» » » Mən necə mühasib oldum – bu peşəyə gəldiyim yol

Mən necə mühasib oldum – bu peşəyə gəldiyim yol

posted in: mühasib, Məqalə, Xəbər | 0
birbank biznes

mühasibMən necə mühasib oldum.

9-cu sinfi bitirdikdə, gələcək ixtisasla bağlı necəsə seçim etmək qarşısında qaldım. Lap uşaqlıqdan gözəllik yaratmaq mənim xoşuma gəlirdi. Və mən vizajist kurslarına getdim. Dörd il orada oxuduqdan sonra yaxşı vərdişlər əldə etdim və sertifikat aldım. Öz yaxınlarım və rəfiqələrimi makiyaj edirdim. Bir qədər keçdikdən sonra başa düşdüm ki, bu mənim bütün həyatımın işi deyil, yalnız hobbidir.

Və yenə də qarşımda dilemma dayandı – nə ilə məşğul olmalı ki, bu həm prestijli olsun, həm xoşuma gəlsin, həm də stabil gəlir gətirsin. Uzun mübahisələrdən sonra mühasib peşəsinə yiyələnmək barədə qərar verdim. Heç də deyə bilməzdim ki, mən uşaqlıqdan mühasib olmağı arzu etmişəm, amma, uzun illər ərzində kim olmağımla bağlı xeyli düşünmüşdüm.

Mən bütün variantları nəzərdən keçirdim və mühasib peşəsinin ən optimal variant olduğu qərarına gəldim. Bizim ailədə qohumlarımdan mühasib olanlar çoxdur və onlar mənə bu peşənin yaxşı gəlir gətirdiyini və ən müxtəlif təşkilatlarda sözügedən peşəyə yüksək tələbat olduğunu söylədilər.

Və beləliklə mən doqquzuncu sinfi bitirdikdən sonra “mühasibat uçotu” ixtisası üzrə kollecə daxil olmaq qərarı verdim. Üç il orada təhsil aldım və həmin vaxt ərzində bir çox şeyləri öyrəndim və düşünmürdüm ki, mühasibatlığı öyrənmək mənə bu qədər maraqlı gələ bilər. Çox tezliklə kiçik mütəxəssis diplomunu aldım və daha sonra təhsilimi universitetdə davam etdirmək qərarına gəldim. Universitetdə biz müxtəlif məsələləri daha geniş və detallı öyrənirdik, iqtisadi xarakterli hər şeyi ətraflı araşdırırdıq.

Üçüncü kursda təcrübədə oldum və məhz, o zaman bütün mühasib işinin nədən ibarət olduğunu hiss etdim və bu mənə bir çox suallarıma cavab tapmaq imkanı verdi. Məhz, mühasib kimdir və onun işi nədən ibarətdir sualına cavab tapdım. Məlum oldu ki, savadlı mühasib – istənilən bir şirkətdə direktordan sonra ikinci mühüm şəxsdir. Və mühasibat üzrə yaxşı mütəxəssis tapmaq elə də asan məsələ deyil. Heç bir nüfuzlu təşkilat mühasibsiz keçinə bilməz.


Teleqram kanalımıza üzv olun


Mühasib – bu, o insandır ki, vergiləri vaxtında hesablayıb, ödənişləri həyata keçirir, bütün kollektivə əməkhaqqını düzgün hesablayır və statistik hesabatları verir.

Bir çoxları mühasibatlığı darıxdırıcı və zəhmətli iş hesab edir. Lakin, bu peşəyə daim tələbat var və həmişə müəyyən gəlir gətirir. O, həm də təhlükəli və asan olmayan bir işdir, çünki mühasibə səhv etmək olmaz. Səhvlər cərimə və penyalara gətirib çıxara bilər ki, bu da heç bir rəhbərin xoşuna gələn bir iş deyil.

O səbəbdən mühasib həmişə ayıq olmalıdır, səhih mühasibat və vergi məlumatlarına malik olmalı, daim öz ixtisasını yüksəltməlidir, belə ki, mühasibat hesabatları və bizim qanunvericiliyimiz çox tez-tez dəyişikliklərə məruz qalır. Bu iş həm də maraqlıdır, çünki hər şey düzgün gəldikdə, və alındıqda, yerinə yetirdiyin işə görə sərf etdiyin vaxt və əsəbə baxmayaraq, ölçüyəgəlməz dərəcədə zövq alırsan və özünü əsl peşəkar kimi hiss edirsən.

Artıq üçüncü kursda təhsil alıram və hazırda dəqiq bilirəm ki, yalnız məsuliyyətli, hövsələli, təşkilatçı, diqqətli, icraçı, dinləməyi bacaran bir insan mühasib ola bilər. Mühasibatlıqda istənilən xırdalıqlar çox mühümdür, çünki hər şey qəpiyinə kim düz gəlməlidir. Mühasib həmişə bir çox insanlarla təmasda olur və ünsiyyət qurur. O, vergi müfəttişliyi və digər yoxlayıcılar qarşısında öz hüquqlarını müdafiə etməyi bacarmalıdır. Bu peşənin daha bir müsbət tərəfi də odur ki, yaxşı mütəxəssis olduqdan sonra Siz bir təşkilatda tam ştatda işləməklə yanaşı, həm də evdən əlavə işlərdə də çalışa bilərsiniz. Öz müəssisənizi açmaq istədikdə isə mühasibatlığın bütün incəliklərindən xəbərdar olacasınız.

Və bütün hallarda peşə seçimi zamanı ən başlıcası – bu məşğul olmaq istədiyin işə sevgidir. Axı, işə yaxşı əhvalda və istəkdə getmək və evə elə o əhvalda da geri dönmək çox vacibdir. Bütün peşələr təhlükəli və çətindir, ən əsası odur ki, o, Sizə sevinc və stabil gəlir gətirsin.

                                                                      Domaşenko Veronika


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.