“Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizə ”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK -nın 19.07.2013 -cü il tarixli 190 nömr əli Qərarı – Vergilər nazirinin 02.07.2013 – cü il tarixli 1317040100691900 nömrəli və 16.09.2013 -cü il tarixli 1317040101004200 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD -nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD -da uçotda olan vergi ödəyicil əri üçün), Naxçıvan MR VN -nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ – nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN – nin struktur bölmələri, MGD -nin İqtisadi təhlil idarəsi, BŞLGD -nin, BŞKSİD -nin, ƏVD v ə ƏVİ -nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri/şöbələri, RVŞ -nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)

Elektronlaşdırma səviyyəsi: – 

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
 Vergi partnyorluğu Sazişi

E-qaimə dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır

posted in: Xəbər | 0

2018-ci il yanvarın 1-dən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir.

Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilir.

Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

 

Nazirliyin şərhi

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov bildirib ki:

Elektron qaimə-fakturaların tətbiqi həm idxal olunan malların, həm də ölkə daxilində istehsal edilən malların satış dövriyyələrinin əhəmiyyətli şəkildə şəffaflaşmasına şərait yaradıb: “Elektron qaimə-fakturalar birmənalı şəkildə bütün sahibkarlıq subyektlərində tətbiq edilir.

Kassa aparatlarının tətbiqi məcburi olan iaşə, pərakəndə ticarət sahələrində istehlakçılara mallar, işlər, xidmətlər təqdim olunarkən qaimə-fakturaların tətbiqi nəzərdə tutulmur. Elektron qaimə-fakturalar sahibkarlıq subyektləri arasındakı əməliyyatlara aiddir və bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə tənzimlənir”.

Baş direktor elektron qaimə-fakturaların sahibkarlar üçün çox mühüm üstünlüklər yaratdığını da diqqətə çatdırıb. Deyib ki, kağız daşıyıcıda olan qaimə-fakturaların tamamilə aradan qaldırılması və əməliyyatların rəsmiləşdirilməsinin elektron qaydada aparılması sahibkarların işini daha da asanlaşdırıb.

“Əvvəllər sahibkarlar kağız qaimələri sifariş etmək üçün mətbəələrə müraciət edirdi ki, bu da həm vaxt itkisinə, həm də maliyyə məsrəflərinə səbəb olurdu. Artıq belə bir elektron xidmətin istifadəyə verilməsi, elektron qaimə-fakturaların bütün ölkə üzrə tətbiqi həm sahibkarlar tərəfindən məmnunluqla qarşılanır, həm də Vergilər Nazirliyi tərəfindən dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır”.

İqtisadçı rəyi

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, qanunvericiliyə uyğun olaraq e-qaimə-faktura sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların və xidmətlərin alışı zamanı mütləq xarakter daşıyır. Və 2018-ci ildən etibarən müvafiq öhdəliyin yerinə yetirilməməsi sanksiya predmeti hesab edilir. Bu zaman tətbiq edilən sanksiyanın həcmi sahibkarın aldığı mal və xidmətlərin 40 faizinə qədər yüksələ bilir. Bu nə deməkdir?

Tutaq ki, hər hansı bir sahibkar 10.000 manat məbləğində məhsul alışını həyata keçirib, e-qaimə-faktura tələb etməyib. Əgər bu hal artıq 3-cü dəfə baş verirsə, bu zaman subyektə 4.000 manat məbləğində sanksiya tətbiq edilir. Amma, təəsüfflə qeyd etmək lazımdır ki, hələ də iqtisadiyyatın mövcud infrastrukturu sahibkarların qanuni fəaliyyəti üçün ciddi problem yaradır.

E-qaimənin sahibkar üçün aşağıdakı müsbət tərəfləri var:

Birincisi, sahibkar qanunvericiliyin müvafiq tələblərinə uyğun fəaliyyət göstərərək xərcləmələri həyata keçirə bilir. Bilirsiniz ki, 2017-ci ildən etibarən fiziki şəxslər ayda 15 min manat, hüquqi şəxslər isə 30 min manat nağd əməliyyat apara bilər. Bank köçürmələri ilə isə yalnız qanuna uyğun əməliyyatlar həyata keçirilə bilir. Bu zaman sahibkar e-qaimə-faktura tələb etməklə öz fəaliyyətini rəsmiləşdirə bilir.

