VN ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

istifadəçi kodu parol şifrəXidmətin adı: VN ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Elektron sənəd mübadiləsi haqqında Ərizə ”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK -nın 27.07.2007 -ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında gönd ərilməsi Qaydası” – Vergilər nazirinin 10.12.2009 -cu il tarixli 0917040101142300 nömrəli əmri

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN -nin yerli vergi orqanlarının, vergi ödəyicilərinə xidmət strukturları, RVŞ – nin vergi ödəyicilərinə xidmət v ə uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturlar

İcra müddəti

Ərizə daxil olduğu gündən sonra 2 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: – 

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
istifadəçi kodu parol şifrə

ƏDV-dən azad edilən əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

Əlavə Dəyər Vergisindən (ƏDV) azad olan əməliyyatlar

Əlavə Dəyər Vergisi əməliyyatlar ƏDV EDV

Elə sahibkarlıq sahələri var ki, onların fəaliyyətini inkişaf etdirmək, stimullaşdırmaq məqsədilə bəzi əməliyyatlar, o cümlədən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, malların idxalı əlavə dəyər vergisi – ndən (ƏDV) azaddır. 

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, kənd təsərrüfatının stimullaşdırılması və inkişafına dəstək məqsədilə Vergi Məcəlləsində kifayət qədər güzəştlər, azadolmalar yer alıb. Məcəllənin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, quş ətinin satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən azaddır.

Burada diqqət çəkilməli olan məqamlardan biri bəzi malların ancaq idxalının, bəzi mallarınsa həm idxalının, həm də satışının ƏDV-dən azad edilməsidir. Məsələn, toxum və tinglərin idxalı ƏDV-dən azad olduğu kimi, satışı da ƏDV-dən azaddır.

Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.

Misal: 
Quş ətinin istehsalı ilə məşğul olan müəssisə öz istehsal fəaliyyətində istifadə etmək üçün ölkə xaricindən 10.000 manat dəyərində quşlarda xəstəliklərə qarşı istifadə edilən preparat idxal edir. Bu zaman həmin əməliyyat idxalda ƏDV-dən azaddır. Vergi ödəyicisi həmin malın 5.000 manat dəyərində olan hissəsini ölkə daxilində təqdim etdikdə isə bu əməliyyat ƏDV-yə cəlb olunacaq və büdcəyə 900 manat Əlavə Dəyər Vergisi hesablanacaq.

Əlavə Dəyər Vergisindən azadolma və güzəştin malların ixracı ilə bağlı olan əməliyyatlara tətbiq edilməməsi nəzərə alınmalıdır. Tutaq ki, kütləvi informasiya vasitələri məhsullarının alğı-satqısı ilə məşğul olan vergi ödəyicisi 5.000 manat dəyərində qəzet və jurnalı ölkə xaricinə ixrac edir. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə uyğun olaraq həmin məhsulların satışı Əlavə Dəyər Vergisindən azad edilsə də, bu zaman əməliyyat Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, ƏDV-yə “0” dərəcəsi ilə cəlb olunacaq.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əlavə Dəyər Vergisi əməliyyatlar ƏDV EDV

E-kassanın növləri hansılardır?

posted in: Xəbər | 0
E-kassaƏhali ilə nağd və nağdsız hesablaşma üçün istifadə edilən e-kassalar funksional xüsusiyyətləri və əməliyyat qabiliyyətlərinə görə aşağıdakı qruplardan birinə uyğun olmalıdır:
          – 1-ci qrup – proqram aparat növlü e-kassalar;
          – 2-ci qrup – portativ proqram növlü e-kassalar.
E-kassaların hər iki qrupu e-kassa operatoru tərəfindən quraşdırılmış e-kassa ilə birgə verilən hesablama qurğusuna əsaslanır və portalın “E-kassanın tərkibi” bölümündəki bütün tələblərə cavab verir.
Qeyd olunan tələblərlə yanaşı, 1-ci qrup, yəni proqram aparat növlü e-kassalar müxtəlif qiymətli istiqrazlar və metal pul kütlələri (sikkə) üçün nəzərdə tutulmuş çəkməcəli pul qutusuna malikdir.
2-ci qrup, yəni portativ proqram növlü e-kassalar öz enerji mənbəyi oduğundan, xarici enerji mənbələrinə qoşulmadan ən azı 4 saat ərzində davamlı fəaliyyəti göstərə bilir.
Bunun üçün də e-kassaların bu növü avtonom enerji mənbəyi ilə təchiz olunmalıdır.
Mənbə: e-kassa.gov.az

1800 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: Uncategorized | 0

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: VUGMA QİDA MƏHSULLARI MMC

Əmək Haqqı: 1800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 38 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Səmədova Kəmalə
  • Telefon: (012) 496-80-32 / (050) 676-00-94
  • E-mail: kamala.samadova@vugma.azinfo@finstaff.az

İş barədə məlumat

– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Bütün növ hesabatların (xüsusi ilə Mənfəət bəyannaməsi) hazırlanması və aidiyyəti orqanlaraVergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əməliyytaların 1C 8.3. (rus) proqramına işlənməsi
– Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
– Şənbə: 09:00-dan 13:00-dək
– İş yeri: Kürdəxanı
– Servis və nahar şirkət hesabına

Namizədə tələblər

– Maliyyə istiqamətində ali təhsil
– Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, İş vaxtının uçotu
– Maliyyə büdcəsinin hazırlanma qaydaları
– Maya dəyərinin hesablanması qaydaları
– Avans hesablarının təlimatı
– Şirkətin uçot siyasəti
– MS Office, 1C 8.3 (rus) proqramlarında sərbəst işləməyi bacarmalıdır

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Baş Mühasib