Ödənişli qruplarda dərs keçən müəllimlərin vergi yükü

posted in: Vergi, Xəbər | 0

Ödənişli qruplarda dərs keçən müəllimlərin vergi yükü

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra müəllimlərin əməkhaqlarında da fərqlər yaranıb. Ali təhsil müəssisələrində çalışan müəllimlər həm dövlət tərəfindən maliyyələşən qruplarda, həm də ödənişli qruplarda tədris aparırlar. Bəs bu zaman onların aldığı əməkhaqqı vergiyə hansı qaydada cəlb olunur?

Bu məsələ ilə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Yuxarıda qeyd olunduğu kimi, meyarlar işçilərə deyil, işəgötürənə münasibətdə ayırd edilir və işəgötürən, bu halda təhsil müəssisəsi dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi halda bütün işçilərin gəlir vergisi güzəştli dərəcə ilə hesablanır. İşəgötürən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirildiyi halda isə işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.

Həmin maddəyə əsasən, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin məbləği 2.500 manadək olduqda onun gəlirindən 14 faiz həcmində vergi tutulur. Aylıq gəliri 2.500 manatdan çox olduqda isə 350 manat + 2.500 manatdan çox olan məbləğin 25 faizi həcmində hesablanır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi yükü

Miqrasiya Məcəlləsində dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Miqrasiya Məcəlləsində dəyişiklik edilib

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilsin:

“20.3. Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir.”.

2. 21.9-cu maddənin birinci cümləsinə “bu Məcəllənin” sözlərindən əvvəl “yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində” sözləri əlavə edilsin.

3. 25.3-cü maddədən “və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti” sözləri çıxarılsın.

4. 30.1-ci maddədə “vəsatəti” sözü “notarial qaydada təsdiq edilmiş dəvət məktubu” sözləri ilə əvəz edilsin.

5. 36-cı maddə üzrə:

5.1. 36.1.6-cı maddədə “və turizm” sözləri “, turizm, rəsmi və şəxsi səfər” sözləri ilə əvəz edilsin;

5.2. 36.1.6-2-ci maddədən “, rəsmi ” sözü çıxarılsın.

6. 40.0.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 40.0.5-ci maddə əlavə edilsin:

“40.0.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda;”.

7. 42.5-ci maddədə “müraciəti ilə əlaqədar 3 iş günü ərzində” sözləri “müraciətlərinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır və” sözləri ilə əvəz edilsin.

8. 45-ci maddə üzrə:

8.1. 45.0-cı, 45.0.1-45.0.11-ci maddələr müvafiq olaraq 45.1-ci, 45.1.1-45.1.11-ci maddələr hesab edilsin;

8.2. 45.1.3-cü maddədən “və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti” sözləri çıxarılsın;

8.3. aşağıdakı məzmunda 45.1.3-1-ci, 45.1.7-1-ci, 45.1.10-1-ci, 45.1.10-2-ci və 45.2-ci maddələr əlavə edilsin:

“45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;”;

“45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda;”;

“45.1.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;”;

45.1.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə;”.

“45.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.”;

8.4. “Qeyd” hissəsində “45.0.7-ci” sözləri “45.1.7-ci” sözləri ilə əvəz edilsin.

9. 46-cı maddə üzrə:

9.1. aşağıdakı məzmunda 46.1.4-1-ci maddə əlavə edilsin:

“46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;”;

9.2. 46.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Məcəllənin 47.5-ci maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir.”;

9.3. aşağıdakı məzmunda 46.2-1-ci, 46.5-ci və 46.6-cı maddələr əlavə edilsin:

“46.2-1. Bu Məcəllənin 45.1.10-1-ci və 45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur.”;

“46.5. Bu Məcəllənin 20.3-cü maddəsində nəzərdə tutulan müraciətlər zamanı şəxsdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti tələb edilmir.”;

“46.6. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət təqibi orqanının vəsatəti əsasında verilir. Bu halda Məcəllənin 46.1.4-cü, 46.1.6-cı, 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.”.

10. 47.5-ci maddədə “20 iş günü ərzində” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz edilsin.