İkincisi, rəsmi xərcləmələrin həyata keçirilməsi sahibkarın real mənfəətinin üzə çıxarılmasına imkan yaradır. Nəticədə o, əslində sahibkarlıq xərci olan lakin sənədlər olmadığından bunun sübutu mümkün olmayan gəlir üçün əlavə vergi ödəmək məcburiyyətində qalmır.

Məsələnin digər tərəfi də var: məsələn, sahibkar əsas vəsaitlərin artırılması məqsədilə nəsə alır. Bu zaman rəsmi sənədin olması bu xərclərin vergi öhdəliyi üzrə müvafiq güzəştlərdən istifadəsinə hüquqi imkan yaratmış olur.

Nəhayət, sahibkar qanuni fəaliyyət göstərməklə sanksiyalara məruz qalmır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
e-qaimə

Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

MüavinətMüavinət məbləği ƏDV bəyannaməsində necə göstərilməlidir? Müavinət məbləği ƏDV EDV


Sual:

Bilirik ki, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət və qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olunur.

Sualım belədir: Həmin müavinət məbləği ƏDV bəyannaməsində (muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində) və muzdlu işlə əlaqədar ÖMV bəyannamələrində əks edilməlidirmi?

Cavab:

Bildiririk ki, hamiləliyə və doğuma görə müavinət muzdlu işlə əlaqədar alınan gəlirin tərkib hissəsi kimi “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 330-cu və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 901-ci sətrində, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinəti kimi isə aylıq gəlirin həcmindən asılı olaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 901.2.2.3-cü və ya 901.3.2.3-cü sətrində əks etidirilməlidir.

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş ““Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Müavinət məbləği ƏDV EDV

Əsas vəsaitlər üzrə Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Əsas vəsaitlər üzrə Mühasib / İşəgötürən: ATEF Şirkətlər Qrupu MMC

Əmək Haqqı: 700 – 900 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: (012) 452-20-41
  • E-mail: hr@atef.azinfo@finstaff.az

İş barədə məlumat

– İş yeri: Azərbaycan, Suraxanı rayonu, Əmircan qəsəbəsi
– Tam sosial təminat (məzuniyyət və s.)
– 6 günlük iş həftəsi, saat 08:00-dan 17:00-dək
– Nahar fasiləsi: 12:00-dan 13:00-dək
– Nahar müəssisə tərəfindən təmin edilir
– Şirkətin balansında olan bütün Əsas vəsaitləri yenidən yoxlamaq
– Hər bir əsas vəsaitin özünə aid verilmiş İnventar nömrəsini qeyd etmək və üzərinə yapışdırmaq
– Şəkillərini çəkib mövcud sistəmə yerləşdirmək
– Hər bir sex sahə üzrə invertarizasiya bitdikdən sonra əsas vəsaitləri məsul şəxslərə təhkim etmək
– Yeni sifariş verilmiş gələn əsas vəsaitləri strukturun tələbinə şəkildə məsul sahələrə təhkim etmək
– Zavodlar arasında əsas vəsaitlərin yerdəyişməsi olarsa birbaşa məsul şəxs kimi yerdəyişməni təmin etmək

Namizədə tələblər

– Kompüter bilikləri – Excell, Logo Tiger və MS office proqramları
– Dil bilikləri – Azərbaycan, Rus və İngilis dili
– Sürücülük kateqoriyası – B
– Fikrini izah etmək qablilləti
– Ezamiyyə imkanları
– Ünsiyyət yaratmaq bacarığı
– İşə planlı yanaşması
– Fəal olması və komandada işləmək bacarığı

Müraciət üçün son tarix: 11 avqust 2019

Bu vəzifəyə müraciət etmək üçün cv-ni hr@atef.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib