» » » Avstraliya vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

Avstraliya vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Avstraliya vergi sistemiAvstraliya vergi sistemi haqqında bilmədiklərimiz

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik. Beləliklə, bu dəfəki yazıda Avstraliya vergi sistemi haqqında danışacağıq.

Avstraliyada hüququ şəxslərlə bağlı maliyyə hesabatı maliyyə hesabatlılığının beynəlxalq standartına (AİFRS) uyğun Avstraliya ekvivalenti hesab olunur.

Vergi rezidenti prinsipləri:

Avstraliya özünün vergi rezidenti kimi hüquqi şəxs olaraq o şəxsləri tanıyır ki, əgər onun nəzarəti və idarəetməsi Avstraliya ərazisində baş verir və ya sözügedən hüquqi şəxs Avstraliyada qeydiyyatdan keçib.

Vergi prinsipi:

Avstraliyada rezidentlərin bütün gəlirləri, dünyanın hansı ölkəsində əldə olunmasından asılı olmayaraq, vergi ödənilməsinə cəlb olunur. Qeyri-rezidentlərin isə yalnız Avstraliya ərazisində göstərdiyi fəaliyyət zamanı əldə etdikləri gəlirlər vergiyə cəlb olunur.

Vergiyə cəlb olunan gəlirlər:

İstənilən sahibkarlıq fəaliyyəti nəticəsində şirkətlərin əldə etdiyi gəlirlər, eləcə də dividendlər, faizlər və lisenziyalı ödənişlər, royaltilər vergiyə cəlb olunur. Vergilərə cəlb olunmayan əhəmiyyətli xərclər siyahısına şirkətlərin maliyyə hesabatı ilində öz təsərrüfat fəaliyyətlərinə sərf etdikləri vəsaitlər daxil edilmir.

Dividendlərdən vergilər:

Avstraliya şirkətləri tərəfindən ayrılmış dividendlərin məbləğinə dəyərsizləşmiş kreditin tətbiqi nəticəsində yaranan səhmdarların gəlirləri daxil edilmir.

Kapital artımına görə vergi:

Kapital artımına görə vergi Avstraliyada korporativ gəlirlər vergisi ödənişləri üçün nəzərdə tutulan həcmdə və qaydada ödənilir. Əcnəbi sərmayəçilər bilavasitə Avstraliya ərazisində olan kapital artımı ilə əlaqəli aktivlərə görə vergi ödəyirlər.

Zərərlər üzrə vergiyə cəlbolunma:

Avstraliya hüquqi şəxslərinin fəaliyyəti nəticəsində yaranan zərərlər müddətinə görə qeyri-məhdud zaman ərzində növbəti hesabata qədər qorunub saxlanıla bilər, yalnız bir şərtlə ki, daimi səhmdarların sayı 50%-dən az olmasın.

Korporativ vergi faizi:

Avstraliyada gəlir vergisi ilə bağlı korporativ faiz 30% səviyyəsində müəyyən edilib.

Fiksasiya olunmuş ən aşağı vergi faizi:

Avstraliyada belə bir vergi faizi mövcud deyil.

Faiz gəlirləri:

Bu ölkədə qeyri-rezident sayılan hüquqi şəxslərin faiz şəklində əldə etdikləri gəlirlərdən əgər, dövlətlərarası digər müvafiq razılaşmalar nəzərdə tutulmayıbsa,  əksər hallarda 10% ilə vergi tutulur.

Lisenziyalı ödənişlər, qonorarlar və royaltilər:

Əgər, dövlətlərarası digər müvafiq razılışma şərtləri nəzərdə tutulmayıbsa, qeyri-rezident sayılan hüquqi şəxslərdən kapital mənbələrinə görə vergi kimi Avstraliya ərazisində royalti 30% səviyyəsində müəyyən edilib.

Dividendlər:

Əgər şirkətlər öncədən öz öhdəliklərinə uyğun vergiləri tam ödəmişlərsə, onda qeyri-rezident səhmdarların dividendləri 0% ilə vergiyə cəlb olunur, yox, əgər şirkət bunu öncədən etməyibsə, onda vergi faizi qeyri-rezident səhmdarlar üçün faiz 30% təşkil edəcək.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Avstraliya vergi sistemi