“Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti”nin gündəliyi açıqlanıb

posted in: Xəbər | 0

Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammitinin gündəliyi açıqlanıb.


Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə mayın 16-17-də Bakıda “ Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik ” adlı sammit keçiriləcək.

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində keçirilən sammit “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı”nda rəqəmsal transformasiyanın sürətləndirilməsi və innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi prioritet hədəflərinin icrası çərçivəsində, eləcə də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn əlaqədar vəzifələrin icrası məqsədilə keçirilir.

Sammit 4 paneldən ibarət olmaqla, “Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – fintexlərin rolu”, “Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər”, “Təhlükəsizlik və risklər” və “Vaxtı keçmiş borcların geri alınmasının müasir texnologiyaları” mözvularını əhatə edəcək.

Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi tədbirdə ABŞ, Yaponiya, Çin, Hindistan, Avropa İttifaqı və MDB ölkələrindən 100-dək beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında Avropa Banklar Federasiyası, Rusiya Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Telekommunikasiya Mərkəzi (SWIFT), “Standard Chartered Bank”, “TEB – BNP Paribas” və digər nəhəng banklar, “Visa Inc.”, “MasterCard Worldwide” və “American Express” beynəlxalq kart təşkilatları, eləcə də “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “KPMG” “Yandex.Money”, “Türkiyənin “Banklararası Kart Mərkəzi”, “RBK Money”, “QIWI”, “Maliyyə Texnologiyaları Mərkəzi (CFT Qrup)”, “Group-IB”, “Compassplus” və ödəniş ekosistemində təmsil olunan digər nüfuzlu şirkətlərin nümayəndələri yer alacaq.

Həftə çərçivəsində ölkə bankları tərəfindən kiçik və orta biznes subyektləri üçün rəqəmsal maliyyə texnologiyaları haqqında seminarların təşkili, maliyyə və rəqəmsal texnologiyalar istiqamətində çalışan startapların öz ideyalarını banklara təqdim etmələrinə imkan yaradan “Fintex və startaplar üçün açıq qapı günləri”, tələbələrə və şagirdlərə rəqəmsal texnologiyalar və startaplarla əlaqədar açıq dərslərin təşkili, onların informasiya texnologiyaları laboratoriyaları ilə tanış olması, eyni zamanda, bank əməkdaşları üçün innovativ ödəniş texnologiyaların tətbiqinə dair nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən seminarların təşkili və digər tədbirlər nəzərdə tutulub.

Sammitin gündəliyi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq olar: https://www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti.

Mənbə: azertag.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə çoxuşaqlı ailələrə vergi güzəşti verilir

posted in: Xəbər | 0

Qazaxıstanda çoxuşaqlı ailələrə vergi güzəşti ediləcək.

çoxuşaqlı

Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, 2020-ci ildən çoxuşaqlı ailələr daha az vergi ödəyə biləcəklər.
Nəzərdə tutulan dəyişikliyə görə, çoxuşaqlı ailələrin aylıq gəlirinin 23 AHG (aylıq hesab göstəricisi) hissəsindən, başqa sözlə, 58.075 tenge (257 manat) vəsaitdən vergi tutulmayacaq.
Bu, ailədə valideynlərdən biri işləyirsə, onun gəlirinə aiddir, əgər hər iki valideyn işləyirsə, onların hər birinin aylıq gəlirinin 12 AHG hissəsi və ya 30.300 tenge (134 manat) vergidən azad ediləcək. Bu güzəşti almaq üçün hər iki valideynin birlikdə illik gəliri 282 AHG-dən (712.500 tenge – 3156 manat) artıq olmamalıdır.
Vergi güzəşti təqvim ili üzrə yanvarın 1-dək dörd və daha artıq uşağı olan ailələrə şamil ediləcək.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi və DGK arasında problem yoxdur

posted in: Vergi, Xəbər | 0

Sahib Ələkbərov: “Əvvəllər DGK ilə Vergilər Nazirliyi arasında ciddi problem olmasa da, suallar olurdu”

“ Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) birləşməsi dövlət idarəetməsinə aid məsələdir. Bu, mənim səlahiyyətimə aid deyil ”.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyinin qarşısında duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır:

“Əsas məsələ və problem ondan ibarət deyil ki, hansı qurum kiminlə birləşəcək və ona kim rəhbərlik edəcək. Bu ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, o sistem işləyirmi və bu sistemlər fayda verirmi, səmərəlidirmi?! Bəlkə də, bəziləri bunu bilmir. Amma bizim qarşımızda duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır.

