Vergi işçiləri dövlət mükafatları ilə təltif olunublar

posted in: Uncategorized, Vergi, Xəbər | 0

Vergi işçiləri təltif olunublar.

Mayın 10-da Vergilər Nazirliyində vergi orqanlarında fəaliyyətinə görə xüsusi fərqlənən əməkdaşların dövlət mükafatları ilə təltif edilməsinə həs olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov mükafatlandırma mərasiminin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü gününə təsadüf etdiyini bildirib və müstəqil dövlətin qurulması tarixində ulu öndərin rolunu bir daha xatırladıb.

Vergilər naziri vurğulayıb ki, ver­gi xid­mə­ti işçilə­ri­nin pe­şə bay­ra­mı ilə əlaqədar bir qrup vergi xidməti əməkdaşının medallarla təltif edilməsi barədə cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar onun vergi xidməti əməkdaşlarına göstərdiyi etimad və dəstəyin bariz təzahürüdür.

Bu münasibətlə yüksək dövlət mükafatlarına layiq görülən əməkdaşları təbrik edən vergilər naziri, bu məsul və şərəfli işlərində onlara uğurlar arzulayıb.

Sonra Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölkədə biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsindəki səmərəli fəaliyyətinə və vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə vergi xidməti işçilərinin peşə bayramı ərəfəsində təltif olunmuş Vergilər Nazirliyinin bir qrup əməkdaşına ali dövlət mükafatları – “Vətənə xidmətə görə” ordeni, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub.


Teleqram kanalımıza üzv olun


Vergilər nazirinin müavini İlkin Vəliyev “Tərəqqi” medalı ilə, Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentinin baş direktoru Azər Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,  əməkdaşlar Elçin Namazlı, Elnur Yusifov, Nicat Həsənov, Fərid Hacıyev «Dövlət qulluğunda fərqlənməyə görə»,  Şöyüb Məmmədov, Azər Cəfərov, Asəf İmanov, Kamal İskəndərov «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Bundan başqa Vergi siyasəti departamentinin  baş direktoru Samirə Musayeva, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi departamentinin  baş direktoru Məhəmməd Yunusov, əməkdaşlar Akif Osmanov, Rövşən Məmmədov «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə,  Elşən Rəhimli,   Maya Əliyarzadə, Fariz Yadigarov, Arzu Xəlilova «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Tədbirdə həmçinin, vergi orqanında xidmət etdiyi dövrdə qüsursuz fəaliyyətilə fərqləndiklərinə görə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təltif olunan bir qrup əməkdaşa Fəxri Fərmanlar təqdim ounub.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 18 şirkət ləğv edildi

posted in: Xəbər | 0

şirkətAzərbaycanda 16 yerli, 2 xarici şirkət ləğv edildi.


“LOKOMOTİV VOLEYBOL KLUBU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403646101

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanına bildirə bilərlər.


 

“ABŞERON VOLEYBOL KLUBU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403767351

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanına bildirə bilərlər.


ZƏM-ZƏM MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2900285721

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 12-ci mk/r, ev 30, mənzil 3 ünvanına bildirə bilərlər.


“SERON”MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2005591881

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini iki ay ərzində tələblərini Bakı şəhəri, xətai rayonu marat əmirxanov , ev 25, mənzil 13 ünvanına bildirə bilərlər.


“SIMON GROUP”MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2005591901

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu Marat Əmirxanov, ev 25, mənzil 13 ünvanına bildirə bilərlər.


“İP-M NETVORK SOLYUŞNS” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1602694761

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küç. ev 37, mən. 27 ünvanına bildirə bilərlər.


“ETİBAR İ.M” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401844421

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,Nəsimi rayonu 3-mkr H.B.Əliyev küç. bina 46, mənzil 57 ünvanına bildirə bilərlər.


“İST ENERCİ FZKO” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1700529721

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərinni iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 3 ünvanına bildirə bilərlər.


“ELEKTROLÜKS-S” FİRMASI

VÖEN: 1400285331

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ayərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 4 ünvanına bildirə bilərlər.


“BUDAD-RCS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1900754051

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Massiv V, bina 18, mənzil 21 ünvanına bildirə bilərlər.


“LT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1404185331

Ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70,mənzil 118 ünvanına bildirə bilərlər.


“ELS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1403902251

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 3004, mənzil 97 ünvanına bildirə bilərlər.


“VESFİN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302130651

Ləğv edildiyini elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.


“SAİPEM ASİA SDN.BHD.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1301680581

Ləğv olunduğu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.


“REM PARTS” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305458811

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 7, mənzil 60 ünvanına bildirə bilərlər.


“LOTOS” FİRMASI

VÖEN: 400001111

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Fərhad Əliyev prospekti, ev 87 ünvanına bildirə bilərlər.


“TURAN HOUSE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1501138551

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Bakıxanov küçəsi, ev 31, mənzil 16 ünvanına bildirə bilərlər.


BANK OLMAYAN KREDİT TƏŞKİLATI “KREDİT HOUSE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2001758861

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 609 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibatlıq və 1C təlimçisi axtarılır

Vakansiya: Mühasibatlıq və 1C təlimçisi 

İşəgötürən: INNAB

Mühasibatlıq və 1C təlimçisi üçün tələblər

– müvafiq sahə üzrə ali təhsil;
– 2-3 illik iş təcrübəsi;
– həm fərdi, həm də qrup şəklində tədris qabiliyyəti;
– Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməli;
– müəssisələrdə balansın qurulmasını bilməli;
– 1C proqramını bilməli;
– beynəlxalq mühasibatlığı bilmək üstünlükdür;
– insanlarla ünsiyyət və komanda ilə işləmək bacarığı;
– məsuliyyətli, səbirli və dəqiq olmalı;
– mütəmadi olaraq öz üzərində çalışmalı.

Vakansiya barədə məlumat

– Təlim planı, tapşırıqlar və imtahan sualları hazırlamaq;
– Mütəmadi olaraq tələbələrin müvəffəqiyyət səviyyələrini qiymətləndirmək və onları ruhlandırmaq;
– Müasir təlim metodlarından istifadə.

İş qrafiki: 10:00 – 18:00

Bizə qoşulmaq istəyən əməkdaşlar CV-lərini “ Mühasibatlıq və 1C təlimçi ” başlığı altında info@innab.org info@finstaff.az ünvanına göndərə bilərlər.


Teleqram kanalımıza üzv olun


ƏLAQƏ VASİTƏLƏRİMİZ

Tel: 050 290 61 21; 012 594 01 94
E-poçt: info@innab.org / info@finstaff.az
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online dayandırılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

hüquqi onlineXidmətin adı: Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.2-16.5 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin online dayandırılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fəaliyyətin dayandırılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.