» » » Avstraliya vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

Avstraliya vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

birbank biznes

Avstraliya vergi sistemiAvstraliya vergi sistemi haqqında bilmədiklərimiz

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik. Beləliklə, bu dəfəki yazıda Avstraliya vergi sistemi haqqında danışacağıq.

ƏDV:

Goods and Service Tax (GST) – bu vergi Avstraliya ərazisində əksər malların və xidmətlərin ümumi dəyərindən tutulur. Avstraliyada standart ƏDV faizi 10% təşkil edir.

ƏDV üçün qeydiyyat:

Gəlir qazanmaq kimi fəaliyyətlə məşğul olan və illik ümumi dövriyyəsi 75 min Avstraliya dolları təşkil edən bütün hüquqi şəxslər və xeyriyyə fəaliyyəti ilə məşğul olan və illik dövriyyəsi 150 min dolları ötən bütün hüquqi şəxslərdən ötrü ƏDV ödənişi üçün qeydiyyatdan keçmək məcburidir.

ƏDV ödənişi:

ƏDV ilə bağlı Avstraliyada ayda bir dəfə məcburi şəkildə hesabat verilir, amma illik dövriyyəsi 20 milyon Avstraliya dollarından az olmayan hüquqi şəxslər bu növdən olan hesabatları vergi orqanlarına rübdə bir dəfə təqdim edə bilərlər.

Digər korporativ vergilər.

Kapitaldan vergi:

Avstraliyada belə bir vergi mövcud deyil.

Daşınmaz əmlak vergisi:

Bu vergi növü də Avstraliyada mövcud deyil, lakin, daşınmaz əmlakla bağlı əməliyyatın sənədləşdirilməsi zamanı gerb yığımı deyilən ödəniş həyata keçirilir.

Gerb yığımları:

Avstraliya ərazisində mülkiyyət sahibinin dəyişməsi zamanı sənədləşmə tərtib olunarkən, ayrı-ayrı ştatların hökumətləri tərəfindən 6,75% həcmində gerb yığımı həyata keçirilir.

Avstraliyada vergi ödəmələrindən yayınmalara qarşı qaydalar.

Transfert qiymətlər:

Transfert qiymət qaydaları istənilən kommersiya və ya gəlirsiz maliyyə və ya beynəlxalq ticari əməliyyatlar zamanı tətbiq olunur, özü də bu zaman həmin əməliyyatda iştirak edən hüquqi şəxslərin bir-birindən görünən asılı əlaqələrinin olub-olmaması nəzərə alınmır. Əgər, həmin sövdələşmələr zamanı müqavilələr transfert qiymət qaydaları pozulmaqla bağlanıbsa, onda vergi xidmətinə hüquqqi şəxslər arsında sövdələşmə şərtlərini sərbəst şəkildə tənzimləmək hüququ verilir.

Nəzarət altında olan əcnəbi şirkətlər: 

Nəzarət edilən bir xarici şirkət kimi, Avstraliyanın beş və ya daha az sakinləri tərəfindən (birbaşa və ya dolayısı ilə) 50% -dən çox hissəsinə (birbaşa və ya dolayısı ilə) nəzarət olunan şirkət, qeyri-rezident hüquqi şəxs kimi tanınır.

Avstraliyada vergi hesabatı və vergi tənzimlənmələrinə əməl olunması.

Maliyyə ili:

Avstraliyada maliyyə ili 1 iyul-30 iyun arası başlanır.

Vergilərin ödəniş müddəti və qaydaları:

Bu ölkədə vergi deklarasiyası vergi orqanlarına cari vergi ili başa çatdıqdan sonra keçən dörd ay ərzində təqdim olunmalıdır. Onun müddəti vergi xidməti ilə öncədən razılaşma əsasında artırıla da bilər.

Vergi cərimələri:

Vergi hesabatını vaxtında təqdim etməmə, eləcə də vergi hesabatında təhriflərə yol vermələrə görə vergi cərimələri sistemi tətbiq oluna bilər. Vaxtında ödəniş etməməyə görə müəyyən faizdə cərimələr müəyyən edir.

Avstraliya vergi qanunvericiliyinin başlıca aktları

  1. Gəlir vergisinin qiymətləndirilməsi Qanunu
  2. Yeni vergi sistemi haqqında Qanun

Biz müxtəlif ölkələrin vergi sistemləri ilə sizləri tanış etməklə yanaşı, maraqlı olacağını nəzərə alıb, həm də bu ölkələrdə mühasib vəzifəsində çalışanların gəlirləri, yəni əmək haqqı ilə bağlı məlumatları da oxucuların diqqətinə çatdırırıq.

Avstraliyada mühasiblər ayda 5800 Avstraliya dolları əmək haqqı alırlar. Bu Avstraliya valyutasının ABŞ dollarına olan kursu ilə 4524 dollar təşkil edir.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi sistemi Avstraliya