Daha çox8
Daha çox8

Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin müvəqqəti dayandırılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin müvəqqəti dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

– Vergilər nazirinin31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi  partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)


Teleqram kanalımıza üzv olun


Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin)fəaliyyətinin  dayandırılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb (bax 2.4.3-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir və xərc fərqinin kompensasiya edilməsi

posted in: Vergi, Xəbər | 0

Gəlir və xərc fərqinin kompensasiya edilməsi.

Sual:

Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş müəssisə 1 yanvar 2019-cu ildən ƏDV qeydiyyatına alınmış və ƏDV-nin və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.

Müəssiəsə sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə gəlir və xərcin uçotunu aparmışdır. Sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə balansında olan avadanlığa qanunla icazə verilən həddən aşağı amortizasiya və təmir xərci normaları tətbiq edilmişdir.
Bunun nəticəsində yaranmış fərq mənfəət vergisi ödəyicisi olduğu dövrün gəlirləri hesabına kompensasiya edilirmi?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal:
“A” MMC mənfəət vergisinin ödəyicisi olduğu tarixədək balansında hesabat ilinin sonuna qalıq dəyəri 100.000 manat olan avadanlıqlara görə vergi ili üçün müəyyən edilmiş amortizasiya normasından (20 faiz) aşağı norma (10 faiz), həmçinin onların təmirinə müəyyən olunmuş təmir normasından (5 faiz) aşağı norma (2 faiz) tətbiq etmişdir. Bu halda, aşağı norma tətbiq edilməsi nəticəsində yaranmış və növbəti illərə keçirilmiş ehtiyat məbləğlər belə hesablanacaqdır:

Amortizasiya: (100.000 x 20%) – (100.000 x 10%) = 20.000 – 10.000=10.000 manat;
Təmir: (100.000 x 5%) – (100.000 x 2%) = 5.000 – 2.000 = 3.000 manat.


Teleqram kanalımıza üzv olun


Müəssisə növbəti ildə mənfəət vergisi ödəyicisi olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olduğu əvvəlki ilin amortizasiya və təmir xərclərinin növbəti ilə keçirilən məbləğlərini gəlirdən çıxılan xərclərin üzərinə (10.000 manat və 3.000 manat) əlavə edə bilməz.
Əsas: Vergi Məcəlləsi, 121-ci maddə

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Auditor rəyi əsasında uçotda olmayan malları rəsmiləşdirmək olar?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Auditor rəyi əsasında uçotda olmayan malları rəsmiləşdirmək olar?

Sual:

Qiymətləndirici şirkətin hesabatı və Sərbəst auditorun həmin hesabatı təsdiqi əsasında uçotda olmayan malların qiymətləndirilməsini həyata keçirərək həmin malların balansa daxil edilməsi və ya nizamnamə kapitalının artırılması nəticəsində tərtib edilmiş Rəy malların alış sənədi hesab edilirmi?

Bu rəy tərtib edildikdən sonra Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq olunmayacaq ki? Bununla bağlı Vergilər Nazirliyinin rəsmi mövqeyini bildirməyinizi sizdən xahiş edirəm.

Cavab:

Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində malların alışını təsdiq edən sənədlər dedikdə elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, ciddi hesabat blankı olan “Malların alış aktı” və idxal gömrük bəyannaməsi nəzərdə tutulur.

Malların mədaxilini təsdiq edən sənədlərin siyahısı isə iqtisadi fəaliyyət sahələri (topdansatış, istehsal, pərakəndə ticarət və ictimai-iaşə) üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları ilə müəyyən edilir.


Teleqram kanalımıza üzv olun


Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası yuxarıda qeyd olunan sənədlərdən ən azı biri olmadığı halda tətbiq olunur.

Nəticə: Auditor Rəyi əsasında malları rəsmiləşdirmək olmaz.
Əsas: Vergi Məcəlləsinin 58.8-ci maddəsi. 23
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Deputat: “Azərbaycanda uşaq pulu bərpa edilməlidir”

posted in: Xəbər | 0

Deputat: “Azərbaycanda uşaq pulu bərpa edilməlidir”


Teleqram kanalımıza üzv olun


“Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu, çox vacibdir: “Belə olan halda sıxıntılar aradan qaldırılar, müəyyən ailələr bundan yararlanar. Nəzarət etmək lazımdır ki, bu maliyyə uşağa xərclənsin”.

Deputat ailə himayəsindən məhrum olan uşaqlara qayğı göstərilməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!