» » » E-kassanın növləri hansılardır?

E-kassanın növləri hansılardır?

posted in: Xəbər | 0
birbank biznes
E-kassaƏhali ilə nağd və nağdsız hesablaşma üçün istifadə edilən e-kassalar funksional xüsusiyyətləri və əməliyyat qabiliyyətlərinə görə aşağıdakı qruplardan birinə uyğun olmalıdır:
          – 1-ci qrup – proqram aparat növlü e-kassalar;
          – 2-ci qrup – portativ proqram növlü e-kassalar.
E-kassaların hər iki qrupu e-kassa operatoru tərəfindən quraşdırılmış e-kassa ilə birgə verilən hesablama qurğusuna əsaslanır və portalın “E-kassanın tərkibi” bölümündəki bütün tələblərə cavab verir.
Qeyd olunan tələblərlə yanaşı, 1-ci qrup, yəni proqram aparat növlü e-kassalar müxtəlif qiymətli istiqrazlar və metal pul kütlələri (sikkə) üçün nəzərdə tutulmuş çəkməcəli pul qutusuna malikdir.
2-ci qrup, yəni portativ proqram növlü e-kassalar öz enerji mənbəyi oduğundan, xarici enerji mənbələrinə qoşulmadan ən azı 4 saat ərzində davamlı fəaliyyəti göstərə bilir.
Bunun üçün də e-kassaların bu növü avtonom enerji mənbəyi ilə təchiz olunmalıdır.
Mənbə: e-kassa.gov.az