Baş mühasib tələb olunur

baş mühasib vakansiyaVakansiya: Baş Mühasib

İşəgötürən: AZ-TEX MMC


Baş mühasib üçün tələblər:

– Ali iqtisadi təhsil
– Maliyyə sahəsində iş təcrübəsi
– Yaş aralığı: 24-35
– Dil bilikləri olanlara üstünlük verilir

Şəxsi keyfiyyətlər:

– Kollektivlə işləmə
– Nitq mədəniyyəti
– Yüksək təqdimat bacarığı

Vakansiya üzrə öhdəliklər:

– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar, bütün vergi hesabatlarının göndərilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar
– Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması
– Vergi (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət), DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Rəhbərlik tərəfindən verilmiş müxtəlif tapşırıqların həyata keçirilməsi

İş şərtləri:

– İş vaxtı:  10:00-19:00
– İş günü: 6gün
– Əmək haqqı: 600-800

Şəkilsiz CV-lərə baxılmır. Ünvan: (Nərimanov r., Ə.Rəcəbli 31/5)

Email: muhasib@aztexgroup.az / info@finstaff.az

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi: Hansı fəaliyyət meyarına aid olduğumuzu necə bilməliyik?

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi: Hansı fəaliyyət meyarına aid olduğumuzu necə bilməliyik?

fəaliyyət

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi barədə 

BİLDİRİŞ

Neft-qaz sahəsində fəaliyyət:

Aşağıdakı şəxslərin fəaliyyəti neft-qaz sektorunda fəaliyyət hesab edilir:
  1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ);
  2. ARDNŞ-nin strukturuna daxil olan müəssisələr (bu müəssisələrin siyahısı AR Prezidentinin 24.01.2003-cü il tarixli, 844 nömrəli Fərmanın 2 saylı Əlavəsi ilə müəyyən edilmişdir);
  3. Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə.

Qeyd: Yuxarıda sadalanan şəxslər bundan sonra Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslər kimi qeyd edilir.

  1. Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa mal (iş, xidmət) təqdim edən xarici və yerli subpodratçılar aşağıdakı şərtlər daxilində neft-qaz sektoru hesab edilir:

–  mövcud subpodratçılar üzrə – Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə

–  il ərzində yeni yaradılan subpodratçılar üzrə – təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə.

 

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal (iş, xidmət) təqdim edən şəxslərə mal (iş, xidmət) təqdim edən digər şəxslər (subpodratçının subpodratçısı) üzrə:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa bağlanmış müqavilələr əsasında malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən şəxslərə mal (iş və xidmət) təqdim edən digər şəxslərin (subpodratçının subpodratçısı) fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal: “A” MMC müqavilə əsasında ARDNŞ-nə mal təqdim edir. ARDNŞ-nə mal təqdim edilməsindən əldə olunan gəliri illik gəlirin 70 faizini təşkil edir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilir.

“B” MMC isə müqavilə əsasında “A” MMC-yə malları təqdim edir. Bu halda “B” MMC-nin “A” MMC-yə mal təqdim etməsindən əldə olunan gəlirin həcmindən asılı olmayaraq “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

 

Əvvəlki təqvim ilində neft-qaz sahəsinə aid olan vergi ödəyicisi növbəti ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərmədiyi halda:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə həmin subpodratçıların neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri hesab olunması şərti mövcud subpodratçılara (yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış və qüvvədə olan subpodrat müqaviləsinə əsasən subpodratçı kimi çıxış edən şəxslərə) münasibətdə tətbiq edilir. Növbəti ildə müqavilə üzrə fəaliyyət göstərilmədiyi, yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mallar (işlər, xidmətlər) təqdim edilmədiyi halda həmin şəxslər neft-qaz sektoruna aid edilmirlər.

Misal: “A” MMC-nin 2018-ci il üzrə gəlirlərinin 50 faizindən çoxu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə xidmət göstərməsindən formalaşmışdır. “A” MMC-nin 2019-cu ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış müqaviləsinin müddəti bitmişdir və digər şəxslərə xidmət göstərir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayır.

“A” MMC 2019-cu ildən yeni müqavilələr üzrə Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməyə başladığı halda yeni yaradılan subpodratçılar üçün müəyyən olunmuş meyar üzrə neft-qaz sektoruna aid edilə bilər.

Belə ki, yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq).

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olmayıb, lakin ARDNŞ-nin payçısı və ya səhmdarı olduğu müəssisələr üzrə:

ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanının 2 saylı Əlavəsi ilə müəyyən edilmişdir. ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısına həmin siyahıda olmayan ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslər aid edilmir.

Buna əsasən ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslərin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.  Həmin şəxslərə malları (işləri, xidmətləri) təqdim edən şəxslərin fəaliyyəti bu müqavilələr üzrə əldə olunan gəlirlərinin həcmindən asılı olmayaraq neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal: ARDNŞ-in strukturuna daxil olmayan, lakin 51% paya malik olduğu “A” MMC-yə “B” MMC tərəfindən xidmət göstərilir. “B” MMC-nin “A” MMC-yə xidmətlərin göstərilməsindən əldə etdiyi gəliri onun məcmu gəlirlərinin 100%-ni təşkil edir. Bu halda “B” MMC-nin xidmət göstərdiyi “A” MMC ARDNŞ-in strukturuna daxil olmadığına görə “B” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, ARDNŞ-ın səhmləri 100% dövlətə məxsus olduğundan ARDNŞ-ın strukturuna daxil olmayan, lakin ARDNŞ-nin 51% paya malik olduğu müəssisələr dolayısı ilə dövlətə məxsus hüquqi şəxs hesab edilir. Güzəşt həmin müəssisələrə tətbiq edilmir.

