Vergidən azad edilən əməliyyatların uçotunu aparmayanlara maliyyə sanksiyası tətbiq olunur.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanların vergidən azad edilən əməliyyatların uçotunu aparmaq kimi öhdəliyi varmı?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, vergidən azad olunmuş gəlir əldə edən şəxslər də digər sahibkarlıq fəaliyyəti subyektləri kimi vergitutma obyektlərinin dəqiq uçotunu aparmağa borcludurlar. Ona görə də, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli, vergi orqanına bəyan etməlidirlər.