İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

posted in: Xəbər | 0

İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

İşçilərin əmək haqları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin distant iş (məsafədən) və ya teleiş  formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması istiqamətində işlər aparır.

İlk növbədə Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına “Distant iş (məsafədən) – əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və “Teleiş –  əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi nəzərdə tutulur. Yeni anlayışların daxil edilməsi ilə əlaqədar Məcəllənin 4-cü maddəsinin 2-ci hissəsinin və 55-ci maddəsinin də təkmilləşdirilməsi təmin ediləcək.

Qeyd edək ki, bu sahədə işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planına əsasən aparılır.

Belə ki, həmin Tədbirlər planında teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması tədbiri də yer alıb.

Mənbə: sosial.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
distant iş teleiş

Vakansiya: Mühasib tələb olunur

vakansiya mühasibVakansiya: Mühasib / İşəgötürən: Metal Ve Yapi Sistemleri

Əmək Haqqı: 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Natavan xanım
  • Telefon: (012) 597-55-03 / (050) 247-32-58
  • E-mail:nata.ibrahimova@metalyapi.cominfo@finstaff.az

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– İş qrafiki: 1-5 günlər, saat 09:00-dan 18:00-dək, 6-cı gün 10:00-dan 15:00-dək

Namizədə tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Yaş həddi: 23-35
– Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət)
– MS Office(xüsusillə Excell), 1C , e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Əmək qanunvericilyi üzrə məlumatlı
– Yeni və köhnə hesablar plan üzrə biliklər
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya mühasib

 

 

Xarici ölkələrə ezamiyyə zamanı xərclər sənədlərlə təsdiq edilməlidir?

posted in: Vergi, Xəbər | 0

Ezamiyyə xərclərinin gəlirdən çıxılması qaydası

İşin tələbinə uyğun olaraq müəssisələr vaxtaşırı öz əməkdaşlarını xarici ölkələrə ezamiyyəyə göndərməli olurlar. Bu zaman onlar üçün ezamiyyə xərcləri ayrılır. Təcrübədə ezamiyyə xərclərinin yuxarı həddi, ezamiyyə ilə əlaqədar ödənilən məbləğlərin işçinin gəlirlərinə aid edilməsi, habelə ezamiyyə zamanı çəkilən xərclərin gəlirdən çıxılan xərclərə aid olub-olmaması kimi hallarla rastlaşılır, müəyyən suallar ortaya çıxır.

Bu məsələlərə aydınlıq gətirən Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin şöbə rəhbəri Gülnar İsayeva bildirib ki, ezamiyyə xərcləri gəlirdən norma daxilində çıxılan xərclər kateqoriyasına aid edilir. Onların norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə müəyyən edilir. Həmin Qərarda da hər bir xarici ölkə üzrə günlük ezamiyyə norması və ezamiyyə normasına aid olan xərclər öz əksini tapıb:

“Belə ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Göründüyü kimi, xarici ölkəyə gediş-gəlişlə əlaqədar uçuş xərcləri isə ezamiyyə xərclərinin 1 günlük normasına daxil olan xərc deyil. Eyni zamanda xarici ölkələrə ezamiyyə zamanı norma daxilində çəkilmiş xərclərin sənədlərlə təsdiq edilməsi nəzərdə tutulmur”.

G.İsayeva əlavə edib ki, Vergi Məcəlləsində də ezamiyyə xərclərini aşkar tənzimləyən müddəalar yer alıb:

“İlk növbədə, qeyd olunmalıdır ki, faktiki ezamiyyə xərclərinin əvəzinin ödənilməsi gəlirə daxil deyil və işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsində ezamiyyə xərclərinin norma daxilində çəkilən hissəsinin gəlirdən çıxılmasına hər hansı bir məhdudiyyət yoxdur. Yalnız faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır”.

Qeyd edilənləri ümumiləşdirən G.İsayeva xarici ölkələrə ezamiyyələr zamanı norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edildiyini bildirib. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ezamiyyə zamanı xərclər

E-qaiməni çap edib saxlamağa ehtiyac varmı?

posted in: Xəbər | 0

E-qaiməni çap edib saxlamağa ehtiyac varmı?

Bankların onlayn xidmətlərini artırması kağız daşıyıcılara güvənən iş adamlarında müəyyən narahatlıqlar yaradır. Onlar düşünürlər ki, əvvəllər hesabatlarda istifadə etdikləri kağız formasında olan sənədlər sıradan çıxsa, vergi yoxlamaları zamanı çətinlik çəkəcəklər. Çünki onlayn bank əməliyyatları barədə məlumatları kağızda ala bilmirlər. Bəzi iş adamları isə hətta elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların çap variantında arxivləşdirilməsini təklif edirlər.

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, elektron vergi hesab-fakturasının, elektron qaimə-fakturanın tətbiqi və istifadə qaydaları Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılan elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır və çap edilir. Bu sənədlər hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.

Elektron qaimə-faktura vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

Göründüyü kimi, digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib olunması qanunvericiliyə əsasən, tələb olunmur. Xatırladaq ki, həmin sənədlərdən istifadə edilməsi Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 14 mart 2017-ci il tarixli 89 saylı və “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarları, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə uyğun həyata keçirilir.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron qaimə