Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

posted in: Xəbər | 0

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi.


Nazirlər Kabineti 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş qaydaya dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Bundan əvvəl bu tələb 30 gün sonra olaraq müəyyən olunmuşdu.

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Mənbə: az.trend.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda spesifik rüsum hansı ixrac mallarına tətbiq edilir?

posted in: Xəbər | 0

Azərbaycanda spesifik rüsum hansı ixrac mallarına tətbiq edilir?


Bu gün bəzi hallarda sahibkarlar Dövlət Gömrük Komitəsindən narazılıq edirlər. Narazılıqlarının əsas səbəbi isə onlar tərəfindən istehsal edilən bir sıra məhsulların ölkədən çıxarılmasına qadağaların olması və ya ixraca məhdudiyyətlərin mövcudluğu ilə bağlıdır.

Sahibkarlar iddia edirlər ki, ixrac etmək istədikləri bir çox istehsal məhsullarına xarici bazarlara çıxarılmasına qurum tərəfindən qadağalar qoyulur və ya yüksək rüsumlar tətbiq edilir ki, bu da onların istehsal etdikləri məhsulun dəyərinin daha baha başa gəlməsinə səbəb olur. Nəticədə isə Azərbaycan istehsalı olan bəzi məhsullar xarici bazarlarda qiymətinə görə digər məhsullara uduzur.

Ölkədən bəzi malların ixracına qadağa var

“Report” bu məsələni araşdırmağa çalışıb. Görəsən, ümumiyyətlə, bu gün hər hansı məhsulun ölkədən çıxarılmasına qadağa və məhdudiyyətlər mövcuddurmu? Maraqlıdır, məhdudiyyətlər qoyulan məhsulların siyahısına hansı mallar daxildir və onların ixracının məhdudlaşdırılmasına və qadağanın qoyulmasına səbəblər nədir?

Ancaq məsələni araşdırdıqda məlum oldu ki, bu gün Azərbaycandan ixrac olunan hər hansı məhsula məhdudiyyət yoxdur və gömrük rüsumu da tətbiq olunmur. Ancaq bəzi ixrac olunan mallara daxili bazarı qorumaq səbəbindən gömrük rüsumları müəyyən olunub. Bu da bir çox hallarda sahibkarların qanunvericiliyi bilməmələri və əksər hallarda məsələlərdən xəbərsiz olmaları ilə bağlıdır.

Komitədən də bildirdilər ki, bu gün Azərbaycandan ixrac olunan hər hansı məhsula məhdudiyyət yoxdur: “Hər hansı məhdudiyyət ola da bilməz. Ancaq bəzi ixrac olunan mallara yüksək rüsumlar tətbiq edilib. Ölkə ərazisinə malların gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi, məhdudlaşdırılması müvafiq olaraq Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələri ilə tənzimlənir”.

Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, hazırda milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin qorunması baxımından malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır.

Bu qadağalar heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından da tətbiq edilə bilər. Yaxud da Azərbaycanın başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq saxta kağız və metal pullar, gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, pornoqrafik materiallar və ya əşyalar da daxildir”.

Bu mallara spesifik rüsum tətbiq olunur

N. Axundov bildirib ki, Azərbaycanda son zamanlarda yerli istehsalın qorunması, respublikada istehsal olunan məhsulların xarici bazarlara əlverişli çıxışını təmin etmək və yerli istehsala lazım olan xam malların xaricə çıxarılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabinetinin bəzi qərarları ilə respublikadan çixarılan istehsal təyinatlı xammallara spesifik gömrük rüsumları tətbiq edilib: “Ölkədə yeni yaradılmış istehsal sahələrinin xammal tələbatının ödənilməsi və məhsul istehsalının, eyni zamanda rəqabətədavamlılığının artırılmısını təmin etmək məqsədilə respublikadan aşağı qiymətlə ixrac edilən qiymətli ağac məhsullarına (xammal) Nazirlər Kabineti tərəfindən ixrac rüsumlarının tətbiqi nəzərdə tutulub”.

İdarə rəsisi bildirib ki, hazırda ölkəmizdə istehsal müəssisələrinin dəri xammalına olan tələbatını ödəmək məqsədilə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən xam dərilərə ölkə ərazisindən ixrac edilərkən ixrac gömrük rüsumlarının tətbiq edilməsi nəzərdə tutulub: “Bu gün iribuynuzlu mal-qaranın (camış daxil olmaqla) bütöv gönlərindən hazırlanan dərinin 1 000 kiloqramı üçün idxal rüsümu 150-500 ABŞ dollar arasında dəyişir. Saflaşdırılmamış mis, elektrolitik saflaşdırma üçün mis və digər mis məhsullarının hər 1 000 kq üçün gömrük rüsumu 15 ABŞ dolları təşkil edir. Qərara əsasən, 05.09.2021-ci il tarixinədək isə mis məhsulların ixracına 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla tətbiq edilə bilər.

