Daha çox8
Daha çox8

ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

ƏDV EDV onlaynXidmətin adı: ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 158-ci maddəsi – AR Prezidentinin 23.05.2011- ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2- 1-ci hissələri – NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və ARnın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.19-cu bəndi – VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömr əli Q ərarı il ə t əsdiq edilmiş “ƏDV m əqs ədl əri üçün qeydiyyatın onlayn l əğv edilm əsi” elektron xidm əti üzr ə inzibati reqlament”

Xidmətin göstərildiyi yer:

İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

VN-nin Dövlət qeydiyyatı və uçota nəzarət departamenti və Rəqəmsal vergi inzibatçılığı departamenti

İcra müddəti: 30 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
 EDV ƏDV onlayn

Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərhədkeçmə xidmətləri üzrə bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub.

Bundan sonra xaricdən gələn yük avtomobilləri ölkəni tərk edərkən artıq yanacağa və yük avtomobillərinə qoşulmuş GPS-ə görə gömrük ödənişlərini, avtomobillərin sərhəddə müvəqqəti saxlanc ödənişlərini, müvəqqəti saxlanc ödənişlərinin ƏDV-sini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisini, habelə icazə blankına görə ödənişlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını müvafiq sistemlə ödəmək olar.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 7 hüquqi şəxs və 2 dövlət təhsil müəssisəsi olmaqla, 221 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 557 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, “Elektron hökumət” portalı eləcə də, sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

Mənbə: azertag.az


İstər alış-veriş, istərsə də iaşə xidmətlərindən istifadə zamanı kassa çeki təqdim edilməlidir

posted in: Xəbər | 0

İstər alış-veriş, istərsə də iaşə xidmətlərindən istifadə zamanı kassa çeki təqdim edilməlidir

Mövcud qanunvericiliyə əsasən, istehlakçılar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Onlar bu yolla alışlarını rəsmiləşdirir və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edirlər. Sahibkarlar isə əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir.

Vergi qanunvericiliyinə əsasən, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, il ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000, il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edir.

Qanunvericiliyə əsasən, cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanının təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kassa çeki

İcarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə etdikdə gəlirdən çıxılmalı olan icarə haqqı məbləğinin vaxtı

posted in: Vergi, Xəbər | 0

İcarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə etdikdə gəlirdən çıxılmalı olan icarəhaqqı məbləğinin vaxtı

Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən icarə haqqının və faizlərin məbləği həmin il üçün hesablanan icarə haqqının və faizlərin məbləği deməkdir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi kassa metodu ilə fəaliyyət göstərən vergi ödəyicilərində borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə etdikdə hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən icarə haqqının və faizlərin məbləğinin vaxtını müəyyən etməkdən ibarətdir.

Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə gəlirin əldə edilməsi vaxtı gəlirin faktiki əldə edildiyi vaxt sayılır.

Yəni nağd ödəmədə vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır, yəni nağd ödəmədə vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır.

Qeyd edək ki, ilk baxışda 133.4.-cü maddənin tələbləri kassa metodunun ümumi qaydasına uyğun gəlmir. Lakin diqqət etmək lazımdır ki, burada borc öhdəlikləri üzrə faizlər və icarə haqları ilə bağlı xərcin uçotu qaydası izah olunur və kassa metodu üçün istisna hal bu maddəyə əsasən yalnız borc öhdəlikləri üzrə faizlər və əmlak icarəsi ilə bağlıdır.

Ona görə də bu maddəyə əsasən vergi ödəyicisinin kassa metodu ilə işləməyinə baxmayaraq xərcin çəkilməsi vaxtı icarə haqqının və faizlərin məbləğinin faktiki ödənildiyi vaxt yox, müqavilədə nəzərdə tutulan vaxt sayılacaq. Yəni icarə haqqının və faizlərin məbləğinin ödəniləcəyi tarix müqavilədə iki hesabat dövrünü əhatə etsə də, bütün məbləğ əvvəlcədən birinci hesabat dövründə ödənilsə də, müqaviləyə əsasən birinci hesabat dövründə ödənilməsi nəzərdə tutulan məbləğ birinci hesabat dövründə, ikinci hesabat dövründə ödənilməsi nəzərdə tutulan məbləğ isə ikinci hesabat dövründə çəkilən xərc kimi hesab olunacaqdır.

Misal: Tutaq ki, gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan vergi ödəyicisi icarə müqaviləsi əsasında 1 noyabr 2018-ci il tarixdən 8 ay müddətinə, aylıq icarə haqqının məbləği 2.000 manat olmaqla ofis icarəyə götürmüşdür. Vergi ödəyicisi 16.000 manat icarə haqqını 2018-cı ilin noyabr ayında qabaqcadan ödəmişdir. Bu halda vergi ödəyicisinin icarə haqqına görə çəkilən xərcinin vaxtını müəyyən edək:

Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, faktiki ödənilən icarə haqqının məbləğindən asılı olmayaraq hər hesabat dövrü üçün müqaviləyə əsasən nəzərdə tutulan icarə haqqının məbləği həmin hesabat dövrü üçün xərc sayılır.

Buna görə də misalda kassa metodu ilə işləyən vergi ödəyicisi tərəfindən icarə haqqının 8 aylıq tam məbləği – 16.000 manat əvvəlcədən, yəni 2018-ci ilin noyabır ayında ödənildiyinə baxmayaraq, 2018-ci il üçün çəkilən icarə haqqı xərcinin məbləği müqaviləyə əsasən 2018-ci ildə ödənilməsi nəzərdə tutulan hər ayı 2.000 manat olmaqla 2 ayın (noyabr və dekabr aylarının) cəmi 4.000 manat (2.000 x 2 = 4.000 manat) olar.

2019-cu il üçün isə çəkilən icarə haqqı xərci müqaviləyə əsasən 2019-cu ildə ödənilməsi nəzərdə tutulan hər ayı 2.000 manat olmaqla 6 ayın cəmi 12.000 manat (2.000 x 6 = 12.000 manat) olar.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
icarə haqqı
error: Content is protected !!