Konservasiyada olan əsas vəsaitlər əmlak vergisinə cəlb edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Konservasiyada olan Əsas Vəsaitlər Əmlak vergisinə Cəlb edilir?

Sual:

Fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisinin balansında olan əsas vəsaitlər konservasiya edilmiş əsas vəsaitlər hesab edilirsə və bu halda həmin əsas vəsaitlərə amortizasiya hesablanmırsa onlar əsas vəsait kateqoriyasından çıxır. Belə olan halda həmin vəsaitlərin əmlak vergisinə cəlb edilməsi doğrudur?

Cavab:

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansındakı olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər, lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir. Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 16.4-cü, 72.2-ci, 108-ci və 114-cü maddələri, XIII fəsli.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Konservasiyada olan Əsas Vəsaitlər

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” – ”Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 158-ci maddəsi – Vergilər nazirinin 06.03.2013- cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

qeydiyyat ın ləğvi ilə bağlı işlər 30 gün – bildirişin, Qərarın göndəril məsi (qeydiyya tın ləğv edilməsi məqsədə müvafiq hesab edildiyi halda) 3 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması haqqında bildiriş və ya ərizənin icrasından imtina edilməsi barədə məktub (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb (bax 3.6-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
 ƏDV-nin məqsədləri

 

2000 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

vakansiya Baş MühasibVakansiya: Baş mühasib / İşəgötürən: Arka MMC

Əmək haqqı: 1500-2000 AZN

Tələblər:
– Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Ən azı 3-5 il iş təcrübəsi (istehsalat, satış);
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.

İşin təsviri:
– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi)  təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;

Müəssisə haqda məlumat:
– Müəssisə Yeni Suraxanı ərazisində , köhnə Sədərək Ticarət mərkəzinin yerində yerləşir.
– Kağız və karton istehsalı ilə məşğuldur.

İş qrafiki:
– Bazar ertəsi – Cümə:  09:00  – 18:00
– Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini hr@arkased.com / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya Baş Mühasib

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə start verildi

posted in: Xəbər | 0

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə Şamaxıda start verildi

İyul ayının 18-də Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirilib. Tədbirdə Vergilər Nazirliyinin və Şamaxı rayon İcra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, rayondakı qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 4 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatında uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, bu sahədədki real vəziyyət, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib.

Qeyd olunub ki, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vegiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. Digər tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir.

Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti daha 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər.

O da qeyd olunub ki, layihə çərçivəsində aparılacaq işlər yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda satış üçün məhsul istehsalını əhatə edir və fərdi həyətyanı torpaq sahələrində istehsal olunan məhsullar bura aid deyil.

Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota alınmadıqda, onlar gələcəkdə layiqli pensiya təminatı ala bilməyəcəklər.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qaneedici hesab oluna bilməz və müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur.

Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyatı dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb və bu işlərə Şamaxı rayonundan başlanılması qərara alınıb.

Tədbir iştirakçılarına görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib, vergi orqanlarına aidiyyatı dövlət orqanlarının yerli qurumları, qəsəbə və kəndlərin icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə işləmək tövsiyyə olunub.

Mənbə: muhasibat.az

 


 

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kənd təsərrüfatı