Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirinin müavini Qax rayonunda vətəndaşları qəbul edəcək

Qax, Zaqatala və Balakən rayonları sakinlərinin nəzərinə!
Vergilər Nazirinin müavini Mətin Eynullayev 22 iyul 2019-cu il tarixində Qax rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti) QaxZaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyul 2019-cu il tarixlərində Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qax və Balakən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də VN-nin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

posted in: Xəbər | 0

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

Məlumata görə, o, öz ərizəsi əsasında işdən çıxarılıb.

E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrılıb.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Dövlət Əmək Müfəttişliyi

1300 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: FJ Group

Əmək Haqqı: 1000 – 1300 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 55 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nigar Rəsulova
  • Telefon: (012) 409-60-50 / (077) 426-07-72
  • E-mail: office@fjgroup.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – şənbə günləri 09:00-dan 18:00-dək
– Bazar günü – istirahət günü
– Nahar fasiləsi 13:00-dan 14:00-dək

Baş Mühasib üçün tələblər

– Tikinti sahədə təcrübə vacibdir!
– Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
– Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək
– DSMF, Statistika və digər hesabatları tərtib etmək
– Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotu
– Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– Gündəlik əməliyyatları yerinə yetirmək

Xahiş olunur şəxslər cv-lərinizi foto ilə birlikdə, office@fjgroup.azinfo@finstaff.az elektron poçt ünvanına göndərin və mövzu qismində “Baş Mühasib” qeyd edin.

Mənbə: muhasibat.az
vakansiya
Baş Mühasib

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Normadan artıq Ezamiyyə xərci Gəlirdən çıxılır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Normadan artıq Ezamiyyə xərci Gəlirdən çıxılır?

Sual:

İşçi 23-27 fevral tarixlərində Barselona şəhərində ezamiyyətdə olmuşdur. Gediş-gəliş üçün yerli turizm şirkətindən 1293 man məbləğində bilet almışdır. İşçi ezamiyyətdə olduğu müddət ərzində 298 Avro xərc çəkmişdir və bu xərclər işçiyə verilmiş müəssisənin cari hesabına bağlı kart vasitəsilə nağdsız qaydada ödənilmişdir və bu xərclərin sənədi yoxdur. İşçilərin Ezamiyyə Qaydalarına əsasən İspaniyada gündəlik ezamiyyət norması 200 Avro təşkil edir.

Bütün bu xərclər (1293 man + 298 Avro) müəssisənin vergitutulan gəlirindən çıxıla bilərmi?

Cavab:

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ezamiyyə xərci
Gəlir