Dövlət Gömrük Komitəsi açıqlama yayıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi açıqlama yayıb.

Dövlət Gömrük Komitəsi

Bəzi kütləvi informasiya vasitələrində Türkiyədə müvəqqəti yaşayaraq Azərbaycana qayıdan ölkə vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, X.Şabanovanın ölkəyə qayıtdığı tarixdə “Qırmız Körpü” gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların – ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə X.Şabanovaya təşəkkürünü bildirir”, – deyə açıqlamada qeyd olunub.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Vergilər Naziri vətəndaşları qəbul edəcək.
Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhəri sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 25 may 2019-cu il tarixində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Göyçay şəhəri, Əli Kərim küç. 112A) Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 may 2019-cu il tarixlərində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Kürdəmir, Ağdaş, Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV-dən azad avadanlığın quraşdırılması ƏDV-dən azaddır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDVƏDV-dən azad avadanlığın quraşdırılması Əlavə Dəyər Vergisindən azaddır?

Sual:

Xahiş edirəm aşağıda qeyd etdiyim sualı cavablandırasınız.

Malsatan şirkət Əlavə Dəyər Vergisi ödəyicisidir. Satılan mal kənd təsərrüfatına aid suvarma sistemidir. Vergi Məcəlləsinin 164.1.34 maddəsinə əsasən suvarma qurğularının satışı Əlavə Dəyər Vergisi tutulan əməliyyat deyil. Sualım belədi ki, həmən o suvarma qurğsunun quraşdırılmasıda ƏDV dən azaddır?

Bilindiyi kimi suvarma sistemi ehtiyyat hissələrindən ibarətdir və istifadə ediləcəyi yerdə yığılmalıdır.

Cavab:
Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı isə Əlavə Dəyər Vergisindən azaddır.
Göründüyü kimi, maddədə azadolma yalnız adıçəkilən malların idxalına və satışına aid edilmişdir.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 AZN əmək haqqı ilə Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Agrico MMC

Əmək Haqqı: 800 – 1000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 21 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Məhəmməd Adıyev
  • Telefon: (012) 404-04-14
  • E-mail: hr@agrico.az / info@finstaff.az
  • Elanın bitmə tarixi: 20.06.2019
Vakansiya barədə məlumat

– Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması
– Rəsmi hesabatların hazırlanması(Vergi, Statistika, DSMF)
– Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi
– Banklarla və digər orqanlarla hesablaşmalar
– İş qrafiki: Bazar ertəsi – Cümə: 08:30-dan 17:30-dək
– Şənbə: 10:00-dan 16:00-dək
– İş yeri Xırdalan dairəsində yerləşir

Mühasib ilə bağlı tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil
– Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Azərbaycan və rus dillərini əla səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük verilir
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
– Yaş: 25-35 arası

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr@agrico.az ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.