Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə əmlak vergisinin ödənilməsi

posted in: Vergi, Xəbər | 0

Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə əmlak vergisinin ödənilməsi.

Vergi Məcəlləsinin 199.12-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya vergi ödəyicisinin razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir. İqtisadçı ekspert Əbdülhüseyn Abdullayev qeyd edib ki, bu güzəşt hüququ vergi ödəyicilərinə aşağıdakı 2 şərt nəzərə alınmaqla şamil edilir:

  • hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
  • ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın.

Misal: Tutaq ki, müəssisə tərəfindən 2019-cu ildə özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə 2020-ci ildə 5.000 manat əmlak vergisi hesablanmış və ödənilmişdir. Vergi ödəyicisinin digər vergilər üzrə hesablanmış və ödəmiş olduğu verginin məbləği isə 10.000 manat təşkil etmişdir və müraciət etdiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergi, faiz və maliyyə sanksiyaları üzrə borcu olmamışdır. Bu halda, Vergi Məcəlləsində qeyd edilmiş şərtlərə əməl olunduğunu nəzərə alaraq ödənilmiş 5.000 manat əmlak vergisi vergi ödəyicisinə qaytarılır və ya vergi ödəyicisinin razılığı ilə digər vergilərlə əvəzləşdirilir.

Onu da qeyd edək ki, vergi ödəyicisi bu güzəşt hüququndan, özəlləşdirmənin başa çatdığı hesabat ili də daxil olmaqla, güzəştin qüvvədə olduğu müddət ərzində istənilən hesabat ilində istifadə edə bilər. Güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin fəaliyyətinin online bərpası

posted in: Vergi, Xidmət, Xəbər | 0

hüquqi onlineXidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin online bərpası

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3, 16.5, 24.0.2 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin fəaliyyətinin online bərpası” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

– İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

– VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə

Xidmətin nəticəsində təqdim edilən sənədlər

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin bərpa edilməsi haqqında bildiriş (e-qutuya göndərilir)

VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb

VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


 Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyində tələbələr üçün təlim təşkil olunub

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyində tələbələr üçün təlim təşkil olunub.

Vergilər Nazirliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün “Media və vergi” mövzusunda təlim keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənc jurnalistlərin vergi sistemi haqqında ilkin biliklərə yiyələnməsini stimullaşdırmaq, vergi mövzusunda xəbər, təhlil və araşdırmaların kütləvi informasiya vasitələrində daha keyfiyyətli və düzgün işıqlandırılmasını dəstəkləməkdir.

Beş gün davam edəcək təlim zamanı vergi sisteminin müxtəlif sahələrini əhatə edən mövzular üzrə məruzələr təqdim olunacaq. Bundan başqa, vergi ilə bağlı xəbər və analitik təhlillərin hazırlanması, informasiya böhranı zamanı vəziyyətdən çıxış yolları, vergi sahəsində məlumatlandırma və maarifləndirmə, sosial media marketinqi, media ilə iş prinsipləri, PR işinin düzgün təşkili ilə bağlı təqdimatlar ediləcək, praktik məşğələlər keçiriləcək.

Mayın 13-də aparılan ilk təlim “Azərbaycanda vergilərin yaranması və təkamül tarixi, iqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu, müstəqil Azərbaycanın büdcə və vergi sistemi” mövzusuna həsr edilib. Nazirliyin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov mövzu ilə bağlı tələbə-jurnalistlər qarşısında çıxış edib, onların suallarını cavablandırıb.

Xatırladaq ki, Vergilər Nazirliyi vergilərin ödənilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq məlumatlandırma və maarifləndirmə işləri aparır. Xüsusilə gənc nəslin, o cümlədən tələbələrin vergilər barədə bilik və anlayışlarının artırılması istiqamətində müxtəlif tədbirlər, konfrans və seminarlar təşkil olunur, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar verilir, müsabiqə və olimpiadalar keçirilir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün təşkil edilən təlim yeni nəsil media təmsilçiləri ilə Vergilər Nazirliyi arasında gələcək əməkdaşlığın təməlini qoyacaq. Təlimin sonunda tələbələrə xüsusi sertifikatlar təqdim olunacaq.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

posted in: Xəbər | 0

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları.

Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab edilməsi barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı- ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı əvvəlki təqvim ilində neft-qaz sahəsinə aid olan vergi ödəyicisi növbəti ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərmədiyi halda:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə, həmin subpodratçıların neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri hesab olunması şərti mövcud subpodratçılara (Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış və qüvvədə olan subpodrat müqaviləsinə əsasən subpodratçı kimi çıxış edən şəxslərə) münasibətdə tətbiq edilir. Növbəti ildə müqavilə üzrə fəaliyyət göstərilmədiyi, yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mallar (işlər, xidmətlər) təqdim edilmədiyi halda, həmin şəxslər neft-qaz sektoruna aid edilmirlər.

Misal: “A” MMC-nin 2018-ci il üzrə gəlirlərinin 50 faizindən çoxu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməsindən formalaşmışdır. “A” MMC-nin 2019-cu ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış müqaviləsinin müddəti bitmişdir və digər şəxslərə xidmət göstərir. Bu halda “A” MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisini güzəştli dərəcələrlə hesablanır.

“A” MMC 2019-cu ildən yeni müqavilələr üzrə Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməyə başladığı halda, yeni yaradılan subpodratçılar üçün müəyyən olunmuş meyar üzrə neft-qaz sektoruna aid edilə bilər.

Yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq).

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.