İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?


Yerli rezident özəl hüquqi şəxsin sexlərin birində keçirilmiş inventarlaşma nəticəsində bir ədəd əsas vəsaitlərə aidiyyatı güman edilən əşya və 3 (üç) ədəd tez köhnələn əşya invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir, həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasına (balansa) mədaxil olunmuşdurlar.

Sual:

Bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir? Xahiş edirəm cavabınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyici üçün hazırlayasınız. Bir də ki, inventarlaşdırma nəticəsində aşkar olunmuş (lakin mühasibat uçotunda barəsində məlumat aşkar olunmayan) əşyaların balans (ilkin) dəyərinin müəyyən etməsi (təyin) üçün mütləq qaydada kənar qiymətləndiricinin cəlb olunmalıdırmı ?

Cavab:

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. İnventarlaşma zamanı uçot artıq gəlmə zamanı müəyyən edilən aktivlərin dəyəri vergi ödəyicisinin gəlirlərinə aid edildiyi üçün, ümumi qaydada vergiyə cəlb olunur.

Sadələşdirilmiş verginin vergitutma obyektini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin həcmi təşkil edir. Qeyd etdiyiniz gəlirlər isə satışdankənar gəlir kimi, sadələşdirilmiş vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Sorğunuzda qeyd olunan halda ƏDV-nin vergitutma obyekti yaranmır.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 159.1-ci, 219.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi açıqlama yayıb.


Bəzi kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsi – nin (DGK) açıqlamasında bildirilir.

“Həmin məlumatlarda “Forever Living Products Azərbaycan” MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu iddia edilir.

Həmin malların rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin aşağı göstərilməsinə dair əsaslı şübhələr yarandığından nümunələr əsasında ekspertizalar təyin edilib və digər araşdırmalar aparılıb. Nəticələr gömrükçülərin şübhələrini təsdiqləyib və malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Qida əlavəsi kimi idxal edilən malların gömrük orqanları tərəfindən dərman vasitəsi olaraq bəyan edilməsinə dair tələbi isə, ümumiyyətlə, həqiqətə uyğun deyil. Həmin mallar gömrük orqanının ekspertizanın nəticələrinə görə müəyyən etdiyi dəyərlə qarşı tərəfin razılığı əsasında qida əlavəsi kimi bəyan olunaraq rəsmiləşdirilib.

Araşdırma prosesi başa çatana qədər idxalatçının əlavə ödəmələrə məruz qalmamasını təmin etmək məqsədilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında birbaşa “Forever Living Products Azərbaycan” şirkətinin anbarına boşaldılaraq saxlanılıb. Bu qəbildən olan və gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatları, yazı və reportajları qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən yayımlayanların isə diqqətinə çatdırırıq ki, həmin məlumatların sonuna əlavə edilən “qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq” kimi bir cümləlik ifadələr “obyektivliyin” təmin olunması və ya balanslaşdırılmış xəbər siyasəti deyil, ən azı jurnalistikanın etik qaydalarının pozulmasıdır”, – deyə açıqlamada qeyd olunub.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bölgəyə Baş Mühasib tələb olunur

Vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / Region: Goranboy rayonu, Dəliməmmədli şəhəri.

İşəgötürən: Region Agro MMC

Vakansiya barədə məlumat

• Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması;
• Aylıq, rüblük və illik vergi qeydiyyatının vaxtında və düzgün aparılması.
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
• Hesabatların dövlət orqanlarına aylıq, rüblük və illik vaxtında və düzgün çatdırılması;
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasını təşkil etmək;
• Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
• Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini  hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.

Baş Mühasib üçün tələb olunan peşə-ixtisas səviyyəsi

• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
• Əla kompüter bilikləri (Microsoft Office), 1C8.2;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
• Ay ərzində rayonlara ezamiyyətlə bağlı cətinlik olmamalı
• Sahəsində ən azı 3 il iş təcrübəsi

Tələblər

– MS Excel proqram biliyi;
– 1 C  proqram  bilikləri üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə

E – mail : office@regionagro.az / info@finstaff.az
Mənbə: jobsearch.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin  bərpa edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haq

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Hüquqi şəxsin fəaliyyətinin  bərpa edilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb (bax 2.5.1-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.