Polşa vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Polşa vergi sistemiPolşa vergi sistemi haqqında bilmədiklərimiz

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Polşa vergi sistemi haqqında danışacağıq.

Polşada kapital artımına görə xüsusi vergi tarifi yoxdur. Kapital artımı başlıca olaraq fiziki şəxslərin və ya şirkətlərin adi gəlir tariflərinə əlavə olunur.

Şəraitdən asılı olaraq, əgər fiziki şəxs öz daşınmaz əmlakını aldıqdan 5 il sonra satarsa, kapital artımına görə vergidən azad olunur. Yox, əmlak əgər 5 il ərzində satılarsa onda 19% tarifi ilə vergiyə cəlb olunur. Fiziki şəxslər səhmlərin satışından əldə etdikəri gəlirə görə də 19% tarifi ilə vergiyə cəlb olunurlar.

Polşada fiziki şəxslər dividendlər və faizli gəlirlərə görə də 19% tarifi ilə vergi ödəyirlər.

Polşada vergi mənbəyindən vergi ödənişləri.

Sosial sığorta ödənişləri əlillik, xəstəik və bədbəxt hadisələrdən sığorta olunma ilə bağlı halları özündə ehtiva edir.

Həmin ödənişlər bu cür proporsiyada ödənilir:

İşəgötürən 17,48-20,14%

İşçi 13,71%

Qeyd: sosial sığorta üzrə ödənişlər maksimum ölçü ilə məhdudlaşır.

Qeyri-rezidentlərin vergi mənbələrindən vergilər isə bu cədvələ əsasən tutulur:

  1. a) Dividendlər – 19%
  2. b) Müəllif ödənişləri – 20%
  3. c) Kapital fazilərindən – 20%
  4. d) Xidmətlər – 20%
  5. e) Pul köçürmə sahəsi – 0%

Şərh: əcnəbi vətəndaşlar üçün dividendlər, royalti və sərmayədən paylanan vergi mənbəyindən vergi çıxışı ikiqat vergitutmanın qarşısını almaq üçün bir vasitədir. Avropa Birliyindən olan rezident-şirkətlərin polyak şirkətlərindən əldə etdikləri dividendlər vergi mənbəyindən olan vergi tutulmasına məruz qalmırlar.

Polşada vergi ili təqvim ili hesab olunur ki, o da dekabrın 31-də başa çatır.

Yalnız əməkhaqqı olaraq gəlir əldə edən fiziki şəxslərin illik gəlir bəyannaməsi təqdim etmək öhdəliyi yoxdur. Belə ki, işəgötürən həmin şəxsin əməkhaqqından vergi orqanlarına hər ay vergi ödəyir. Özünə çalışan şəxslər isə 11 ay müddətində hər ay, ayın 20-dək  avans ödənişləri etməlidirlər. Dekabr ayında isə noyabr və dekabr ayları üçün avans ödənişi edilir. İllik vergi bəyannaməsi isə aprelinn 30-da təqdim olunur.

Şirkətlər üçün bəyannamələrin təqdim olunması proseduru

Məhdud məsuliyyətli cəmiyyətlər (MMC) üçün də vergi avans ödənişləri, fiziki şəxslər üçün olduğu kimidir. Şirkətlər öz gəlirləri ilə bağlı bəyannamələri vergi orqanlarına martın 31-dək təqdim etməyə və vergilərlə bağlı fərqi ödəməyə borcludurlar. Gəlirlər haqda bəyannamənin son təqdim olunma tarixi sentyabrın 30-dur.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Polşa vergi sistemi

Qeyri-rezidentlərə ödənilən məbləğdən ödəmə mənbəyində verginin tutulması

posted in: Vergi, Xəbər | 0

Qeyri-rezidentlərə ödənilən məbləğdən ödəmə mənbəyində verginin tutulması

Vergi Məcəlləsinin 13.2.33-cu maddəsinə əsasən, yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azəbaycan Respublikasında yerləşən göndərilmə məntəqəsi ilə digər dövlətdəki təyinat məntəqəsi arasındakı daşınması beynəlxalq daşıma adlanır.

Vergi Məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən əldə edilən gəlirlər Azərbaycana aid edilir.

Məcəllənin 125.1.4-cu maddəsində isə göstərilir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın qeyri-rezidentə ödəmələrindən ödəmə mənbəyində 6 faiz vergi tutulmalıdır.

