Elektron sənədlərin mübadiləsi Qaydasında kiçik dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Elektron sənədlərin mübadiləsi Qaydasında kiçik dəyişiklik edilib.

“Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral
tarixli 510 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, maddə 173; 2017, № 3, maddə 480; 2019, № 1, maddə 158) ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1-ci bənddə “elektron və ya kağız-uçot jurnallarında aparılır” sözləri “elektron sənəd dövriyyəsi sistemi vasitəsilə həyata
keçirilir” sözləri ilə əvəz edilsin.
2. 6.2-ci bənddə “elektron jurnallarda” sözləri “elektron sənəd dövriyyəsi sistemində” sözləri ilə əvəz edilsin.
3. 7.2-ci bənddən “müvafiq uçot jurnallarının,” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının

Baş Naziri                        Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu şəxslərə maliyyə sanksiyası tətbiq olunur

posted in: Maliyyə, Vergi, Xəbər | 0

Vergidən azad edilən əməliyyatların uçotunu aparmayanlara maliyyə sanksiyası tətbiq olunur.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanların vergidən azad edilən əməliyyatların uçotunu aparmaq kimi öhdəliyi varmı?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, vergidən azad olunmuş gəlir əldə edən şəxslər də digər sahibkarlıq fəaliyyəti subyektləri kimi vergitutma obyektlərinin dəqiq uçotunu aparmağa borcludurlar. Ona görə də, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli, vergi orqanına bəyan etməlidirlər.

Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Mənbə: azertag.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək məzuniyyəti ilə bağlı dəyişiklik edilə bilər

posted in: Xəbər | 0

Əmək məzuniyyəti ilə bağlı dəyişiklik edilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb ki, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla, onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.

Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulan istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunu düzgün aparmaq məqsədilə əmək məzuniyyətlərinin verilməsi üçün hər il yanvarın sonunadək növbəlilik cədvəlləri tərtib oluna bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək məcəlləsi və fərdi uçotla bağlı fərmanda kiçik dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Əmək məcəlləsi və fərdi uçotla bağlı fərmanda kiçik dəyişik edilib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 616 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206) 2-ci hissəsinin yeddinci abzasının “c” bəndində “, 56-cı maddəsinin dördüncü hissəsində və 77-ci maddəsinin beşinci hissəsində” sözləri “və 56-cı maddəsinin dördüncü hissəsində” sözləri ilə əvəz edilsin.

2. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 762; 2006, № 12, maddə 1034; 2008, № 3, maddə 187; 2016, № 9, maddə 1464) 4-cü hissəsinə “yerli orqanlarına” sözlərindən sonra “və “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.