Bu ölkədə ƏDV-dən azad məhsulların siyahısı genişləndirilib

posted in: Vergi, Xəbər | 0

Özbəkistanda ƏDV-dən azad məhsulların siyahısı genişləndirilib

Ölkədə istehsal edilən qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlara verilmiş güzəştə əsasən, onlar əlavə dəyər vergisindən azad ediliblər. Hökumətin qəbul etdiyi qərarda ƏDV-dən azad edilmiş məhsulların siyahısına mal, qoyun və toyuq əti daxil edilib.

Güzəşt həmçinin bu il oktyabrın 1-dək xaricdən idxal olunan mal-qara və quşlara da aiddir. Bu ayın əvvəlində Prezident Şavkat Mirziyoyevin apardığı müşavirədə kənd təsərrüfatı məhsullarının emalı və qida məhsullarının keyfiyyətinin yüksəldilməsi müzakirə edilmişdi.

Özbəkistanın dövlət rəhbəri müşavirədə qeyd etmişdi ki, kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, saxlanılması, emalı, qablaşdırılması və ixracı ilə məşğul olan mərkəzlərin sayının artırılması zəruridir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV

Avstraliya vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Avstraliya vergi sistemiAvstraliya vergi sistemi haqqında bilmədiklərimiz

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik. Beləliklə, bu dəfəki yazıda Avstraliya vergi sistemi haqqında danışacağıq.

Avstraliyada hüququ şəxslərlə bağlı maliyyə hesabatı maliyyə hesabatlılığının beynəlxalq standartına (AİFRS) uyğun Avstraliya ekvivalenti hesab olunur.

Vergi rezidenti prinsipləri:

Avstraliya özünün vergi rezidenti kimi hüquqi şəxs olaraq o şəxsləri tanıyır ki, əgər onun nəzarəti və idarəetməsi Avstraliya ərazisində baş verir və ya sözügedən hüquqi şəxs Avstraliyada qeydiyyatdan keçib.

Vergi prinsipi:

Avstraliyada rezidentlərin bütün gəlirləri, dünyanın hansı ölkəsində əldə olunmasından asılı olmayaraq, vergi ödənilməsinə cəlb olunur. Qeyri-rezidentlərin isə yalnız Avstraliya ərazisində göstərdiyi fəaliyyət zamanı əldə etdikləri gəlirlər vergiyə cəlb olunur.

Vergiyə cəlb olunan gəlirlər:

İstənilən sahibkarlıq fəaliyyəti nəticəsində şirkətlərin əldə etdiyi gəlirlər, eləcə də dividendlər, faizlər və lisenziyalı ödənişlər, royaltilər vergiyə cəlb olunur. Vergilərə cəlb olunmayan əhəmiyyətli xərclər siyahısına şirkətlərin maliyyə hesabatı ilində öz təsərrüfat fəaliyyətlərinə sərf etdikləri vəsaitlər daxil edilmir.

Dividendlərdən vergilər:

Avstraliya şirkətləri tərəfindən ayrılmış dividendlərin məbləğinə dəyərsizləşmiş kreditin tətbiqi nəticəsində yaranan səhmdarların gəlirləri daxil edilmir.

Kapital artımına görə vergi:

Kapital artımına görə vergi Avstraliyada korporativ gəlirlər vergisi ödənişləri üçün nəzərdə tutulan həcmdə və qaydada ödənilir. Əcnəbi sərmayəçilər bilavasitə Avstraliya ərazisində olan kapital artımı ilə əlaqəli aktivlərə görə vergi ödəyirlər.

Zərərlər üzrə vergiyə cəlbolunma:

Avstraliya hüquqi şəxslərinin fəaliyyəti nəticəsində yaranan zərərlər müddətinə görə qeyri-məhdud zaman ərzində növbəti hesabata qədər qorunub saxlanıla bilər, yalnız bir şərtlə ki, daimi səhmdarların sayı 50%-dən az olmasın.

Korporativ vergi faizi:

Avstraliyada gəlir vergisi ilə bağlı korporativ faiz 30% səviyyəsində müəyyən edilib.

Fiksasiya olunmuş ən aşağı vergi faizi:

Avstraliyada belə bir vergi faizi mövcud deyil.

Faiz gəlirləri:

Bu ölkədə qeyri-rezident sayılan hüquqi şəxslərin faiz şəklində əldə etdikləri gəlirlərdən əgər, dövlətlərarası digər müvafiq razılaşmalar nəzərdə tutulmayıbsa,  əksər hallarda 10% ilə vergi tutulur.

Lisenziyalı ödənişlər, qonorarlar və royaltilər:

Əgər, dövlətlərarası digər müvafiq razılışma şərtləri nəzərdə tutulmayıbsa, qeyri-rezident sayılan hüquqi şəxslərdən kapital mənbələrinə görə vergi kimi Avstraliya ərazisində royalti 30% səviyyəsində müəyyən edilib.

Dividendlər:

Əgər şirkətlər öncədən öz öhdəliklərinə uyğun vergiləri tam ödəmişlərsə, onda qeyri-rezident səhmdarların dividendləri 0% ilə vergiyə cəlb olunur, yox, əgər şirkət bunu öncədən etməyibsə, onda vergi faizi qeyri-rezident səhmdarlar üçün faiz 30% təşkil edəcək.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Avstraliya vergi sistemi

Artıq ödənilmiş vergilərin vergi ödəyicisinə qaytarılması ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

vergi“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 1.3-cü bəndinin, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanununun tətbiqi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 422 nömrəli Fərmanının 1.2-ci bəndinin və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan  Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 2-ci hissəsinin on yeddinci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126; 2003, № 4, maddə 214, № 6, maddə 349; 2005, № 2, maddə 134; 2006, № 2, maddə 184, № 3, maddə 308; 2010, № 10, maddə 905; 2017, № 10, maddə 1888) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “vergilərin,” sözündən sonra “məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının,” sözləri əlavə
edilsin adından və 1-ci hissəsindən “vergi ödəyicisinə” sözləri çıxarılsın.
2. Həmin Qərarla təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının

Baş Naziri                                   Novruz Məmmədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:
Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları (74 downloads )

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi

“Sədərək”dən alınan malları necə rəsmiləşdirmək olar?

posted in: sual-cavab, Xəbər | 0

“Sədərək”dən alınan malları necə rəsmiləşdirmək olar?

Sual:

Sədərəkdən alış aktı ilə mal alıb satmaq mümkündürmü? Nəzərə almaq lazımdır ki, qarşı tərəfin çox vaxt vöeni olmur, şəxsiyyət vəsiqəsini qeyd edib belə əməliyyat apara bilərikmi? Qeyd edim ki, biz ƏDV ödəyicisik.

Cavab:

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir.

Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).

Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, “Vergi ödəyiciləri ilə sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 73-cü və 130-1-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
rəsmiləşdirmək Sədərək