Qeyd edilənlərə əsasən, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən beynəlxalq daşıma sayılmayan, yəni xarici dövlətlərarası daşımalara görə qeyri-rezident şəxslərə ödənilən məbləğ ödəmə mənbəyində vergiyə cəlb olunmamalıdır.

Tutaq ki, “A” MMC ilə “B” MMC arasında bağlanmış müqavilə şərtlərinə əsasaən, “A” MMC “B” MMC-yə məxsus yükün Ukrayna dövlətində yerləşən məntəqədən Bakıda yerləşən məntəqəyə daşınmasını öz üzərinə göturub. “A” MMC “B” MMC-yə məxsus yükün ilkin olaraq Ukrayna dövlətinin Odessa limanından gəmi vasitəsilə Gürcüstan dövlətinin Poti limanına qədər daşınması üçün Ukrayna dövlətində fəaliyyət göstərən qeyri-rezident şəxslə müqavilə bağlayıb və qeyd olunan daşınmaya görə həmin qeyri-rezident şəxsə ödəniş edib.

Yükün Poti limanından Azərbaycan Respublikasındakı boşaldılma məntəqəsinə daşınması isə Gürcüstanda fəaliyyət göstərən digər qeyri-rezident şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilib və həmin qeyri-rezident şəxsə ödənilən gəlirdən ödəmə mənbəyində 6 faiz vergi tutulub.

Bu halda “A” MMC “B” MMC-yə məxsus yükün ilkin olaraq Odessa limanından gəmi vasıtəsilə Poti limanına qədər daşınması üçün qeyri-rezident şəxsə ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmalıdırmı?

Vergilər Nazirliyindən bildirilib ki, sorğuda qeyd olunan nəqliyyat daşımalarının Vergi Məcəlləsinin 13.2.33-cü maddəsində verilən beynəlxalq daşımalar anlayışına aid edilmədiyini nəzərə alaraq, həmin daşımaları həyata keçirən qeyri-rezidentə ödənilən məbləğdən vergi agenti (rezident müəssisə) tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır.

Vergi Məcəlləsinin 13.2.33-cü bəndində qeyd edilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit dedikdə, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma nəzərə tutulur.

Məcəllənin 125-ci maddəsi isə qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması qaydalarını aydınlaşdırır. Həmin maddənin 125.1.5-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə olunan gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirləri üzrə ödəmə mənbəyindən 10 faiz həcmində vergi tutulur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
qeyri-rezident

Əmlak vergisinin hesablanması

posted in: sual-cavab, Vergi, Xəbər | 0

əmlak vergisiSual: əmlak vergisi

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsini nəzərə alaraq aparılmış əməliyyatları ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər, yoxsa bir misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür?

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsində qeyd olunan şəxs tərəfindən bu il amortizasiya normasının 2 misli tətbiq edilmədiyi halda, həmin hal aşağı norma kimi tətbiq olunması hesab edilərək növbəti ildə 2 əmsal əlavə olaraq tətbiq edilə bilərmi?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar.

Bu kateqoriya vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür. Bu maddə ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilmədiyi halda, yaranan fərq növbəti ilə keçirilə bilər.

Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmlak vergisi

Veysəloğlu Şirkətlər Qrupu Mühasib tələb edir

vakansiya MühasibVeysəloğlu Şirkətlər Qrupu Mühasib tələb edir


Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını bizimlə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

 

 

Vakansiya: Mühasib / İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil (magistr təhsili arzu olunandır)

Vəzifə öhdəlikləri:

– Mühasibat hesablarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlər, mallar, maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, tədarükçülərin hesabı və göstərilən xidmətlər) yerinə yetirmək;
– Əmək haqqıların yoxlanması, sistem icrası və ödəmələri;
– Transfer, ləğv etmə, alış, qaytarma əməliyyatlarının icrası;
– Kassa sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi;
– Müştərək Şirkətlərlə üzləşmələrin aparılması;
– Təhtəlhesab şəxslərlə hesablaşmalar və onların uçotu.

Tələblər:

– Beynəlxalq Mühasibatlıq yanaşması və yeni hesab planı ilə işləmək;
– Mühasibat uçotu sahəsində iş təcrübəsi;
– MS Exceli yaxşı səviyyədə bilmək;
– Logo proqram biliyi arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: ferid.suleymanov@retail.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib vakansiya