Prezident İlham Əliyev Vergilər Nazirliyinin yeni strukturunu təsdiq edib

posted in: Xəbər | 0

Prezident İlham Əliyev Vergilər Nazirliyinin yeni strukturunu təsdiq edib

Vergilər Nazirliyi struktur

Bununla bağlı imzalanan sərəncamda Nazirlər Kabinetinə Prezidentin aktlarının və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Yeni sərəncama əsasən, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718; 2015, № 2, maddə 145) ləğv edilib.

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 24 iyul tarixli

Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

S T R U K T U R U

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Milli Gəlirlər Baş İdarəsi;

2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər Nazirliyi struktur

Polşa vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0

Polşa vergi sistemiPolşa vergi sistemi haqqında bilmədiklərimiz

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Polşa vergi sistemi haqqında danışacağıq.

Polşada  fərdin gəlirlərinin vergiyə cəlb olunması mütərəqqi əmsal üzrə baş verir – yəni, gəlirlər nə qədər yüksəkdirsə, vergi tarifi də bir o qədər yuxarı olur.

2012-ci ildə gəlir vergisi tarifi 18%  təşkil edirdi. Fiziki şəxs müəyyən şərtlər daxilində sahibkarlıq fəaliyyəti ilə bağlı güzəştlər olmadan, 19% həcmində fiksasiya olunmuş vergi ödəmək seçimi edə bilər.

Polşada korporativ vergi 19% təşkil edir. Fiziki şəxslər tərəfindən əldə olunan gəlirlərdən aşağıdakılar vergidən azad olunur:

a) müəyyən zamandan sonra əmlakın satışı və alışı

b) yaşayış mənzilinin satışından əldə olunan gəlir – o şərtlə ki, həmin məbləğdən iki il ərzində Polşa ərazisində altenativ yaşayış məskəni alınacaq

c) Polşa və ya Avropa İttifaqı ərazisinə daxil olan hər hansı bir ölkədə bir şirkətin digər bir şirkətdən əldə etdiyi dividendlər

ç) sığortadan daxilolmalar, d) xeyriyyəçilikdən daxilolmalar.

Fərdi gəlir vergisi

Fiziki şəxs muzdlu işçi və ya sərbəst çalışan biri kimi gəlirlərindən vergi ödəyir. Əgər, Polşa başlıca yaşayış yeridirsə və ya hər hansı bir şəxsin maliyyə ili ərzində yaşayışı burada 183 gündən çox çəkirsə, onda həmin şəxs Polşanın rezidenti hesab olunur.  İşəgötürən hər ay işçinin əmək haqqından vergini tutmağa borcludur. Sərbəst çalışan şəxs isə gəlir vergisini illik hesabata uyğun ödəməlidir. Avans ödəniş ötən ilki gəlirin əsasında müəyyən olunur.

Fərdi gəlir vergisi:

85 528 Polşa zlotına kimi (24 800 ABŞ dolları) gəlirdən 18%, 85 525 və bundan çox gəlirin baza hissəsini keçən məbləğdən 32% tarifi ilə.

Korporativ vergi tarifi 19% təşkil edir. Polşa ərazisində qeydiyyata alınan və ya fəaliyyəti ilə bağlı idarəçilik bu ölkə ərazisində həyata keçirilirsə, həmin şirkət Polşanın rezidenti sayılır.

ƏDV

Əksər hallarda ƏDV tarifi 23% təşkil edir. Müəyyən mallar və xidmətlər üçün 8% və 5% güzəştli tariflər mövcuddur. İllik dövriyyəsi 150 000 zlotıdan az (43 500 dollar) olan biznes sahibi ƏDV ilə bağlı qeydiyyatdan azad olunur. ƏDV ilə bağlı bəyannamə hər ay və ya rübdə bir dəfə ayın 25-dək təqdim edilir. Bəzi mallar və xidmətlər ƏDV-dən azad edilir. Həmin mallar və xidmətlər bunlardır:

a) Tibbi xidmətlər;

b) Süd məhsulları;

c) Sığorta və bank xidmətləri;

ç) Poçt və poçt markaları;

d) Təhsil, elm və incəsənət sahəsində xidmətlər;

e) Göstərilən ixrac xidmətləri.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Polşa vergi sistemi

Ezamiyyə xərcləri və onun hesablanması

posted in: Xəbər | 0

Ezamiyyə xərcləri və onun hesablanması

Ezamiyyə xərcləri haqqında məlumatlar ekspertlər tərəfindən çox müzakirə olunub və misallar ilə açıqlamalar da verilmişdir. Bugün ezamiyyə xərcləri haqqında təsdiq edilmiş qərar və qaydalar barəsində daha geniş məlumat ilə paylaşmaq istəyirəm.

