» » » Dövlət Gömrük Komitəsi açıqlama yayıb

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Gömrük Komitəsi açıqlama yayıb.

Dövlət Gömrük Komitəsi

Bəzi kütləvi informasiya vasitələrində Türkiyədə müvəqqəti yaşayaraq Azərbaycana qayıdan ölkə vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, X.Şabanovanın ölkəyə qayıtdığı tarixdə “Qırmız Körpü” gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların – ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə X.Şabanovaya təşəkkürünü bildirir”, – deyə açıqlamada qeyd olunub.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.