» » » Operativ vergi yoxlamaları tamamilə dayandırılıb

Operativ vergi yoxlamaları tamamilə dayandırılıb

posted in: Vergi, Xəbər | 0

Sahib Ələkbərov: “Azərbaycanda operativ vergi yoxlamaları tamamilə dayandırılıb”


“Bu ilin ilk 4 ayında dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə proqnoza nisbətən 270 milyon manatdan artıq vergi daxil olub”.

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, artım növbəti dövrdə də davam etdiriləcək:

Biznes hesabi

“Cənab Prezident də Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi ki, büdcəyə 150 milyon manat artıq vergi daxil olub. Aprel ayının artımı ilə bu rəqəm daha da yüksəlib. Biz gələcəkdə də bu artımın daha da yüksəlməsinə çalışacağıq. Bunun da bir neçə səbəbi var. Bu gün səyyar vergi yoxlamaları demək olar ki, keçirilmir.

Yalnız köhnədən olanların davamı aparılır. Operativ vergi yoxlamaları tamamilə dayandırılıb”.

Nazir müavini bildirib ki, bunun qarşılığında vergi daxilolmaları artıb:

“Bir neçə ildir ki, nəzarət tədbirlərinin sayını azaltmağa çalışırıq, sanksiya və digər cəza tədbirlərini tətbiq etməkdən çəkinirik, amma kimsə düşünürsə ki, bu heç olmayacaq, o yanılır. Çünki vergi orqanının əsas vəzifəsi nəzarətdir. Nəzarət olan yerdə də sanksiya olacaq. Son bir neçə ildə yoxlamaların sayının minimuma endirilməsi bəzi xoşa gəlməyən sualların da yaranmasına səbəb oldu. Biz cəzasızlıq mühiti formalaşmağa başladıq. Amma mütəmadi olaraq tədbirlər görülür. Hələlik cəza tədbirləri azdır. Hazırda əsasən maarifləndirmə, təbliğat yolu ilə onları haqq yoluna dəvət etməyə çalışırıq. Nəticələr var. Bəziləri deyir ki, “gördünüz?! Siz nəzarəti dayandırdınız bu oldu”. Amma bu doğru yanaşma deyil”.


Teleqram kanalımıza üzv olun


S.Ələkbərov təmsil etdiyi Nazirliyin vergi daxilolmalarını artırmaq üçün bir sıra səmərəli metodlardan istifadə etdiyini açıqlayıb.

“Onlardan birincisi uçotun dürüstləşdirilməsidir. 2017-ci ildən etibarən elektron qaimə-fakturalar tətbiq olunur. 2018-ci ilin yanvarın 1-dən etibarən isə bu hamıya şamil edilib. Düzdür buna tam nail ola bilməmişik, amma proses gedir. Digər məsələ onlayn nəzarət-kassa aparatları ilə bağlıdır. Bəziləri hesab edir ki, yanvarın 1-dən qanun qüvvəyə mindikdən sonra elektron nəzarət-kassa aparatları quruldu və bununla da məsələ bitdi. Amma elə deyil. Bilirsiniz ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qrafik var. Ona uyğun olaraq ilkin iri ticarət mərkəzlərində, sonra yanacaqdoldurma məntəqələrində bu kassa aparatları quraşdırılacaq. Daha sonra digər obyektlərə keçiləcək. Elektron qaimə-faktura ilə onlayn kassa aparatlarının məlumatları arasında uyğunsuzluq olan kimi dərhal təhlillər başlayır”, – S.Ələkbərov əlavə edib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.