Bildiyiniz kimi bütün müəssisələr öz fəaliyyətlərini genişləndirmək və gəlir əldə edilməsi üçün zərurət yarandığı halda öz işçilərini ölkə daxilində və xaricində ezamiyyələrə göndərirlər. Müəssisə işçilərinin ezamiyyətə göndərilməsi təşkilatın rəhbəri tərəfindən verilən əmrlə təsdiq edilir, əmrdə ezamiyyətə göndərilən şəhər (rayon, ölkə) və günlər haqqında məlumat daxil edilir.

Ezamiyyət xərclərinin normaları Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 yanvar 2008-ci il 14 №-li   “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə təstiq edimişdir. Qərarda qeyd edildiyi kimi  Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80%-ni mehmanxana və 20%-ni gündəlik xərclər (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.

Mehmanxana xərcləri barəsində müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50%-i ödənilməlidir. Xarici ölkələrə ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 60%-ni mehmanxana və 40%-ni gündəlik xərclər təşkil edir. İşçinin 1 günlük ezamiyyə xərclərinin normasına mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər ilə bağlı xərclər daxildir. İşçiyə ödənilən gündəlik ezamiyyə xərci hər təqvim günü üçün hesablanır.

Əgər işçi xaricə ezamiyyə olunursa ezamiyyə xərclərini  mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər. Qaydalarda qeyd edildiyi kimi əgər dəvət edən tərəf bütün ezamiyyə xərclərini öz üzərinə götürürsə, bu halda işçiyə ezamiyyə xərci ödənilmir. Əgər dəvət edən tərəf işçini yalnız yaşayış yeri ilə təmin edirsə, bu  halda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40%-i həcmində, işçini yalnız yemək xərci ilə təmin edirsə, bu halda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60%-i həcmində vəsait ödənilməlidir.

Bundan əlavə dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödəsə, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilməlidir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60%-dən az olarsa, həmin fərq işçiyə ödənilir.

Digər halda dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verirsə, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40%-dən az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir. Nəqliyyat xərcləri dedikdə taksidən istifadə edildiyi halda həmin xərclər ezamiyyə xərclərində aid edilmir. Qərarın mahiyyətindən bəlli olur ki, ezamiyyə dövründə işçi yalnız ictimai nəqliyyat növündən istifadə edə bilər.

Qeyd etmək istərdim ki, Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydalara uyğun olaraq «Ezamiyyə vəsiqəsi» də verilir. Ezamiyyə vəsiqəsində  ezamiyyət yerinə gəlmə və getmə haqqında qeydlər aparılmalıdır. Əgər işçi müxtəlif yaşayış məntəqələrində olursa, gəlmə və getmə günləri haqqında hər məntəqədə, ayrı ayrılıqda qeyd aparılmalıdır.

Lakin xarici ölkələrə ezamiyyələr zamanı işçi ezamiyyə vəsiqəsi əvəzinə  pasport və ya onu əvəz edən sənədlər təqdim etməlidir. Müəssisələr öz işçilərini ezamiyyətə göndərəndə nəzərə almalıdırlar ki, ezamiyyət müddəti 40 gündən artıq ola bilməz. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə, yəni qərarla təsdiq edilmiş 1 günlük normalara uyğun olaraq müəssisə tərəfindən pul vəsaiti avans olaraq verilməlidir.

1 günlük normaya daxil olan nəqliyyat xərcləri isə təqdim edilən sənədlər əsasında ödənilir. Bu xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün və digər bu kimi də xərclər daxildir. Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün və geri gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır.

Bundan əlavə qaydalarda qeyd edildiyi kimi nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün sayılır, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Ezamiyyət bitdikdən sonra işçi (təhtəlhesab şəxs) təhtəl hesabatını (avans hesabatı) 3 gün ərzində təqdim etməlidir. Təqdim edilmiş təhtəl-hesabatında ezamiyyət zamanı xərclənilmiş məbləğlərin hesabatını təsdiq edilmiş sənədlər ilə müəssisənin mühasibatlığına təhvil verməlidir. İşçinin ezamiyyətdə olduğu vaxtında onun iş yeri və orta əmək haqqı saxlanılmalıdır.

Ezamiyyət  zamanı xərclər normadan artıq olarsa müəssisə öz sərəncamında qalan mənfəət hesabına bu xərcləri artıra bilər. Vergi məcəlləsini 109 maddəsində də qeyd edildiyi kimi: faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Müəllif: BSC şirkətinin Maliyyə işləri üzrə Baş Müşaviri Leyla Kiçibəyova


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ezamiyyə xərcləri Ezamiyyət

Kassa çeki vurulmamasına görə məsuliyyət

posted in: Xəbər | 0

Kassa çeki vurulmamasına görə məsuliyyət

Vergi qanunvericiliyinə əsasən, ticarət və ictimai iaşə obyektləri nağd alışlar zamanı müştərilərə kassa çeki təqdim etməlidirlər. Əgər belə olmazsa, onları cərimələr gözləyir.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Xatırladaq ki, Vergilər Nazirliyinin əməkdaşları Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətini yoxlayıblar.

Nazirlik əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kassa çeki