Əcnəbilərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?

posted in: Uncategorized, Xəbər | 0

sosial sığorta haqqıƏcnəbilərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?

2019-cu il yanvarın 1-dən sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və yığım funksiyası dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Bu dəyişikliklə bağlı tez-tez səsləndirilən suallardan biri də ölkəmizdə yaşayan əcnəbi vətəndaşların sığorta öhdəlikləri ilə bağlıdır.

Vergilər Nazirliyindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Bu siyahıda qanunla təsdiq edilmiş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olunur.

“Hasilatın pay bölgüsü haqqında” Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Eyni zamanda, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən “Hasilatın pay bölgüsü haqqında” Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük komitəsində elektron təhsil

posted in: Xəbər | 0

Azərbaycanda gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil CLiKC! e-Learning bazası yaradılıb.

Dövlət Gömrük Komitəsində (DGK) gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil – “CLiKC! e-Learning” bazası yaradılıb və ümumi tədris prosesinə inteqrasiya olunub.

Bu barədə “Report”a DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Yaradılan lokal və uzaq məsafədən elektron təhsil sistemi gömrük əməkdaşları və Dövlət Gömrük Akademiyasının tələbələri üçün nəzərdə tutulub.

DGK-nın elektron tədris platforması kursları üzrə aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçmək olar.

http://customs.gov.az/az/ faydali/innovativ-layiheler/ clikc/

Qeydiyyatdan keçən tələbələrə login, şifrə və platformadan istifadə qaydalarına dair kitab təqdim olunur.

Tələbələrin çoxsaylı xahişlərini nəzərə alaraq “e-learning CLIKC Azerbaijan” platformasına uzaqdan (distant) qoşulmanı və imtahan vermə imkanı yaradılıb. Qeyd edək ki, bu platformanın Mob App versiyasıda fəaliyyət göstərir. İstənilən tələbə Moodle proqramını yükləyərək URL, login və şifrə yazaraq platformadan mobil telefon vasitəsi ilə rahat istifadə edə bilər. (Moodle – öyrənmə idarəetmə sistemi və ya virtual öyrənmə mühiti kimi tanınan bir kurs idarəetmə sistemidir. Bu pulsuz bir web proqramıdır).

İlk dəfə 2019-cu ilin mart ayı ÜGT-nin təqdim etdiyi “Integrity” dərs paketi ilə “Basic Customs Course of “e-Learning” kursuna başlanılıb. Aprel ayında isə “Intermediate Customs Course” kursu üzrə “Təşkilatda yoluxucu korrupsiya: dərketmə və sosial psixologiyası (The Cognitive and Social Psychology of Contagious Organizational Corruption)” Gömrük qaydaları (prosedurları) və məsuliyyət (Customs Regulations (Procedures) and Responsibility) dərs paketləri ilə davam edilib.

Aşağıdakı linkdən istifadə edərək platformaya giriş əldə etmək olar. https://clikc.customs.gov.az/

Qeyd edək ki, layihənin əsas məqsədi yaradılan lokal və uzaq məsafədən (distant) elektron təhsil sistemini gömrük əməkdaşları və Gömrük Akademiyasının tələbələri üçün əl çatan və innovatik etməkdir. Belə ki, tələbələr müasir İT texnologiyalardan istifadə etməklə etibarlılıq qazanacaq, öz işlərinə daha da peşəkar yanaşacaqlar.

Bu layihəyə ilk dəfə Azərbaycanda DGK-nın təşkilatçılığı ilə başlanılıb, görülən işlər tələbələrin və əməkdaşların böyük marağına səbəb olub. Bildirək ki, tələbələr artıq bu platformadan istifadə edirlər və “Learning CLiKC Azerbaijan” platformasına yeni kursların əlavə edilməsi üçün müraciət ediblər. Hazırda 200-dən çox tələbə qeydiyyatdan keçib.

Tələbələr elektron kitabxanadan istifadə etməklə gömrük, onlara aid olan bölmələr haqqında daha geniş məlumata malik olacaq, təcrübə qazanacaq və biliklərini daha da artıracaqlar. Savadlı əməkdaşların daha üstün olduğunu nəzərə alsaq bu platforma onlara karyeralarında irəliləmək üçün daha çox şans, üstünlük deməkdir. Bu üstünlük tələbələrdə bu platformaya olan marağı və sayı artırır. Bu prosesin elektron həyata keçirilməsi təhsili daha da əlçatan edir, ən əsası isə buradakı kitabları hər yerdən əldə etmək mümkün deyil və bu platformanın əsas üstünlüyü ödənişsiz olmasıdır.

