Dövlət Gömrük Komitəsi illik proqnozun 40%-ni artıq yerinə yetirib.
Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 364 277 min manat və ya 35,45% çoxdur.
DGK-dən “Report”a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 50 784,1 min manat və ya 19,23% artaraq 314 800,4 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 257 784,9 min manat və ya 36,3% artaraq 967 778 min manat, aksizlər 53 639,7 min manat və ya 2,3 dəfə artaraq 96 063,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 068,3 min manat və ya 18,6% artaraq 13 216,8 min manat təşkil edib.