Bilirsiniz ki, 2006-cı ildə Azərbaycanda ilk dəfə Vergilər Nazirliyi AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) sistemini işə salıb. Hazırda bu sistem çox səmərəli işləyir. Bizim digər dövlət qurumları ilə sistemlərimizin əlaqəli şəkildə işləməsi, informasiyalarımızın əlçatan olması çox ciddi məsələdir. Hazırda bunun üzərində iş gedir. Qaldı Dövlət Gömrük Komitəsinə, ola bilsin, bəziləri bunu bilmir, amma hazırda heç bir sual, problem yoxdur”.

Nazir müavini “Bu problem və suallar əvvəllər də yox idi, yoxsa son zamanlar yoxa çıxıb?” sualına cavabında deyib ki, əvvəllər ciddi problemlər olmayıb:

“Əvvəl də elə ciddi problem olmayıb, amma suallar olurdu. Suallar da hərənin öz sisteminin olması ilə bağlı idi. Hazırda vergi orqanı ilə gömrük orqanı birgə nəzarəti həyata keçirir. Bizdə yeni bir qurum yaradılıb – İdxal-İxrac Departamenti. Onun çox sayda işçiləri var, mütəxəssislər cəlb olunub. Bizim onların informasiya sisteminə, onların da bizim sistemə əlçatanlığı təmin olunub. İndi bizə lazımdır ki, bu digər sahələrdə də olsun”.

Nazirlik rəsmisi deyib ki, hazırda təmsil etdiyi qurum informasiya mübadiləsini İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərkosmos” ASC və başqa qurumlarla davam etdirmək niyyətindədir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Auditorlar Palatası ötən ili mənfəətlə başa vurub

posted in: Audit, Xəbər | 0

Auditorlar PalatasıAuditorlar Palatası ötən ili mənfəətlə başa vurub.

Auditorlar Palatasının cəmi aktivləri bu il yanvarın 1-nə 432 min manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18% çoxdur.

Hesabat dövründə Palatanın cəmi öhdəlikləri 37,5% artaraq 44 min manata, cəmi kapitalı isə 16,2% artaraq 388 min manata çatıb.

2018-ci ildə qurumun əməliyyat gəlirləri 774 min manat (2017-ci ilə nisbətən 12,2% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 730 min manat (18,9% çox), ixtisasartırma və imtahan gəlirləri 43 min manat (10,3% çox), qrant və ianələrdən gəlirləri 2 min manat (təxminən 25 dəfə az), əməliyyat xərcləri isə 720 min manat (18,4% az), o cümlədən işçilərə çəkilən xərclər 395 min manat (12,9% çox), ezamiyyə xərcləri 37 min manat (60,9% çox), məlumat və reklam xərcləri 64 min manat (25,5% çox), çap və mətbuat xərcləri 8 min manat (2 dəfə çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 26 min manat (10,3% az), ümidsiz borc xərcləri 53 min manat (77,45% az), amortizasiya və qiymətdən düşmə xərcləri 23 min manat (21,05% çox), rabitə xərcləri 25 min manat (8,7% çox), üzvlük haqqı xərcləri 19 min manat (5,6% çox), audit və peşəkar məsləhət xidmətləri xərcləri 42 min manat (10,5% çox), sair əməliyyat xərcləri 20 min manat (33,3% az), bank xərcləri 4 min manat (təxminən 10% çox), icarə xərcləri 4 min manat (dəyişməyib) olub.

Son nəticədə Auditorlar Palatası ötən ili 54 min manat mənfəətlə başa vurub. Halbuki, Palata əvvəlki ildən 191 min manat zərərlə çıxmışdı.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.