Qeyd edək ki, tələbələrdə motivasiyanı artırmaq üçün kursu bitirən və imtahandan uğurla keçən tələbələrin rəhbərliyinə təşəkkür məktubu yazılır, Dövlət Gömrük Komitəsi tərəfindən Sertifikat verilir və həmin sertifikatları Şəxsi uçot vərəqəsinə (daxili HR platforması ) əlavə edilir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Hilalelektrik

Əmək Haqqı: 500 – 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Ömər bəy
  • Telefon: (012) 564-00-91
  • E-mail: omer@hilalelektrik.az və info@finstaff.az
  • Elanın bitmə tarixi: 12.06.2019
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və dsmf, statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– e-qaimə fakturalarının və vhf yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– e-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (əmlak, torpaq, ədv, mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (b1, b3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTB proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: bazar ertəsi – şənbə, 08:30-dan 18:30-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir

Mühasib üçün tələblər

– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və mikro proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi foto ilə birlikdə omer@hilalelektrik.az / info@finstaff.az ünvanına “Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib və psixologiya (2-ci hissə)

posted in: mühasib, Məqalə, Xəbər | 0

Mühasib və psixologiya

2-ci hissə (1-ci hissəni bu linkə daxil olmaqla oxuya bilərsiniz)

Mühasibin emosional intellekt etikası

İntellekti təşkil edənlər

Dj. M. Stayn intellektin altı müxtəlif növünü qeyd edir:

  • verbal – sözlər sahəsi: söhbət, məktub, oxuma və eşitmə;
  • vizual – görmə və görmə obrazları sahəsi;
  • məntiqi – düşüncə sahəsini əhatə edir, problemin şüurlu şəkildə idarə olunması və bəzi baxışların həlli;
  • yaradıcı – orijinallıq, yenilik, aydınlatma və yeni ideyaların generasiyası sahəsini əhatə edir;
  • fiziki – bədən, koordinasiya, çeviklik və fiziki vərdişlərin əldə olunması sahəsini əhatə edir;
  • emosional – şəxsi hisslər, eləcə də digər adamların hisslərini, bütün daxili və şəxsiyyətlərarası qarşılıqlı əlaqə sahəsini əhatə edir.

Müəssisədə mühasibat uçotu sisteminin təşkili zamanı uçot-analitik fəaliyyəti yerinə yetirən mühasibin psixoloji xüsusiyyətlərini nəzərə almaq çox zəruridir. Mühasibat uçotu obyektlərinin təsnifatının mühasiblərin intellekt tiplərindən asılı olaraq cədvəlini təqdim edirik.

Aktivlər
Mühasib intellektinin tipləri
Passivlər
Dövriyyədənkənar

Aktivlər.

Финансовые

yatırımlar.

Təxirə salınmış

Vergilər

Aktivlər

İntellekt növləri:

sözlər, danışıq, məktub, oxumaq, dinləmək sahəsini əhatə edir

Fondlar.

Ehtiyatlar.

Dayanıqlı passivlər (kreditlər və istiqrazlar). Təxirə salınmış vergi öhdəlikləri

Məntiqi:

düşüncə sahəsini əhatə edir, problemin şüurlu şəkildə idarə olunması və bəzi baxışların həlli

Əsas vəsaitlər.

Материальные ценности. Pul vəsaitləri

Vizual: görmə və görmə obrazlarını əhatə edir
Fiziki:

bədən, koordinasiya, çeviklik və fiziki vərdişlərin əldə olunması sahəsini əhatə edir

Qeyri-material

Aktivlər.

Şərti aktivlər

Yaradıcı:

orijinallıq, yenilik, aydınlatma və yeni ideyaların generasiyası sahəsini əhatə edir

Paylaşdırılmayan gəlir (ödənilməyən zərər). Müəyyən dövr üçün gəlir (zərər).

Şərti öhdəliklər

Aktivlər Mühasibin intellekt tipi Passivlər
Hesablarda vəsaitlər (debitor) Emosional: şəxsi hisslər, eləcə də digər adamların hisslərini, bütün daxili və şəxsiyyətlərarası qarşılıqlı əlaqə sahəsini əhatə edir

 

İstiqraz vəsaitləri (kredit)

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.