Dövlət Gömrük Komitəsi illik proqnozun 40%-ni artıq yerinə yetirib

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi illik proqnozun 40%-ni artıq yerinə yetirib.

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 364 277 min manat və ya 35,45% çoxdur.

DGK-dən “Report”a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 50 784,1 min manat və ya 19,23% artaraq 314 800,4 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 257 784,9 min manat və ya 36,3% artaraq 967 778 min manat, aksizlər 53 639,7 min manat və ya 2,3 dəfə artaraq 96 063,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 068,3 min manat və ya 18,6% artaraq 13 216,8 min manat təşkil edib.

Qeyd edək ki, 2019-cu il ərzində DGK – nin xətti ilə dövlət büdcəsinə daxilolmanın həcmi 3 451,6 milyon manat təşkil edəcək.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edib

posted in: Qanun, Vergi, Xəbər | 0

Parlament “ Dövlət rüsumu haqqında ” qanuna dəyişiklik edib


Milli Məclisin mayın 3-ü keçirilən plenar iclasında “ Dövlət rüsumu haqqında ” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik aqrar sığorta informasiya sistemindən məlumat əldə etməyə görə ödənişin tələb olunmamasını nəzərdə tutur.

Qanunun 27-ci (Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar) maddəsinə edilən əlavəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatlarının (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunan digər məlumatlar), ünvanının, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquqların, hüquqların yüklülüyünün (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatların əldə olunması dövlət rüsumundan azaddır.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Operativ vergi yoxlamaları tamamilə dayandırılıb

posted in: Vergi, Xəbər | 0

Sahib Ələkbərov: “Azərbaycanda operativ vergi yoxlamaları tamamilə dayandırılıb”


“Bu ilin ilk 4 ayında dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə proqnoza nisbətən 270 milyon manatdan artıq vergi daxil olub”.

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, artım növbəti dövrdə də davam etdiriləcək:

“Cənab Prezident də Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi ki, büdcəyə 150 milyon manat artıq vergi daxil olub. Aprel ayının artımı ilə bu rəqəm daha da yüksəlib. Biz gələcəkdə də bu artımın daha da yüksəlməsinə çalışacağıq. Bunun da bir neçə səbəbi var. Bu gün səyyar vergi yoxlamaları demək olar ki, keçirilmir.

Yalnız köhnədən olanların davamı aparılır. Operativ vergi yoxlamaları tamamilə dayandırılıb”.

Nazir müavini bildirib ki, bunun qarşılığında vergi daxilolmaları artıb:

“Bir neçə ildir ki, nəzarət tədbirlərinin sayını azaltmağa çalışırıq, sanksiya və digər cəza tədbirlərini tətbiq etməkdən çəkinirik, amma kimsə düşünürsə ki, bu heç olmayacaq, o yanılır. Çünki vergi orqanının əsas vəzifəsi nəzarətdir. Nəzarət olan yerdə də sanksiya olacaq. Son bir neçə ildə yoxlamaların sayının minimuma endirilməsi bəzi xoşa gəlməyən sualların da yaranmasına səbəb oldu. Biz cəzasızlıq mühiti formalaşmağa başladıq. Amma mütəmadi olaraq tədbirlər görülür. Hələlik cəza tədbirləri azdır. Hazırda əsasən maarifləndirmə, təbliğat yolu ilə onları haqq yoluna dəvət etməyə çalışırıq. Nəticələr var. Bəziləri deyir ki, “gördünüz?! Siz nəzarəti dayandırdınız bu oldu”. Amma bu doğru yanaşma deyil”.


Teleqram kanalımıza üzv olun


S.Ələkbərov təmsil etdiyi Nazirliyin vergi daxilolmalarını artırmaq üçün bir sıra səmərəli metodlardan istifadə etdiyini açıqlayıb.

“Onlardan birincisi uçotun dürüstləşdirilməsidir. 2017-ci ildən etibarən elektron qaimə-fakturalar tətbiq olunur. 2018-ci ilin yanvarın 1-dən etibarən isə bu hamıya şamil edilib. Düzdür buna tam nail ola bilməmişik, amma proses gedir. Digər məsələ onlayn nəzarət-kassa aparatları ilə bağlıdır. Bəziləri hesab edir ki, yanvarın 1-dən qanun qüvvəyə mindikdən sonra elektron nəzarət-kassa aparatları quruldu və bununla da məsələ bitdi. Amma elə deyil. Bilirsiniz ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qrafik var. Ona uyğun olaraq ilkin iri ticarət mərkəzlərində, sonra yanacaqdoldurma məntəqələrində bu kassa aparatları quraşdırılacaq. Daha sonra digər obyektlərə keçiləcək. Elektron qaimə-faktura ilə onlayn kassa aparatlarının məlumatları arasında uyğunsuzluq olan kimi dərhal təhlillər başlayır”, – S.Ələkbərov əlavə edib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mikayıl Cabbarov: “İslahatların ilkin nəticələrini müşahidə etməkdəyik”

posted in: Vergi, Xəbər | 0

Mikayıl Cabbarov: ” Vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir “


Teleqram kanalımıza üzv olun


“2019-cu ildə əldə edilmiş nailiyyətlər bizə deməyə əsas verir ki, yanvarın 1-dən qüvvəyə minən vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”.

Bunu İTV-nin “Diqqət mərkəzi” verilişində vergilər naziri Mikayıl Cabbarov deyib.

O, həmçinin bildirib ki, bu ilin ilk 4 ayında vergi proqnoz-tapşırığı uğurla icra edilib: “2019-cu illin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə edilən mədaxillər proqnoz-tapşırıqdan daha yüksək olub. Həm neft, həm də qeyri-neft sektorundan budcəyə daxilolmalar həm 2018-ci ilin eyni dövrü ilə müqayisədə, həm də plan-tapşırıqdan daha yüksək olub. I rübdə biz dövlət büdcəsinə vergi proqnozlarından 10,4% daha çox vəsait təmin etməyi bacarmışıq.

Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edirdi. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Artımlar müvafiq olaraq 111% və 18%-dir. Qısa desək islahatların ilkin nəticələrini müşahidə etməkdəyik”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.