Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılır

posted in: Xəbər | 0

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılır.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

posted in: Xəbər | 0

Miqrasiya MəcəlləsiMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Komitə sədri Əli Hüseynli deyib ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.

Onun sözlərinə görə, bu saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək.

Ə.Hüseynli qeyd edib ki, Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək: “Ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır”.

Layihə barədə məlumat verən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib, bununla da bir sıra məsələlər tənzimlənib: “Hazırkı dəyişiklik layihəsi isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir.

Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur”.

Müzakirələrin sonunda gündəlikdəki məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Auditorlar Palatası “Auditor adı almaq üçün” İmtahan keçirdir

posted in: Audit, Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatası

AUDİTOR ADI ALMAQ ÜÇÜN

İmtahan keçirdir

Auditorlar Palatası

İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2019-cu il 01 iyun tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.

  • İmtahan Komissiyası sədrinin adına müəyyən olunmuş formada ərizə;
  • Şəxsiyyət vəsiqəsi və onun sürəti;
  • Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
  • Əmək kitabçasının surəti;
  • 4×6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

İmtahan ödənişlidir!

Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatası – nın Kadr hazırlığı şöbəsinə müraciət edə bilərlər.

Məlumat üçün bildiririk ki, auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahan qabağı ödənişli kurslar təşkil edilə bilər.

Ünvan: S.Y.Bakuvi 35
Əlaqə: 564-80-62 ; 498-28-55 (daxili 110)
  

Mənbə: audit.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda banka bu məbləği qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək

posted in: Xəbər | 0

Azərbaycanda banka 100 min manat qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.

Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.