» » » Vergi orqanlarının hüquqi tənzimləmə sahəsində gördüyü işlər

Vergi orqanlarının hüquqi tənzimləmə sahəsində gördüyü işlər

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarının hüquqi tənzimləmə sahəsində gördüyü işlər.

2019-cu ilin I rübündə respublika üzrə yerli vergi orqanları tərəfindən məhkəmələrə ümumilikdə 152 milyon 354,7 min manat məbləğində 1.982 müraciət edilib. Bu müraciətlərdən vergi borcunun, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınmasını təmin etmək məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı 988,6 min manat məbləğdə 100 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilib.

Cari və ötən dövrlərdə verilmiş həmin iddia ərizələrindən I rübdə vergi orqanına 135,1 min manat məbləğində 127 qətnamə daxil olub ki, bunların da hamısı məhkəmələr tərəfindən təmin edilib. Həmçinin inzibati-iqtisadi məhkəmələrin icraatında olan iddia ərizələri üzrə 137,9 min manat məbləğdə 45 qərardad daxil olub, bunların da hamısı vergi borcunun ödənilməsi ilə bağlı olub.

Məhkəmədə baxılan işlər üzrə hüquqi müdafiənin səmərəliliyinin artırılması məqsədilə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetin yaradılması, eləcə də iqtisadi mübahisələrə baxan məhkəmələr və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu ümumi məhkəmələr ilə vergi orqanları arasında prosessual sənəd dövriyyəsinin həmin elektron kabinet vasitəsilə həyata keçirilməsi barədə yerli vergi orqanlarına göstərişlər verilib.

Biznes hesabi

Cari ilin I rübündə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Ali Məhkəmədə vergi ödəyicilərinin xeyrinə tam və qismən həll edilməklə başa çatmış işlərin sayı 62,5 faiz, məbləği isə 95,7 faiz azalıb. Müvafiq olaraq, vergi orqanlarının xeyrinə həll edilmiş işlərin sayı 16,7 faiz, məbləği isə 13,2 faiz artıb.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.