Tacikistanda Həcc ziyarətinə gedənlərdən vergi tutulacaq.
Tacikistan Parlamentinin aşağı palatası hökumətin təklifi əsasında “Digər büdcə ödəmələri öhdəlikləri haqqında” Qanuna düzəlişi qəbul edib.
Maliyyə Naziri Fayziddin Qəhharzadənin sözlərinə görə, düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilər dövlət rüsumu ödəməli olacaqlar: “Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər”.