Xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin online bərpası
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 16.3, 16.5, 24.0.2 və 24.0.6-cı maddələri
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin fəaliyyətinin online bərpası” elektron xidməti üzrə inzibati reqlament”
Xidmətin göstərildiyi yer
İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)
Müraciəti emal edən struktur vahidi
VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti
– İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)
– VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə
Xidmətin nəticəsində təqdim edilən sənədlər
İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin bərpa edilməsi haqqında bildiriş (e-qutuya göndərilir)
VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)
Elektronlaşdırma səviyyəsi
İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb
VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb
Mənbə: taxes.gov.az
Teleqram kanalımıza üzv olun
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.