 

Dövlət və qeyri-dövlət sektoru üzrə:

Dövlət sektoru:

– dövlət adından yaradılan publik hüquqi şəxslər;

– büdcə təşkilatları;

– dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar;

– səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər.

 

Qeyri-dövlət sektoru:

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər;

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi ödəyicisi olan fiziki şəxslər.

Misal: Payları 100% dövlətə məxsus olan hüquqi şəxs payları 100% özünə məxsus olan “A” MMC-ni təsis etmişdir. “A” MMC isə digər bir hüquqi şəxslə paylarının 51% özünə məxsus olan “B” MMC-ni təsis etmişdir. Bu halda “B” MMC paylarının 51 faizi dolayısilə dövlətə məxsus olan hüquqi şəxs hesab edilir və güzəşt tətbiq edilmir.

 

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər (səfirliklər, konsulluqlar):

Nəzərə alınmalıdır ki, qeyri-dövlət sektorunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər əhatə edir.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmırlar. Azərbaycan Respublikasınının qanunvericiliyinə uyğun hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmırlar. Yalnız akkreditə edən dövlətin qurumu olaraq onu Azərbaycan Respublikasında rəsmi təmsil edirlər.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar qeyri-dövlət sektoruna aid edilmir. Səfirliklərdə və konsulluqlarda çalışan Azərbaycan Respublikasının vətəndaşlarının əməkhaqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun hesablanır.

Bələdiyyələr üzrə:

Bələdiyyələr qeyri-dövlət sektoruna aid edilir və bələdiyyələrdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır.

                                                                                 Vergilər Nazirliyi yanında

                                                        Bakı şəhəri Lokal Gəlirlər Departamenti


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Xidmətin göstərildiyi yerin müəyyənləşdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin göstərildiyi yerin müəyyənləşdirilməsi.

ƏDV məqsədləri üçün görülən işlərin, göstərilən xidmətlərin yerindən asılı olaraq vergitutmanın ayrı-ayrı halları tətbiq edilir.

Bəzən elə əməliyyat olur ki, o, faktiki olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilir, lakin Vergi Məcəlləsinə görə, həmin əməliyyat Azərbaycan Respublikasında həyata keçirilmiş sayılır və vergiyə cəlb edilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunur ki, əgər xidmətlər Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, o zaman bu əməliyyatlar ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Məsələn, tutaq ki, ƏDV qeydiyyatında olan Azərbaycan Respublikasının rezidenti “A” MMC hər hansı hüquqi məsələlərlə bağlı Türkiyə Respublikasının rezidenti olan bir şirkətdən İstanbul şəhərində hüquq xidməti alır.

Xidmətlər faktiki olaraq respublika xaricində göstərilsə də xidmətlərin alıcısı olan “A” MMC Azərbaycan Respublikasında qeydiyyatda olduğu üçün bu əməliyyat respublika daxilində həyata keçirilmiş əməliyyat kimi vergi tutulan əməliyyatlara daxil edilir. Bu halda, Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, qeyri-rezidentin göstərdiyi xidmətə görə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Başqa bir misal: Marketinq, reklam xidmətləri fəaliyyəti ilə məşğul olan “A” MMC Türkiyə Respublikasının rezidenti olan bir müəssisə ilə müqavilə bağlayır və şirkətə istər ölkə daxilində, istərsə də ölkə xaricində həmin şirkətin məhsulları üçün reklam və marketinq xidmətləri göstərir. Bu halda, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, bu əməliyyat xidmətlərin ixracı sayılır və “0” dərəcə ilə ƏDV-yə cəlb edilir.

Daşınan əmlakla bağlı xidmətlərin göstərilməsinə dair başqa bir misal: Fərz edək ki, xüsusi təyinatlı nəqliyyat vasitələrinin təmiri üzrə ixtisaslaşmış Azərbaycan Respublikasının rezidenti olan “A” MMC Rusiya Federasiyasından sifariş qəbul edir. Cəmiyyət nəqliyyat vasitələrinin təmiri ilə bağlı xidmətlərini, faktiki olaraq, Moskva şəhərində göstərir.

O, göstərdiyi xidmətin dəyərini 15.000 ABŞ dolları müəyyən edir və ödənişlə bağlı lazımi sənədləşməni müştəriyə göndərir. Vergi Məcəlləsinin 168.1.2-ci maddəsinə əsasən, göstərilən xidmətlər daşınan əmlakla bağlı olduqda xidmətlərin faktiki göstərildiyi yer əsas götürülür. Bizim misalda bu xidmət Məcəllənin 168.1.2-ci maddəsinə uyğun olaraq respublika xaricində göstərildiyinə görə, bu əməliyyat ƏDV məqsədləri üçün vergitutma obyekti deyildir. Belə olan halda, həmin əməliyyatdan əldə edilən gəlir yalnız mənfəət vergisinə cəlb olunacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat əmək haqqı ilə Baş Mühasib axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Baş mühasib, vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Azplast 2012 LLC

Əmək Haqqı: 1500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: 0559097785
  • Email: cv@azplast.azinfo@finstaff.az
  • Elanın bitmə tarixi: 02.06.2019
Vakansiya barədə məlumat

– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir. Və s.

Baş Mühasib üçün tələblər

– Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;
– Dağ mədən, tikinti quraşdırma mal materail alınması sahəsində iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;

Qeyd

– 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
– İş vaxtı : 09:00 – 17:00
– Nahar və nəqliyyat ilə təmin olunma
Ünvan : Bakı şəh., Grand Park 2 yaşayış kompleksi.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.