Vergilər Nazirliyində müşavirə keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyində seminar – müşavirə keçirilib

Vergilər Nazirliyində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergilər departamentləri, idarələrinin rəhbər vəzifəli şəxsləri və ərazi vergi orqanlarında yeni yaradılmış mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbələrinin əməkdaşlarının iştirakı ilə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə bağlı qarşıda duran məsələlərlə bağlı seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə çıxış edən Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülməsi zəruri olan işlər barədə məlumat verib.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı işlərin əlaqələndirilməsi Vergilər Nazirliyinə həvalə olunub. Bu işə aidiyyəti olan bütün dövlət qurumları üçün əlçatan olacaq vahid informasiya platformasının yaradılması istiqamətində işlər davam etdirilir.

Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirildiyi seminar iştirakçılarının nəzərinə çatdırılıb.  Xüsusilə vurğulanıb ki, bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Eyni zamanda bu, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də çox vacib olan bir məsələdir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində göstərilən hədəflər, bu sahədə qanunvericilik, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və vergi orqanında uçotda olan vergi ödəyicilərinin qeydiyyatı və s. ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimatda kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət barədə ətraflı məlumatlar verilib.

Təqdimatı davam etdirən Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin baş direktoru Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçotun təşkili ilə bağlı ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birlikdə görəcəyi işlərlə bağlı hazırlanmış proseslər xəritəsi barədə məlumat verib.

Vergi orqanlarına kənd təsərrüfatı sahəsində uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsi və digər aidiyyəti dövlət qurumlarının yerli orqanları, habelə bələdiyyələrlə əlaqəli şəkildə işləmək tapşırılıb.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergilər müşavirə

Vakansiya: Baş mühasib tələb olunur

Baş mühasib vakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: BSC Consulting and Outsourcing

Şəhər: Bakı
Yaş: 30 – 45 yaş
Cins: Fərqi yoxdur
Təhsil: Ali
İş təcrübəsi: 5 ildən artıq
Əlaqədar şəxs: Tuti xanım
Telefon: 0124933205
Əmək haqqı: 1200 – 1500 AZN

 

Vakansiya barədə məlumat

20 ildən artıq fəaliyyət göstərən “BSC” Consulting və Outsourcing şirkətinə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı BAŞ MÜHASİB tələb olunur.

– Mühasibat, vergi uçotu və MDSS, Statistika ilə bağlı əməliyyatlar

– Əmək, vergi qanunvericiliyini mükəmməl bilməli

– Vergi orqanları ilə yazışmalar

– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi

– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

– Balansın tərtib edilməsi

– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

– Mühasibat uçotu qaydalarına əsasən bütün sənədlərin tərtib edilməsi,yığılması və saxlanılması

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) ;

– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;

– Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;

– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;

– Analitik düşüncə qabiliyyəti,proqnoz etmə bacarıqları;

– Liderlik xususiyyətləri,müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;

– Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;

– Problemləri təhlil və həll etmə bacarığı

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
baş mühasib

E-kassa nədir?

posted in: Xəbər | 0

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir.

E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.

E-kassa tətbiqi ilə bağlı dəyişikliklər

Tətbiqindən əvvəl

Tətbiqindən sonra

Uçot prosesi Nəzarət kassa aparatının uçota alınması və uçotdan çıxarılması vergi ödəyicisi (istifadəçi) tərəfindən Servis Texniki Xidmət Mərkəzlərindən (STXM) alınmış akt ilə vergi orqanına müraciət əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. E-kassanın uçota alınması və uçotdan çıxarılması e-kassa operatoru tərəfindən vergi ödəyicisinin (e-kassa istifadəçisinin) müraciəti əsasında həyata keçirilir.
Məlumatların ötürülməsi Məlumatların hesablar formasında ötürülməsi nəzərdə tutulmuşdur. Məlumatlar real vaxt rejimində nəzarət mexanizmi qurğusu vasitəsilə Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülür.
Çek nümunəsi Çek nümunəsinin yalnız kağız daşıyıcıda təqdim olunması nəzərdə tutulmuşdur. Çek forması kağız daşıyıcıda, həmçinin QR kod (və unikal identifikator) vasitəsilə electron formada təqdim olunur.
Cərimələr Nağd pul hesablaşmalarının aparılması qaydalarının görə: il ərzində birinci dəfə yol verdikdə – 400, ikinci dəfə – 800; üç və daha çox – 1.200 manat cərimə nəzərdə tutulmuşdur. (Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün müvafiq olaraq – 2.000, 4.000, 6.000 manat). Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə cərimələr: il ərzində birinci dəfə yol verildikdə – 1.000, ikinci dəfə – 3.000, üç və daha çox dəfə – 6.000 manat təşkil edir.

