Vergi islahatlarının əsas məqsədi beynəlxalq reytinqlərdə yüksəlmək deyil

posted in: Vergi, Xəbər | 0

Nazir: “Vergi islahatlarının əsas məqsədi beynəlxalq reytinqlərdə yüksəlmək deyil”

“Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas məqsədi beynəlxalq reytinq cədvəllərində ölkənin reytinqinin yüksəldilməsi deyil”.
Bunu AZTV-nin “Günün nəbzi” verilişində Vergilər Naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanda bu islahatlar sistemli şəkildə aparılır. Məqsəd həm regional, həm də beynəlxalq səviyyədə sağlam rəqabətə davam gətirməklə ölkə iqtisadiyyatına sərmayələr cəlb etmək, yeni iş yerlərinin yaradılmasıdır. İlk öncə bunda maraqlıyıq. Amma hər halda islahatlar Dünya Bankının, Davos İqtisadi Forumunun müəyyən etdiyi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə müsbət təsir edir”, – deyə nazir bildirib.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi şikayəti verilməsi imkanı barədə məlumat

posted in: Vergi, Xəbər | 0

Vergi şikayəti verilməsi imkanı barədə məlumat.


Qəbul edilmiş inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun VII fəslində müəyyən edilmiş qaydada şikayətin verilməsi imkanı barədə məlumat

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət – hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir.

Həmin Qanunun 71-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də şikayət verilə bilər.

Həmin Qanunun 74-cü maddəsinə əsasən inzibati şikayət yazılı formada tərtib edilir.  İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:

– şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;

– şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;

– barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);

– şikayəti verən şəxsin tələbi və tələbin əsasları;

– şikayətin tərtib edildiyi tarix;

– şikayəti verən şəxsin imzası.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 15.1.9-cu və  62-ci maddələrinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.

Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər.

Yuxarıda qeyd olunanlara əsasən vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından) və ya onların qəbul edilməsindən imtinadan, habelə vergi orqanlarının hərəkət (hərəkətsizliyindən) Vergilər Nazirliyinə şikayət etmək hüququ vardır.

Qeyd olunan müraciətlərə (korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə daxil olmuş müraciətlər istisna olmaqla) Nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması Departamenti (Katiblik) tərəfindən baxılır. Şikayətçinin həmin Departamentin qərarlarından Vergilər Nazirliyinin Apellyasiya Şurasına (sonuncunun qərarlarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına) və ya göstərilən qərarların hər birindən birbaşa məhkəməyə şikayət etmək hüququ vardır.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mikayıl Cabbarov: “Könüllü vergi ödəmələri nəzərəçarpacaq dərəcədə artıb”

posted in: Vergi, Xəbər | 0

Mikayıl CabbarovMikayıl Cabbarov: Könüllü vergi ödəmələri nəzərəçarpacaq dərəcədə artıb.


“Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəmələrini nəzərəçarpacaq dərəcədə artırıb”.
Bunu AZTV-nin “Günün nəbzi” verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.
“Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub. Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır”, – deyə nazir qeyd edib.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Naziri: Bilmək lazımdır ki, dövlət buna göz yummayacaq

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri: “Kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını ayrıca təhlil qrupu izləyir”

“Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupu yaradılıb”.

Bunu AZTV-nin “Günün nəbzi” verilişində Vergilər Naziri Mikayıl Cabbarov deyib.

“Bu qrupa makro və mikro iqtisadçılar daxildir. Onlar kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləyir və bu ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına “kölgədənçıxma” halları artmqdadır:

“Pərakəndə ticarət, ictimai iaşə və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində əmək müqavilələrinin sayının artması müşahidə edilir. Aqrar sektor xüsusilə qeyd olunmalıdır. Azərbaycanda kənd təsərrüfatı mənfəət vergisindən azad olunduğu üçün bu sahədə çalışanlar işçilərlə bağlı uçotun əhəmiyyətinə diqqət yetirməyiblər. Burada məlumatsızlıq da rol oynayır, amma bir sıra hallarda biznes sahibləri şüurlu şəkildə “kölgəyə çəkilməyə” üstünlük veriblər. Bilmək lazımdır ki, dövlət buna göz yummayacaq. Çünki, uçotdan yayınma rəqabətin pozulmasına, qanunla işləyənin xərclərinin və son nəticədə istehsal etdiyi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır”.

Nazir onu da bildirib ki, bu ilin ilk 4 ayında Azərbaycanda 58 min yeni əmək müqaviləsi dövlət qeydiyyatından keçirilib, ötən ilin eyni dövrü ilə müqayisədə ticarətdə rəsmi dövriyyə 24%, o cümlədən pərakəndə ticarətdə 35%, ictimai iaşədə rəsmi dövriyyə isə 15% artıb.

“Bunlar kifayət qədər müsbət göstəricilərdir”, – deyə M.Cabbarov əlavə edib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.