Qeyd edək ki, rüsumlar aşağıdakı kimi müəyyən edilir:

İribuynuzlu mal-qaranın (camışlar daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kv futdan) artıq olmayan 1000 kq-a 350 ABŞ dolları
Bütöv gönlərdən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kv futdan) artıq olan 1000 kq-a 350 ABŞ dolları
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda istehlak bazarında soğan, kartof və kələmin mövsümü qiymət artımının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib və soğan, kartof və kələmə ixrac gömrük rüsumlarının tətbiqi nəzərdə tutulub. Bu ayın sonuna qədər baş soğan və şalot soğanın hər bir kiloqramının ixracı üçün tətbiq ediləcək gömrük rüsumu 2 dollar təşkil edir.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Vergilər Nazirliyi vergi boşluqlarını qiymətləndirəcək

posted in: Vergi, Xəbər | 0

vergi boşluqlarıVergilər Nazirliyi vergi boşluqlarını qiymətləndirəcək.


Neft və qaz sektorunun bəzi təsirləri nəzərə alınmamaq şərtilə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə qeyri-neft sektoru üzrə 19 faizə yaxın artım olub. Həmin dövrdə pərakəndə ticarət dövriyyəsində 35 faiz artım müşahidə edilib.

Vergilər nazirinin müşaviri Xəqani Abdullayev Vergilər qəzetinin təşkil etdiyi “dəyirmi masa” müzakirəsində qeyd edib ki, bu göstəricilər həmin sektorlarda aparılan “ağarma” nəticəsində mümkün olub: “Vergi nəzarəti, vergi orqanlarının təsir rıçaqları digərlərinə nisbətən daha çoxdur. Ən böyük “ağarma” effektini biz bu gün istehlak sferasında görürük. Pərakəndə və topdansatış ticarətin həcmi də ötən ilin ilk rübü ilə müqayisədə 16 faiz artıb. ƏDV-yə cəlb olunan dövriyyələrin artımları da yüksəkdir. Pərakəndə ticarətdə həmin dövriyyələr 38 faiz, topdansatışda 28 faiz təşkil edib”.

X.Abdullayev bildirib ki, mühüm təmayüllərdən biri də kənd təsərrüfatında dövriyyələrin yüksək templə artmasıdır. 2018-ci ilin ilk rübü ilə müqayisədə bu il həmin sektorda 38 faizə yaxın artım olub: “Biz “ağarma” göstəricilərini ümumi makro göstəricilərlə müqayisədə üzə çıxarmağa çalışırıq. Bütün təhlillərimiz bu istiqamətə yönəlib. Aksizli mallar olan tütün və alkoqollu içkilər üzrə dövriyyələrdə dəfələrlə artım var. Bu da, ilk növbədə, vergi nəzarəti tədbirlərinin nəticəsində mümkün olub. Ötən ilin iyun ayından başlayaraq, biz həmin məhsulların istehsalçılarına aksiz nəzarəti postları qurduq. Bundan sonra bu sahədə əhəmiyyətli “ağarma” hərəkətlərinin şahidi olduq”.

Qeyd edilib ki, birinci rübün yekunları bir sıra istiqamətlərdə erkən “ağarma” əlamətlərinin olduğunu göstərir: “Bu o demək deyil ki, bütün sahələrdə həmin proses total şəkildə gedir. Prosesin getməsi həm də vergi inzibatçılığının düzgün qurulmasından, onun effektivliyindən, növbəti mərhələdə isə rəqəmsal vergi inzibatçılığı sahəsində layihələrin həyata keçirilməsinin sürətindən asılıdır. Artıq Nazirlər Kabineti yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması qrafikini təsdiq edib. Bütün bunlar vergi inzibatçılığında maksimal fiskal effekt əldə olunmasına xidmət edir”.

X.Abdullayev əlavə edib ki, “ağarma” effektini müəyyən etmək üçün ayrı-ayrı sahələr üzrə işçi qruplar yaradılıb: “Onlar “ağarma”nın müxtəlif sahələrdəki gedişatını və həcmini diqqətlə izləyir, yerli ərazi vergi orqanlarına müvafiq tapşırıqlar verirlər. Bununla yanaşı, həmin sahələrdə vergi potensialının müəyyən olunması istiqamətində işlər aparılır. May ayının sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları da qiymətləndiriləcək”.
Mənbə: vergiler.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yoxlamaların əhatə dairəsi dəqiqləşdirilir

posted in: Xəbər | 0

Yoxlamaların əhatə dairəsi dəqiqləşdirilir.


“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik gözlənilir. Artıq bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib.

Prezidentin təqdimatı ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 2.2-ci maddəsindəki “vergi yoxlamalarına” sözlərindən sonra “tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara” sözləri əlavə edilir. Həmçinin, 10.3-cü maddədəki “sahəsində” sözünün “yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində” sözləri ilə əvəzlənməsi təklif edilir.

Qanunun “Qeyd” hissəsində göstərilir ki, qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.