Daha çox8
Daha çox8

Turizm şirkəti xaricdə yerləşən otelə ödəmə edərsə hansı vergilər yaranır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Turizm şirkəti xaricdə yerləşən otelə ödəmə edərsə hansı vergilər yaranır?

A MMC Azərbaycan Respublikasında Turizm Fəaliyyəti ilə məşğul olur. A MMC xarici ölkə vətəndaşları üçün tur paketlər təşkil edərək onlara satır.

Məsələn, Hindistanda yaşayan Hindistan vətandaşına 5 gün Azərbaycanda, daha sonra 4 gün Gürcüstanda, daha sonra isə 5 gün Türkiyə olmaqla Tur paket satır. Hindistan vətandaşı ümümi tur paketin dəyəri olan 4000,00 manat məbləği A MMC-nin Hindistandan bir başa Azərbaycandakı hesabına ödəyir. A MMC isə ödənilən 4000,00 manat məbləğdən Turun digər hissələri olan Turistin Gürcüstan və Türkiyə otellərində gecələmək üçün Gürcüstan və Türkiyə Respublikalarına ümümilikdə 2800,00 manat məbləğ ödəniş edir.

Sual:

A MMC Turun Digər hissələrinə ödədiyi 2800,00 manat məbləğdən Ödəmə mənbəyindən və ya 18% dərəcə ilə ƏDV si vergisi dövlət bücəsinə ödəməlidirmi?

Cavab:

Sorğunuzda qeyd olunan turizm fəaliyyətindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Bildiririk ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi tutulan əməliyyatın dəyəri isə vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir.

Bu baxımdan da istər rezident şəxslərdən, istər qeyri-rezident şəxslərdən göstərəcəyininiz xidmətlərin müqabilində əldə edəcəyiniz tam məbləğ ƏDV-yə cəlb olunmalıdır. Sorğunuzda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunan gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyini nəzərə alaraq həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Əsas:

Vergi Məcəlləsinin 104-cü, 125-ci, 159-cu, 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Turizm şirkəti vergilər

Ötən il dövlət büdcəsinin vergi gəlirlərinin 45,4 faizini ƏDV təşkil edib

posted in: Vergi, Xəbər | 0

Ötən il dövlət büdcəsinin vergi gəlirlərinin 45,4 faizini ƏDV təşkil edib

Hesablama Palatası Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir. Bu barədə danışan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir: “2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4 faizini təşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir. Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2 faizini, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2 faizini təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4 faizə enmiş, Komitənin payı isə artaraq 54,6 faizə yüksəlib”.

Onun sözlərinə görə, hesabat ilində Nazirlik xətti ilə daxilolması təmin edilmiş ƏDV-in məbləği 2017-ci illə müqayisədə 2,7 faiz, Komitə üzrə 32 faiz artıb.

O, qeyd edib ki, son illərdə ölkə üzrə ÜDM-in, eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi kimi əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcminin səngiməsi müşayiət olunub.

“Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyil idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir”, – deyə Hesablama Palatasının sədri bildirib.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV EDV

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı artıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı 18% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 7 111 hüquqi şəxs qeydiyyata alınıb, qeydiyyata alınan hüquqi şəxslərin mütləq əksəriyyəti elektron qeydiyyat xidmətindən istifadə ediblər.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2019-cu ilin ilk yarısında qeydiyyata alınmış hüquqi  şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb. E-qeydiyyatın xüsusi çəkisi isə 79,6 %-dən 85,7%-ə yüksəlib.

“Yeni elektron qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir. Və sahibkarlar üçün bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır.

Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi sənəd olaraq bütün:

  • dövlət qurumları;
  • banklar;
  • notariuslar və digər təşkilatlar tərəfindən elektron formada qəbul edilməsi təmin edilir”, – deyə Nazirlikdən bildirilib.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
hüquqi şəxslərin sayı

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

Vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış qeyri-yaşayış sahəsi açıq hərrac qaydasında təqdim edilərkən hərrac təşkilatı tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulurmu?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, açıq hərrac qaydasında təqdim olunmuş yaşayış və qeyri-yaşayış sahələrinə görə hərracın nəticələrini təsdiq edən təşkilatlar tərəfindən sadələşdirilmiş vergi tutulur. Lakin vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış yaşayış və qeyri-yaşayış sahələrinin açıq hərrac qaydasında təqdim edilməsindən vergi tutulmur.

Əsas: Vergi Məcəlləsi, 150.1.13-cü maddə

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sadələşdirilmiş vergi
error: Content is protected !!