11. 49-cu maddə üzrə:

11.1. 49.1-ci və 49.2-ci maddələrdə “45.0.2-ci” sözləri “45.1.2-ci” sözləri ilə əvəz edilsin;

11.2. Aşağıdakı məzmunda 49.2-1-ci maddə əlavə edilsin:

“49.2-1. Bu Məcəllənin 45.1.5-ci maddəsində göstərilən əsasa görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müraciət etmiş şəxsə icazə vəsiqəsi verilərkən onun həmin müraciət üzrə əlaqəli olan ailə üzvünə verilmiş icazə vəsiqəsinin etibarlılıq müddəti nəzərə alınır.”.

12. 50-ci maddə üzrə:

12.1. 50.0-cı, 50.0.1-50.0.13-cü maddələr müvafiq olaraq 50.1-ci, 50.1.1-50.1.13-cü maddələr hesab edilsin;

12.2. aşağıdakı məzmunda 50.1.7-1-ci və 50.2-ci maddələr əlavə edilsin:

“50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;”;

“50.2. Bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.”.

13. 52-ci maddə üzrə:

13.1. 52.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“52.1. Bu Məcəllənin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.”;

13.2. aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilsin:

“Qeyd: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın.”.

14. 53-cü maddə üzrə:

14.1. 53.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Məcəllənin 54.9-cu maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı daimi yaşama icazəsini ləğv edir.”;

14.2. Aşağıdakı məzmunda 53.2-1-ci maddə əlavə edilsin:

“53.2-1. Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmur.”.

15. 54-cü maddə üzrə:

15.1. 54.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.”;

15.2. 54.9-cu maddədə “2 ay müddətində” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz edilsin.

16. 55-ci maddə üzrə:

16.1. aşağıdakı məzmunda 55.0.6-1-ci və 55.0.6-2-ci maddələr əlavə edilsin:

“55.0.6-1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;”;

“55.0.6-2. bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;”;

16.2. 55.0.8-ci maddəyə “olduqda” sözündən sonra “(bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir)” sözləri əlavə edilsin.

17. Aşağıdakı məzmunda 64.0.15-1-ci maddə əlavə edilsin:

“64.0.15-1. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;”.

18. 67.3-cü maddədə “20 iş günü ərzində” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə “sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Miqrasiya Miqrasiya Məcəlləsi Miqrasiya  Miqrasiya Miqrasiya

Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002,

№ 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr  676, 698;  2005, № 1,  maddə 1, №  6,  maddə 462, № 8,  maddə 684, № 10, maddələr  873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4,  № 6,  maddələr  508, 518, №  7, maddə  646, №  10, maddə  947, №  12,  maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015,

№ 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508 nömrəli və 29 mart tarixli 1550-VQD və 1552-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 14.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya

daimi   yaşamaq  üçün   icazə   vəsiqələrinin   verilməsinə   və müddətinin uzadılmasına görə:

14.8.1.  yetkinlik  yaşına  çatmış  əcnəbilərə   və   vətəndaşlığı

olmayan   şəxslərə   Azərbaycan   Respublikasının   ərazisində

müvəqqəti yaşamaq üçün icazə

müddətinin uzadılmasına görə:

vəsiqəsinin verilməsinə
14.8.1.1. on

uzadıldıqda

beş iş günü müddətində verildikdə və ya müddəti
14.8.1.1.1. 3 ayadək 40 manat
14.8.1.1.2. 6 ayadək 80 manat
14.8.1.1.3. 1 ilədək 160 manat
14.8.1.1.4. 1 il 6 ayadək 240 manat
14.8.1.1.5. 2 ilədək 320 manat
14.8.1.1.6. 2 il 6 ayadək 400 manat
14.8.1.1.7. 3 ilədək 480 manat
14.8.1.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti

uzadıldıqda

14.8.1.2.1. 3 ayadək 30 manat
14.8.1.2.2. 6 ayadək 60 manat
14.8.1.2.3. 1 ilədək 120 manat
14.8.1.2.4. 1 il 6 ayadək 180 manat
14.8.1.2.5. 2 ilədək 240 manat
14.8.1.2.6. 2 il 6 ayadək 300 manat
14.8.1.2.7. 3 ilədək 360 manat
14.8.2. yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və

müddətinin uzadılmasına görə:

