1500 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: BSC Consulting and Outsourcing

Əmək Haqqı: 1200 – 1500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Tuti xanım
  • Telefon: 0124933205
  • E-mail: kmaharramli23@gmail.cominfo@finstaff.az

İş barədə məlumat

20 ildən artıq fəaliyyət göstərən “BSC” Consulting və Outsourcing şirkətinə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı BAŞ MÜHASİB tələb olunur.

– Mühasibat, vergi uçotu və MDSS, Statistika ilə bağlı əməliyyatlar
– Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Balansın tərtib edilməsi
– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Mühasibat uçotu qaydalarına əsasən bütün sənədlərin tərtib edilməsi,yığılması və saxlanılması

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) ;
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;
– Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;
– Analitik düşüncə qabiliyyəti,proqnoz etmə bacarıqları;
– Liderlik xususiyyətləri,müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;
– Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;
– Problemləri təhlil və həll etmə bacarığı

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya Baş Mühasib

E-kassanın üstünlükləri

posted in: Xəbər | 0

E-kassa-nın üstünlükləri – Məlumatların online ötürülməsi

E-kassa

E-kassa vasitəsilə aparılan əməliyyatlar (malların təqdim olunması və xidmətlərin göstərilməsi) zamanı həyata keçirilən hesablaşmalar barədə məlumatlar real vaxt rejimində nəzarət mexanizmi qurğusu vasitəsilə Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür. E-kassa tərəfindən, fiskal məlumatları özündə birləşdirərək kriptoqrafik mühafizə vasitəsilə formalaşdırılan və üzərində QR-kod və unikal identifikator (fiskal İD) qeyd edilən çek Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür

KRİPTOQRAFİYANIN TƏTBİQİ

Şifrələmə proseduru, adətən, müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin olunmalıdır. Kriptoqrafik alqoritmlərdən əsasən, kassa əməliyyatlarının aparılması və məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi zamanı istifadə edilir. Yəni, kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə, kriptoqrafik prosedurlardan (unikal identifikatorun formalaşdırılması) istifadə olunur.

YENİ ÇEK FORMALARI

E-kassa tərəfindən formalaşdırılan yeni çek formasının üzərində aşağıdakı əsas məlumatlar əks olunmalıdır:
– Vergi ödəyicisinin adı;
– VÖEN;
– Çekin vurulma tarixi və saatı;
– Təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
– Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
– Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
– E-kassanın markası və zavod nömrəsi;
– E-kassanın fiskal rejiminin nişanı (əlaməti);
– Malın sürətli məlumat kodu (quick response code).
Yeni çekin əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə müştərilərin, yəni istehlakçıların, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilməsi və ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanının yaradılmasındadır.

TƏHLİL İMKANLARI

Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq.
Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
E-kassa

Vergi nəzarəti tədbirlərinə başlanılıb

posted in: Vergi, Xəbər | 0

Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatların həyata keçirilməsi şəratində cari ilin ötən dövründə qeyri-neft sektorunda, habelə ayrı-ayrı sektorlarda dövriyyələrin və vergi daxilolmalarının artımı müşahidə olunur.

Vergi daxilolmalarının sürətlənən artım dinamikası iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verməsini təsdiq edir. Bununla belə, bəzi sektorlarda, xüsusilə də, pərakəndə ticarət və ictimai iaşə sektorlarında şəffaflaşma prosesinin sürəti qaneedici deyildir.

Vergi orqanlarının təhlillərinə əsasən, yayınmalar daha çox vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları ilə bağlıdır. Bununla əlaqədar, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.

Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Qeyd edilməlidir ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:
təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilərlər. Bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çekini təqdim etməyə dəvət edir.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi nəzarəti

MDSS və işsizlik sığortası üzrə rüblük hesabat formaları yeni redaksiyada təsdiq edilib

posted in: Xəbər | 0

imtahan Vergilər naziriVergilər Nazirliyi MDSS və işsizlik sığortası üzrə rüblük hesabat formalarını yeni redaksiyada təsdiq edib.

Vergilər Nazirliyi “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) və “İşsizlik sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formalarını, eləcə də həmin hesabat formalarının tərtib edilməsi qaydalarını yeni redaksiyada təsdiq edib. Bununla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində müvafiq dəyişikliklər ediləcək və yeni hesabat formaları 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.

Nazirliyin İqtisadi təhlil və uçota nəzarət departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadənin sözlərinə görə, dəyişikliklərin məqsədi vergi ödəyiciləri tərəfindən təqdim edilən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın daha da asanlaşdırılmasıdır. Dəyişiklik çərçivəsində məcburi dövlət sosial sığorta sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0100, 0102, 0103, 0110, 0111 kodları birləşdirilərək 0112 kodu ilə, eləcə də 8102, 8103, 8111 kodları birləşdirilərək 8105 kodu ilə eyni zamanda, işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növlərinin 1000, 1001 kodları birləşdirilərək 1100 kodu ilə əvəz edilib. Xüsusi statusa malik təşkilatlar üzrə isə işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növünə 1200 kodu əlavə edilib.

Nümunə üçün: “A” müəssisəsi büdcədən maliyyələşən təşkilatdır. Müəssisə tərəfindən işçilərinə əmək haqları büdcə vəsaitləri və eyni zamanda xüsusi vəsaitlər üzrə ödənilir. Bu halda “A” müəssisəsi iki fərqli hesabat əvəzinə bir hesabat təqdim edəcək. Əvvəlki qaydalara əsasən, “A” müəssisəsi məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0102 və 0103 kodları ilə hesabat təqdim etməli idi. Lakin yeni qaydalara əsasən 2019-cu ilin 3-cü rübündən hesabat məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün 0112 kodu ilə təqdim edilməlidir.

Dəyişiklikdə, həmçinin, vergi ödəyicisi tərəfindən ləğv edilməsi barədə müvafiq ərizə vergi orqanına təqdim olunduğu halda cari rüb başa çatmadan məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə “Ləğv olunma” ilə bağlı hesabatın da təqdim edilməsi imkanı yaradılıb.

Sosial sığorta ödənişləri üzrə hesabat formalarının vahid bəyannamə şəklində optimallaşdırılması istiqamətində hazırda Vergilər Nazirliyi müvafiq işlər həyata keçirir.

Mənbə: muhasibat.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
işsizlik sığortası MDSS