Aqrotexniki xidmətlərə görə ƏDV ödənilməsi

posted in: Vergi, Xəbər | 0

Aqrotexniki xidmətlər üçün ƏDV ödənilməsi

ƏDV aqrotexniki xidmətlər

Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlar bir çox vergilərdən azaddır. Ancaq bəzi xidmət sahələrində fermerlərə göstərilən aqrotexniki yardımlar bu siyahıya daxil deyil. Məsələn, bitkiçilik məhsulunun gələcəkdə ona təhvil verilməsi şərtilə fermerlərə (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə) həm maliyyə yardımı, həm də aqrotexniki xidmətlər (şum, əkin, malalama, səpin, dərmanlama və s.) göstərir. Bu halda fermerlərə göstərilən aqrotexniki xidmətlərə görə Əlavə Dəyər Vergisi hesablanmalıdır?

Vergilər Nazirliyi bu məsələ ilə bağlı şərh verib. Bildirilib ki, ƏDV-dən azad edilən əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunub. Sorğuda qeyd olunan aqrotexniki xidmətlər ƏDV-dən azad edilən əməliyyatlara aid edilmədiyi üçün ümumi qaydada Əlavə Dəyər Vergisinə cəlb olunur. Əlavə Dəyər Vergisinin məqsədləri üçün pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi Əlavə Dəyər Vergisi məqsədləri üçün təqdimetmə sayılmadığına görə, maddi yardım ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət hesab edilir. Burada Əlavə Dəyər Vergisinin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. Məcəllənin 159-cu maddəsində vergitutma obyektlərinin siyahısı verilib. Həmin maddənin 159.8-ci bəndinə əsasən, Əlavə Dəyər Vergisi ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin Əlavə Dəyər Vergisi tətbiq etməklə aparılan əməliyyatları, habelə Əlavə Dəyər Vergisindən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin Əlavə Dəyər Vergisi tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV aqrotexniki xidmətlər

Avstraliya vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

Avstraliya vergi sistemiAvstraliya vergi sistemi haqqında bilmədiklərimiz

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik. Beləliklə, bu dəfəki yazıda Avstraliya vergi sistemi haqqında danışacağıq.

ƏDV:

Goods and Service Tax (GST) – bu vergi Avstraliya ərazisində əksər malların və xidmətlərin ümumi dəyərindən tutulur. Avstraliyada standart ƏDV faizi 10% təşkil edir.

ƏDV üçün qeydiyyat:

Gəlir qazanmaq kimi fəaliyyətlə məşğul olan və illik ümumi dövriyyəsi 75 min Avstraliya dolları təşkil edən bütün hüquqi şəxslər və xeyriyyə fəaliyyəti ilə məşğul olan və illik dövriyyəsi 150 min dolları ötən bütün hüquqi şəxslərdən ötrü ƏDV ödənişi üçün qeydiyyatdan keçmək məcburidir.

ƏDV ödənişi:

ƏDV ilə bağlı Avstraliyada ayda bir dəfə məcburi şəkildə hesabat verilir, amma illik dövriyyəsi 20 milyon Avstraliya dollarından az olmayan hüquqi şəxslər bu növdən olan hesabatları vergi orqanlarına rübdə bir dəfə təqdim edə bilərlər.

Digər korporativ vergilər.

Kapitaldan vergi:

Avstraliyada belə bir vergi mövcud deyil.

Daşınmaz əmlak vergisi:

Bu vergi növü də Avstraliyada mövcud deyil, lakin, daşınmaz əmlakla bağlı əməliyyatın sənədləşdirilməsi zamanı gerb yığımı deyilən ödəniş həyata keçirilir.

Gerb yığımları:

Avstraliya ərazisində mülkiyyət sahibinin dəyişməsi zamanı sənədləşmə tərtib olunarkən, ayrı-ayrı ştatların hökumətləri tərəfindən 6,75% həcmində gerb yığımı həyata keçirilir.

Avstraliyada vergi ödəmələrindən yayınmalara qarşı qaydalar.

