Bu halda əmlak vergisindən azad olma necə nəzərə alınır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Bu halda əmlak vergisindən azad olma necə nəzərə alınır?

Sual 1.

Şirkətin balansında rabitə və enerji ötürücü xətləri vardır. Bu xətlərin bir hissəsi şirkət xaricində olmaqla ötürücü funksiya daşıyır, bir hissəsi isə bina daxilidir. Rabitə və enerji ötürücü xətlərinin dəyəri əmlak vergisindən azaddırmı? (əmlak vergisi, emlak vergisi)

2. Yanğından mühafizə avadanlıqlarının dəyəri (məsələn, yanğın şiti, yanğınsöndürmə balonları, yanğın xətti, yanğın söndürmə sistemi) əmlak vergisindən azaddırmı?

Cavab 1.

Vergi Məcəlləsinin 199.4.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin, peyklərin və digər kosmik obyektlərin dəyərində azaldılır.

Vergi Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan azadolmalar müəssisələr tərəfindən istehsal edilmiş məhsulların istehlakçılara çatdırılması üçün istifadə etdikləri məhsul ötürən kəmərləri, rabitə və enerji ötürən xətlərini, daşımaların həyata keçirilməsi üçün istifadə edilən dəmir və avtomobil yollarını, həmçinin meliorasiya və suvarma sisteminə aid olan təsərrüfat subyektlərinin (obyektlərinin) (ayrıca uçota alınmaqla kodlaşdırılmış) əmlaklarını əhatə edir.

Cavab 2.

Vergi Məcəlləsinin 199.4.1-ci maddəsinə əsasən ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin dəyəri əmlak vergisindən azad edilir.

Bax: Vergi Məcəlləsinin 199.4.1-ci və 199.4.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmlak vergisi

İnsan Resursları Departamentinə Təcrübəçi tələb olunur

Təcrübəçi VakansiyaVakansiya: İnsan Resursları Departamentinə Təcrübəçi

İşəgötürən: Avrora

İş şəraiti

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• İş vaxtı: 08:00-dan 17:00-dək;
• İş yeri: Hökməli qəsəbəsi
• Nahar və servis şirkət tərəfindən təmin olunur;
• Təcrübə ödənişlidir;
• Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilir.

Tələblər

• Ali təhsil;
• Yaş: 21-25;
• Cinsi: kişi;
• Yaxşı ünsiyyət qurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• MBA (İnsan Resursları üzrə) və ya HR Təlimlərində iştirak edən namizədlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə təcrübəçi” yazaraq hr@avrora.az / info@finstaff.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Təcrübəçi

Malların elektron qaimə-faktura verilmədən satılmasına görə sanksiya tətbiq edilir

posted in: Vergi, Xəbər | 0

Malların elektron qaimə-faktura verilmədən satılmasına görə sanksiya tətbiq edilir

Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

Elektron qaimə-fakturaların tətbiqi:

  • vergi inzibatçılığının sadələşdirilməsinə;
  • vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə;
  • vergidən yayınma hallarının azaldılmasına;
  • vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir.

2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb. Dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir.

Yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur. Və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir.

Vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa:

  • birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi;
  • ikinci dəfə 20 faizi;
  • üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron qaimə-faktura

Bəzi mallar idxal gömrük rüsumundan azad edildi

posted in: Xəbər | 0

Azərbaycanda polistirol sopolimeri idxal gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən polistirol sopolimeri idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, polistirolun sopolimerinin A-B-A blok-sopolimeri idxal gömrük rüsumundan azad edilib.

Qeyd edək ki, polistirol benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen alüminium xloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir. Polistirol ucuz böyük həcmli termoplastdır, yüksək bərkliyi, yaxşı dielektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir. Asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütlədə və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, ştamplama üsullarının tətbiqi ilə lazımı formaya salınır.

Polistirol kütlə və ya köpüklü plastik kimi istifadə olunur. Ondan tökmə sənayesində modellər hazırlanır, üyüdülmüş halda içlik materiallarına da daxil edilir. Bundan əlavə, polistiroldan avtomobil, radotexnika, məişət texnikasının hazırlanmasında geniş istifadə olunur. Həmçinin kauçuk və digər plastik kütlələrlə qarışıq şəklində də tətbiq olunur.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
idxal gömrük