Sosial sığorta haqlarının hesablanması

posted in: Xəbər | 0

Sosial sığorta haqlarının hesablanması.

2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması üçün bir sıra şərtlər rəhbər tutulmalıdır.

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə ödənilən müavinət

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib.

Buna görə də işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır. Bunlarla yanaşı, vergitutma məqsədləri üçün həmin müavinət fiziki şəxsin vergi tutulan gəlirinə aid edilir və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblərə sosial sığorta haqqı hesablanarkən gəlirdən çıxılan xərclərin nəzərə alınması

“Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqına cəlb olunurlar. Bu zaman hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan gəlir Vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb edilən gəliri hesab olunur və 20 faiz dərəcə həmin fərqə tətbiq edilir.

Normadan artıq olan ezamiyyə xərcləri

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda, faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanmır.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək müqaviləsi əsasında əmək fəaliyyəti və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması

Xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikası vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmur. Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycan Respublikasında ümumi qaydada “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəyirlər (yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə müəyyən edilmiş dərəcə ilə hesablanır).

İşçinin xərclərinin əvəzi kimi digər şəxslərə ödənilən məbləğlər

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda, həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Fiziki şəxslərin bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması

Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə (məsələn, şəxs ticarət fəaliyyəti ilə yanaşı, xidmət sahəsində də fəaliyyət göstərir) məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir.

Əcnəbilər…

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

“Hasilatın pay bölgüsü haqqında” saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən “Hasilatın pay bölgüsü haqqında” saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab edilir. Xarici olkə vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda rezident vergi ödəyiciləri ilə bağlanmış müqavilələrə əsasən rezidentə xidmət göstərməsi həmin əcnəbi fiziki şəxslərin Azərbaycan mənbəyindən gəlir əldə etməsi sayılmır və rezident vergi ödəyicisi tərəfindən onlara aparılan ödənişlər məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (3-cü addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

3-cü addım

Hesabat məbləğləri, ezamiyyələr və avans ödənişləri

İstehsalat və iqtisadi fəaliyyət dövründə müəssisələr və şirkətlər işgüzar səfərlərə, dəftərxana ləvazimatı almağa, poçt sifarişlərinin ödənilməsinə, notariat xidmətlərinə və digər xərclərə ehtiyac duyurlar. Belə cari və təsərrüfat xərcləri nağdsız bir şəkildə hesablaşma hesabı vasitəsilə ödənilə bilməz.

Bu cür xərclər heç də həmişə həmin hesabların açıq olduğu bank müəssisələri vasitəsilə bank köçürmələri yolu ilə ödənilə bilmir. Bu və digər bənzər xərcləri tətbiq etmək üçün əməkdaşlara təhtəl hesab nağd pul verilir.

Bu məbləğ müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmiş hesablamaya əsasən verilir. Müəssisələrdə iqtisadi məsrəflərlə məşğul olan şəxslərin dairəsi müəyyənləşdirilir və bu dairə, rəhbərliyin sifarişi ilə təsdiqlənir və hesablarına avanslar verilir. Avanslar xərclərə faktiki ehtiyac yarandıqdan sonra verilir. Ezamiyyə xərcləri üçün pul verilərkən aşağıdakı hesablamalardan keçmək lazımdır: sənədlər əsasında oraya və geriyə yol biletləri, bütün ödənişlər (biletlər, qəbzlər, sığorta polisləri), yaşayış və yemək üçün normativlərə uyğun ödəniş qəbzləri (oteldə qalmaq və yemək üçün ödənilən xərclərin qəbzləri). Bütün bu xərclər, sutkalıq xərc istisna olmaqla, əvvəlcədən hesabata əlavə edilməli olan sənədlərlə təsdiqlənməlidir.

Avans hesabatı ona əlavə olunmuş sənədlərlə birlikdə, hesabatdakı alınan məbləğlər üzrə yoxlanılması üçün mühasibat şöbəsinə təqdim olunur. Avans hesabatları mühasib tərəfindən yoxlanıldıqdan sonra müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Sənədlərlə təsdiq olunmayan pul qalığı geri qaytarılmalıdır. Geri qaytarılmadığı təqdirdə, o, əmək haqqından tutulur. Lakin, elə də olur ki, verilən məbləğdən daha artıq pul məsrəfləri çıxır və onlar da sənədlərlə təsdiqlənir, belədə artıq xərclər kassadan həmin şəxsə qaytarılır.

Hesabat məbləği yalnız həmin müəssisənin ştatında olan və ezamiyyətə gedən işçilərə verilir. İşgüzar səfər dövründə işçiyə qanunla müəyyənləşdiriləndən artıq olmayan miqdarda, istirahət və bayram günləri, yolda olan günlər daxil olmaqla, o cümlədən məcburi tranzit dayanmaları da nəzərə alınmaqla, sutkalıq məbləğ təyin edilir. Gündəlik ezamiyyə xərcləri hesablanarkən, gediş və gəliş günləri ayrı-ayrılıqda hesablanır.

Ezamiyyədə olma faktı ezamiyyə vəsiqəsindəki qeydlər əsasında təsdiqlənir. İşçi bir neçə ünvana göndərildiyi təqdirdə, hər bir yerdə, vaxtdan asılı olmayaraq, qeydlər edilir. Ezamiyyətə yola düşmə günü nəqliyyat növünə alınmış bilet əsasında müəyyənləşdirilir və bu ezamiyyə vərəqi ilə təsdiqlənməlidir. Ezamiyyətdən qayıtma günü də alınmış bilet əsasında ezamiyyə vərəqində qeyd olunmaqla təsdiqlənir.  İşçini 40 gündən artıq müddətə ezamiyyətə göndərmək olmaz, bura yola sərf edilən günlər daxil edilmir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Fiziki şəxsin fəaliyyətinin bərpa edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Fiziki bərpaXidmətin adı: Fiziki şəxsin fəaliyyətinin  bərpa edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fiziki şəxsin fəaliyyətinin bərpa edilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb (bax 2.5.2-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

İdxal əməliyyatlarının rəsmiləşdirilməsində yenilik

posted in: Vergi, Xəbər | 0

idxalİdxal əməliyyatlarının rəsmiləşdirilməsində yenilik.


Vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub: “Bizim idxalda böyük problemlərimiz “karqo şirkəti” adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər”.

Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb. Həmin şirkətlər yalnız daşıma ilə məşğuldurlar: “Onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir və beləliklə, bazara sənədli mal daxil olur.

Beləliklə, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların sənədləşməsinə ciddi diqqət yetirilir, bu da, təbii ki, dövriyyələrdə öz əksini tapır”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.