Yeni ifadələr

E-kassa – malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmaların qeydiyyatında istifadə edilən avadanlıqlardır. Məhz bu sistem hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emalı, saxlanılması və internet bağlantısı yaranan kimi Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsini real vaxt rejimində təmin edir.

Nəzarət mexanizmi qurğusu – malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.

E-kassa operatoru – e-kassanın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna sertifikatın yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis texniki xidmətlərin göstərilməsini həyata keçirən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.

Akt – e-kassanın uçota alınması və uçotdan çıxarılması, quraşdırılması, servis-texniki xidmətin göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı tərtib edilən sənəddir. Həmin sənəd e-kassa operatoru tərəfindən portal üzərindən qeydiyyata alınmaqla formalaşdırılır.

Açıq açarın texnoloji sertifikatı (və ya sertifikat) – e-kassa və nəzarət mexanizmi qurğusunun zavod nömrəsi, VÖEN, obyektin kodu, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin e-kassa istifadəçisinə aid olduğunu təsdiqləyən və Vergilər Nazirliyi tərəfindən göndərilən elektron fayldır.

Açıq açar – açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna aid olan və qapalı açara birləşdirilmiş, hər kəsə məlum olan açardır.

QR-kod (quick response code) – optik ştrix-kod, malın sürətli məlumat kodudur. Xüsusi qurğu vasitəsilə oxunan ştrix-kod çekin bütün məlumatlarını keçid mənbədə əks etdirir.

Unikal identifikator (fiskal İD) – çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət olan və kassa əməliyyatları məlumatı əsasında, kriptoqrafik informasiya mühafizəsi vasitəsindən istifadə etməklə nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətirdir.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yenidən qiymətləndirmə əsas vəsaitlərin qalıq dəyərini artırır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

                                 Yenidən qiymətləndirmə əsas vəsaitlərin qalıq dəyərini artırır? (qiymetlendirme)

Sual: 1. Fəaliyyətdə olan MMC təsisçiyə məxsus əsas vəsait hesabına nizamnamə kapitalını artırmaq barədə qərar qəbul edir. Nizamnaməsinə dəyişiklik edərək müvafiq qaydada qeydiyyata aldırır.

2. MMC в–mövcud əsas vəsaitlərini yenidən dəyərləndirir və bu zaman yaranan fərqi nizamnamə kapitalına yönəldir. (qanunvericiliyə uyğun olaraq nizamnaməyə dəyişilik edilməklə)

Sualım belədir? Yuxarıda qeyd olunan hər iki halda balansa qəbul edilən əsas vəsaitlərin və ya yenidən dəyərləndirilən əsas vəasitlərin dəyər artımı fərqinin nizamnnamə kapitalına yönəldilməsi zamanı əsas vəsaitlərə hesablanan amortizasiya məbləğləri vergi tutulan mənfəətdən çıxılırmı?

Qeyd: Qeyd edək ki, əmlakın bazar dəyərinin müəyyən edilməsi və ona uyğunlaşdırılması məqsədilə dövri olaraq həyata keçirilən əsas vəsaitlərin yenidən dəyərləndirilməsi zamanı yaranan və MMC-nin mühasibat balansında yenidən dəyərləndirmə ehtiyatı kimi uçota alınan artım VM-nin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilmir. Ancaq bizim misalda yenidən dəyərləndirmə zamanı yaranan fərq hesabına nizamnamə kapitalı artırılır.

Cavab: Vergi Məcəlləsinin 114.6-cı maddəsinin müddəalarına əsasən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur. Buna əsasən müəssisənin əsas vəsaitlərinin yenidən qiymətləndirilməsindən yaranan artımın nizamnamə kapitalına yönəldilməsindən asılı olmayaraq bu artım həmin əsas vəsaitlərin qalıq dəyərini artırmır.

Əlavə olaraq bildiririk ki, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
yenidən qiymətləndirmə qiymetlendirme