Transfert qiymətlər:

Transfert qiymət qaydaları istənilən kommersiya və ya gəlirsiz maliyyə və ya beynəlxalq ticari əməliyyatlar zamanı tətbiq olunur, özü də bu zaman həmin əməliyyatda iştirak edən hüquqi şəxslərin bir-birindən görünən asılı əlaqələrinin olub-olmaması nəzərə alınmır. Əgər, həmin sövdələşmələr zamanı müqavilələr transfert qiymət qaydaları pozulmaqla bağlanıbsa, onda vergi xidmətinə hüquqqi şəxslər arsında sövdələşmə şərtlərini sərbəst şəkildə tənzimləmək hüququ verilir.

Nəzarət altında olan əcnəbi şirkətlər: 

Nəzarət edilən bir xarici şirkət kimi, Avstraliyanın beş və ya daha az sakinləri tərəfindən (birbaşa və ya dolayısı ilə) 50% -dən çox hissəsinə (birbaşa və ya dolayısı ilə) nəzarət olunan şirkət, qeyri-rezident hüquqi şəxs kimi tanınır.

Avstraliyada vergi hesabatı və vergi tənzimlənmələrinə əməl olunması.

Maliyyə ili:

Avstraliyada maliyyə ili 1 iyul-30 iyun arası başlanır.

Vergilərin ödəniş müddəti və qaydaları:

Bu ölkədə vergi deklarasiyası vergi orqanlarına cari vergi ili başa çatdıqdan sonra keçən dörd ay ərzində təqdim olunmalıdır. Onun müddəti vergi xidməti ilə öncədən razılaşma əsasında artırıla da bilər.

Vergi cərimələri:

Vergi hesabatını vaxtında təqdim etməmə, eləcə də vergi hesabatında təhriflərə yol vermələrə görə vergi cərimələri sistemi tətbiq oluna bilər. Vaxtında ödəniş etməməyə görə müəyyən faizdə cərimələr müəyyən edir.

Avstraliya vergi qanunvericiliyinin başlıca aktları

  1. Gəlir vergisinin qiymətləndirilməsi Qanunu
  2. Yeni vergi sistemi haqqında Qanun

Biz müxtəlif ölkələrin vergi sistemləri ilə sizləri tanış etməklə yanaşı, maraqlı olacağını nəzərə alıb, həm də bu ölkələrdə mühasib vəzifəsində çalışanların gəlirləri, yəni əmək haqqı ilə bağlı məlumatları da oxucuların diqqətinə çatdırırıq.

Avstraliyada mühasiblər ayda 5800 Avstraliya dolları əmək haqqı alırlar. Bu Avstraliya valyutasının ABŞ dollarına olan kursu ilə 4524 dollar təşkil edir.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi sistemi Avstraliya

Daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs Azərbaycan Respublikasının ərazisində mal təqdim edirsə vergi öhdəliyi yaranır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs Azərbaycan Respublikasının ərazisində mal təqdim edirsə vergi öhdəliyi yaranır?

Sual:

Daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs Azərbaycan Respublikasının ərazisində mal təqdim edirsə vergi öhdəliyi yaranır? Əgər yaranırsa bu necə hesablanıb, icra edilir?

Cavab:

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır.

Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Sorğunuzda qeyd olunan halda ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmamışdır və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə vergi orqanında uçota alınaraq vergi öhdəliyini yerinə yetirirlər.

Qeyri-rezident şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyi mənfəət vergisinin ödəyicisidir və Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəliyi
qeyri-rezident şəxs vergi

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilib

Mülki Məcəllə

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel 1566-VQD nömrəli, 3 may tarixli 1575-VQD və 1584-VQD nömrəli, 17 may tarixli 1588-VQD və 1593-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 55.7-ci maddə əlavə edilsin:

“55.7. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin yenidən təşkil olunması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin yenidən təşkil edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.

2. 59-cu maddə üzrə:

2.1. 59.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 59.2.4-cü maddə əlavə edilsin:

“59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə.”;

2.2. 59.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.”;

2.3. aşağıdakı məzmunda 59.9-cu maddə əlavə edilsin:

“59.9. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.

3. 212-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.”.

4. 908.1.1-ci maddədə “hökmünə” sözündən sonra “(qərarına)” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mülki Məcəllə