14.8.2.1. on beş iş günü müddətində verildikdə və ya müddəti

uzadıldıqda

14.8.2.1.1. 3 ayadək 25 manat
14.8.2.1.2. 6 ayadək 50 manat
14.8.2.1.3. 1 ilədək 100 manat
14.8.2.1.4. 1 il 6 ayadək 150 manat
14.8.2.1.5. 2 ilədək 200 manat
14.8.2.1.6. 2 il 6 ayadək 250 manat
14.8.2.1.7. 3 ilədək 300 manat
14.8.2.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti

uzadıldıqda

14.8.2.2.1. 3 ayadək 15 manat
14.8.2.2.2. 6 ayadək 30 manat
14.8.2.2.3. 1 ilədək 60 manat
14.8.2.2.4. 1 il 6 ayadək 90 manat
14.8.2.2.5. 2 ilədək 120 manat
14.8.2.2.6. 2 il 6 ayadək 150 manat
14.8.2.2.7. 3 ilədək 180 manat
14.8.3. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti

yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

14.8.3.1. on beş iş günü müddətində verildikdə və ya müddəti

uzadıldıqda

14.8.3.1.1.   1 illik 60 manat
14.8.3.1.2.   2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin

müddəti uzadıldıqda)

120 manat
14.8.3.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
14.8.3.2.1. 1 illik 40 manat
14.8.3.2.2.  2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin

müddəti uzadıldıqda)

80 manat
14.8.4. yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin

uzadılmasına görə:

14.8.4.1. otuz beş gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

450 manat
14.8.4.2. qırx gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

400 manat
14.8.4.3. əlli gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

350 manat
14.8.4.4. altmış gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

300 manat
14.8.5. yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin

uzadılmasına görə:

14.8.5.1. otuz beş gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

300 manat
14.8.5.2. qırx gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

250 manat
14.8.5.3. əlli gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

200 manat
14.8.5.4. altmış gün müddətində verildikdə və ya müddəti

uzadıldıqda

150 manat

 

1.2. 14.15-ci və 14.15-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:

14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin

uzadılması barədə qərarın verilməsinə görə:

14.15.1. bir iş günü müddətində verildikdə
14.15.1.1. 30 günədək 50 manat
14.15.1.2. 60 günədək 100 manat
14.15.2. üç iş günü müddətində verildikdə
14.15.2.1. 30 günədək 30 manat
14.15.2.2. 60 günədək 60 manat
14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin

uzadılması barədə qərarın verilməsinə görə:

14.15-1.1. bir iş günü müddətində verildikdə
14.15-1.1.1. 30 günədək 30 manat
14.15-1.1.2. 60 günədək 60 manat
14.15-1.2. üç iş günü müddətində verildikdə
14.15-1.2.1. 30 günədək 15 manat
14.15-1.2.2. 60 günədək 30 manat

 

1.2. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.1.1. 3 ayadək – 700 manat;
18.58.1.2. 6 ayadək – 900 manat;
18.58.1.3. 1 ilədək – 1400 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.2.1. 3 ayadək – 500 manat;
18.58.2.2. 6 ayadək – 700 manat;
18.58.2.3. 1 ilədək – 1200 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.3.1. 3 ayadək – 350 manat;
18.58.3.2. 6 ayadək – 600 manat;
18.58.3.3. 1 ilədək – 1000 manat.”.

Maddə 2. Bu Qanun 2019-cu il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
dövlət rüsumu, dövlət rüsumu, dövlət rüsumu, dövlət rüsumu, dövlət rüsumu

Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunda kiçik dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunda kiçik dəyişiklik edilib

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.8.1-ci maddəyə “yenidən təşkili,” sözlərindən sonra “məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi,” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 14.1.8-1-ci, 14.1.9-1-ci və 14.3-cü maddələr əlavə edilsin:

“14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat;”;

“14.1.9-1. hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;”;

“14.3. Bu Qanunun 14.1.9-1-ci maddəsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyat orqanına göndərilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Hüquqi şəxslərin dövlət qeydiyyatı