» » » Daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs Azərbaycan Respublikasının ərazisində mal təqdim edirsə vergi öhdəliyi yaranır?

Daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs Azərbaycan Respublikasının ərazisində mal təqdim edirsə vergi öhdəliyi yaranır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs Azərbaycan Respublikasının ərazisində mal təqdim edirsə vergi öhdəliyi yaranır?

Sual:

Daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs Azərbaycan Respublikasının ərazisində mal təqdim edirsə vergi öhdəliyi yaranır? Əgər yaranırsa bu necə hesablanıb, icra edilir?

Cavab:

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır.

Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Sorğunuzda qeyd olunan halda ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmamışdır və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə vergi orqanında uçota alınaraq vergi öhdəliyini yerinə yetirirlər.

Qeyri-rezident şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyi mənfəət vergisinin ödəyicisidir və Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəliyi
qeyri-rezident şəxs vergi