emosional intellekt – harmonik həyatı təşkil edən bir zərurətdir. Bu yaxşı valideyn, partnyor və ya həmkar olmaq bacarığının əsasıdır. Və əksinə – düşünülməmiş reaksiya bir anda uğurlu karyera, nikah, ailə və ya şəxsi biznesi yerlə-yeksan edə bilər.

Həyatda özünə uğuru təmin etmək üçün, heç kimin məyus etmək, kədərə qərq etmək və qorxutmaq lazım deyil. Bundan ötrü isə emosiyalara nəzarət etməyi öyrənmək lazımdır. Hətta özünüzdən çıxdığınız anlarda belə qəzəbin şiddətinə uymayın, hər şeyi dərk edərəkdən, özünüz üzərində nəzarəti itirmədən edin. Düşünülməmiş reaksiyaları özünüzə yaxın buraxmayın. Axı, həmişə qəfil emosional davranışlarınıza görə üzr istəyərək yaşamaq olmaz.

Özünüzü digər bir adamın yerinə qoyub və situasiyaya onun gözləri ilə baxmaq – bu yüksək emosional intellekt və inkişaf etmiş empatiyanın əlamətidir. Özlərini başqasının yerinə qoymağı bacaran insanlar nadir hallarda özlərinə nəzarəti itirirlər və bu onlara həyatın gətirdiyi hər bir şeyin öhdəsindən gəlməkdə kömək edir.

Emosional intellektharmonik həyatın vacib bir komponentidir.

Fəaliyyət üçün təlimat

Reaksiya verməzdən öncə pauza edin

Baş verənlərə anında və avtomat kimi reaksiya verməyin, axı siz buna görə təəssüflənə bilərsiniz. Həmin dəqiqələrdə, reaksiya verməzdən öncə, hətta düşüncənizdə belə fasilə verməyə çalışın.

Bir neçə saniyə ərzində heç nə deməyin və əgər ayaq üstə dayanmısınızsa, əyləşin, axı biz oturduqda daha təmkinli və sakit oluruq. Hətta  sizdən anında reaksiya gözləsələr belə, vaxtı uzatmağa çalışın və təxminən belə söyləyin: “Düşünmək üçün mənə bir az vaxt verin”.


Teleqram kanalımıza üzv olun


Bizim həddindən artıq emosional reaksiyalarımız – yorğunluq, ifrat iş və ya stressin nəticəsidir. Məşqçi kimi insanlara kömək edərkən, mən onlara problemləri düşünmədən yatmağı və həmin məsələlərə ertəsi günü reaksiya verməyi məsləhət görürəm. Misal üçün, kiməsə xoşagəlməz məktub yola salmaq istəyirsinizsə və bu sizə çox çətin gəlirsə, ən yaxşısı qaralama şəklini hazırlamaq və bir neçə gün gözləmək lazımdır, məktubu göndərməzdən öncə yazdığınızı oxuyib, bir daha düşünmək üçün özünüzə müəyyən zaman ayırın.

Başqalarına qarşı həssas olun

Digərlərinin özünü necə hiss etdiyini və başqalarının sənə nə demək istədiyini başa düşmək – maraqlı qabiliyyətdir. Bizlər bu cür qabiliyyətə məxsus belə insanları uzun müddət xatırlayırıq və məhz, buna görə onları sevirik. Sizi hansı davranış modeli ruhlandırır?

Həqiqətən səmimi olmaq – o demək deyil ki, nəhayət başqa bir insanı başa düşə biləcəksən. Sadəcə bu anlyışı başa düşməyə can atmaq lazımdır. Təbii, öz vaxtını bir başqasına həsr etmək, ona diqqət ayırmaq, onların özünü necə hiss etdiyini və hər şeyin öhdəsindən gəlib-gəlmədiklərini soruşmaq müəyyən cəhdlər tələb edir. Heç vaxt yaxın adamlarınızı yaddan çıxarmayın. Onları dəyərləndirin. Uşaqlar, valideynlər, həmkarlarla söhbətləşmək üçün vaxt tapın.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergidən azad olunmuş gəlirlərə görə vergi orqanına bəyannamə verilməsi

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Vergidən azad olunmuş gəlirlərə görə vergi orqanına bəyannamə verilməsi

Sual:

Fərdi sahibkar kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olur. Onun istehsal etdiyi tərəvəz bazarda satılır.

Bu halda fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim etmədiyi təqdirdə, ona hər hansı cərimə nəzərdə tutulurmu?

Cavab:

Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad edilmiş gəlirlərin bəyan olunmamasına və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, vergidən azad edilmiş gəlir əldə edən şəxs, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir. Fərdi sahibkarın belə gəlirini vergi orqanına bəyan etməməsinə görə ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq ediləcəkdir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məxsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Teleqram kanalımıza üzv olun


Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əvvəllər MDSS hesabatının gecikməyinə görə olan 10% sanksiya hazırda nə qədərdir?

posted in: Xəbər | 0

MDSS hesabatının gecikməyinə görə olan sanksiya.

MDSS sanksiya
Sual: Daha öncə MDSS hesabatının gecikməsinə görə sanksiya 10% təskil edirdi. Hal-hazırda hesabatı gecikdirməyə görə cərimə nə qədərdir?

Cavab: Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq  olunur.

Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.