Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir

posted in: Xəbər | 0

Fintex Sammiti Maliyyə və TexnologiyalarBakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir.


Bu gün Bakıda Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) işə başlayıb.

2 günlük tədbir mayın 13-dən başlamış və mayın 17-də başa çatacaq “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində baş tutub.

Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edirlər.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi orqanlarının hüquqi tənzimləmə sahəsində gördüyü işlər

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarının hüquqi tənzimləmə sahəsində gördüyü işlər.

2019-cu ilin I rübündə respublika üzrə yerli vergi orqanları tərəfindən məhkəmələrə ümumilikdə 152 milyon 354,7 min manat məbləğində 1.982 müraciət edilib. Bu müraciətlərdən vergi borcunun, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınmasını təmin etmək məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı 988,6 min manat məbləğdə 100 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilib.

Cari və ötən dövrlərdə verilmiş həmin iddia ərizələrindən I rübdə vergi orqanına 135,1 min manat məbləğində 127 qətnamə daxil olub ki, bunların da hamısı məhkəmələr tərəfindən təmin edilib. Həmçinin inzibati-iqtisadi məhkəmələrin icraatında olan iddia ərizələri üzrə 137,9 min manat məbləğdə 45 qərardad daxil olub, bunların da hamısı vergi borcunun ödənilməsi ilə bağlı olub.

Məhkəmədə baxılan işlər üzrə hüquqi müdafiənin səmərəliliyinin artırılması məqsədilə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetin yaradılması, eləcə də iqtisadi mübahisələrə baxan məhkəmələr və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu ümumi məhkəmələr ilə vergi orqanları arasında prosessual sənəd dövriyyəsinin həmin elektron kabinet vasitəsilə həyata keçirilməsi barədə yerli vergi orqanlarına göstərişlər verilib.

Cari ilin I rübündə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Ali Məhkəmədə vergi ödəyicilərinin xeyrinə tam və qismən həll edilməklə başa çatmış işlərin sayı 62,5 faiz, məbləği isə 95,7 faiz azalıb. Müvafiq olaraq, vergi orqanlarının xeyrinə həll edilmiş işlərin sayı 16,7 faiz, məbləği isə 13,2 faiz artıb.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 8,5 faiz artıb.


2019-cu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1 milyon 580,8 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,2 faizi təhsil; 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 13,1 faizi sənaye; 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat; 6,9 faizi tikinti; 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; 1,6 faizi maliyyə və sığorta fəaliyyəti; 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 577,6 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: U and R Company

Əmək haqqı: Danışıqlar əsasında müəyyənləşdiriləcək

Mühasib üçün tələblər

– Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil.
– 1C 8.2 8.3 proqram təminatında işləmək bacarığı.,
– Microsoft Office proqram təminatından minimum orta səviyyədə istifadə qabiliyyəti: Excel, Word,Outlook,
– Məntiqi-analitik qabilliyyət, riyazi biliklər.
– Azərbaycan dilini mükəmməl səviyədə bilməli.
– Rus və ya ingilis dillərini bilmək arzu olunandır
– Komandada işləmək həvəsi,
– Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik,
– Tapşırıqları müstəqil yerinə yetirilməsi,
– Məsuliyyətlilik , kreativlik, dəqiqlik.

Vakansiya barədə məlumat

– 1C proqramında mühasıbat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının öyrənilməsi və tətbiqi.
– Şirkətin xidmət göstərdiyi digər şirkətlərdən gələn sorğuları qəbul etmək və cavablandırmaq.
– Mövcud proqram təminatları üzrə konsultasiya xidmətinin göstərilməsi.

İş şəraiti:

Həftədə 5 gün (09:00-18:00),
Təcrübə artımı imkanları.
3 aylıq sınaq müddəti uğurla bitdikdən sonra daimi işlə təmin olunması.

Əlaqə: info@urc.az / info@finstaff.az

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.