Auditor rəyi əsasında uçotda olmayan malları rəsmiləşdirmək olar?
Sual:
Qiymətləndirici şirkətin hesabatı və Sərbəst auditorun həmin hesabatı təsdiqi əsasında uçotda olmayan malların qiymətləndirilməsini həyata keçirərək həmin malların balansa daxil edilməsi və ya nizamnamə kapitalının artırılması nəticəsində tərtib edilmiş Rəy malların alış sənədi hesab edilirmi?
Bu rəy tərtib edildikdən sonra Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq olunmayacaq ki? Bununla bağlı Vergilər Nazirliyinin rəsmi mövqeyini bildirməyinizi sizdən xahiş edirəm.
Cavab:
Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində malların alışını təsdiq edən sənədlər dedikdə elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, ciddi hesabat blankı olan “Malların alış aktı” və idxal gömrük bəyannaməsi nəzərdə tutulur.
Malların mədaxilini təsdiq edən sənədlərin siyahısı isə iqtisadi fəaliyyət sahələri (topdansatış, istehsal, pərakəndə ticarət və ictimai-iaşə) üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları ilə müəyyən edilir.
Teleqram kanalımıza üzv olun
Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası yuxarıda qeyd olunan sənədlərdən ən azı biri olmadığı halda tətbiq olunur.