Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları

posted in: məzuniyyət, Xəbər | 0

Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları.

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər və s.
Əsas: Əmək Məcəlləsi, Maddə 131.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyində sahibkarlarla növbəti görüş keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyində sahibkarlarla növbəti görüş keçirilib.

Vergilər Nazirliyində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) nümayəndələri ilə növbəti görüş keçirilib.

Görüşdə Vergilər Nazirliyində yenicə yaradılmış Vergi Ombudsmanı İnstitutunun fəaliyyət istiqamətləri, sahibkarların hüquqlarının qorunması sahəsində atılacaq addımlar, vergi sistemində həyata keçirilən islahatların effektivliyinin artırılması üçün görülən işlər və ASK ilə gələcək əməkdaşlıq məsələri müzakirə olunub.

Görüşdə Vergilər nazirinin müşaviri, Vergi Ombudsmanı İnstitutunun rəhbəri Elçin Məmmədov yeni yaradılan qurumun strukturunun formalaşdırılması, hüquq və vəzifələri, əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qeyd edib ki, Vergilər Nazirliyinin nəzdində yaradılan və birbaşa nazirə tabe olan Vergi Ombudsmanı İnstitutu mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla vergi ödəyicilərinin hüquqlarını daha etibarlı şəkildə qorunmasına xidmət edəcək: “Vergi Ombudsmanının əsas fəaliyyəti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısını almaq və pozulmuş hüquqları bərpa etməkdir. Ombudsman vergi ödəyiciləri tərəfindən daxil olan müraciətlərin monitorinqini aparmaq, əgər ehtiyac yaranarsa, ona öz rəyini bildirmək hüququna malikdir. Vergi Ombudsmanı tərəfindən verilmiş rəy tövsiyə xarakteri daşıyacaq.

Bununla yanaşı, Vergi Ombudsmanı vergi ödəyicisinin müraciətində qaldırılan məsələni Vergilər nazirinə məruzə etməklə onun həlli barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Vergi Ombudsmanı bütün məsələlərlə əlaqədar daxil olmuş müraciətləri ümumiləşdirərək həm kollegiyaya çıxara, həm də birbaşa Vergilər nazirinə məruzə edə bilər. Qanunlara əməl edən vergi ödəyiciləri Vergi Ombudsmanı İnstitutunun timsalında özlərinə çox güclü tərəfdaşlar tapacaqlar. Öz fəaliyyətində vergi qanunvericiliyinin tələb və normalarından kənara çıxan vergi orqanlarının əməkdaşları isə çox güclü müqavimətlə rastlaşacaqlar”.


Teleqram kanalımıza üzv olun


Daha sonra Vergi Məcəlləsində edilmiş dəyişikliklərlər, habelə “kölgə iqtisadiyyatı”nın azaldılması, vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Vergilər nazirinin müşaviri Elçin Məmmədov, Nazirliyin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov ASK nümayəndələrini maraqlandıran sualları cavablandırıb, onların təkliflərinə münasibət bildiriblər.

ASK nümayəndələri müəssisələrdə sənədsiz vəsaitlərin və malların qiymətləndirmə əsasında balansa daxil edilməsinə icazənin (amnistiya) verilməsi və qiymətləndirmə sənədinin ilkin sənəd kimi qəbul edilməsi, Vergi Məcəlləsindəki ifadələrin mənalarının dəqiq təsbit edilməsi, bəndlərin konkretliyi və şamil olunmasının açıq şəkildə göstərilməsi, Vergi Məcəlləsinə son dəyişikliklərin icrasını təmin edən əlavə normativ hüquqi aktların qəbulu, elektron qaimə-fakturaların tətbiqi qaydalarının təkmilləşdirilməsi, avansın ƏDV-yə cəlb olunmasının ləğv edilməsi, ƏDV-nin diferensiallaşdırılması, artıq ödəmədən yaranan ƏDV-nin qaytarılmasının asanlaşdırılması və operativliyin təmin olunması kimi məsələlərlə bağlı təkliflərlə çıxış ediblər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin online dayandırılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

onlineXidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin online dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.2-16.5 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN  Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin online dayandırılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fəaliyyətin dayandırılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gələn ay neçə qeyri-iş günü olacaq?

posted in: Xəbər | 0

Gələn ay neçə qeyri-iş günü olacaq?

İyun ayının qeyri-iş günləri açıqlandı.
İyun ayında Ramazan Bayramı, Milli Qurtuluş günü və Silahlı Qüvvələr günü ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
Bildirək ki, iyunun 5-6-da Ramazan Bayramı, iyunun 15-də Milli Qurtuluş günü, iyunun 26-da Silahlı Qüvvələr günü qeyd olunur.
Həmin günlər iş olmayacaq.
Mənbə: banker.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.