Azərbaycanda orta aylıq əmək haqqı 8,5 faiz artıb.
2019-cu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1 milyon 580,8 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,2 faizi təhsil; 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 13,1 faizi sənaye; 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat; 6,9 faizi tikinti; 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; 1,6 faizi maliyyə və sığorta fəaliyyəti; 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.