1500 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: BSC Consulting Outsourcing Company

Əmək Haqqı: 1200 – 1500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: hr@bsc-group.az / info@finstaff.az

İş barədə məlumat

– Mühasibat, vergi uçotu və MDSS, Statistika ilə bağlı əməliyyatlar
– Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Balansın tərtib edilməsi
– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Mühasibat uçotu qaydalarına əsasən bütün sənədlərin tərtib edilməsi,yığılması və saxlanılması

– Peşəkar, mehriban komandada iş
– Etibarlı şirkətdə karyera
– Professional və maddi yüksəliş üçün perspektiv
– İş qrafiki: 9.00-18.00

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) ;
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;
– Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;
– Analitik düşüncə qabiliyyəti,proqnoz etmə bacarıqları;
– Liderlik xususiyyətləri,müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;
– Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli
– Problemləri təhlil və həll etmə bacarığı

Maraqlanan şəxslər xahiş olunur CV-lərini hr@bsc-group.az / info@finstaff.az ünvanına göndərsinlər.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi hazırlanarkən nələrə diqqət edilməlidir?

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsi hazırlanarkən nələrə diqqət edilməlidir?

qran

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qax rayonunda işəgötürənlər üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən verilən məlumata görə, seminarda bildirilib ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

Əmək müqaviləsinin bağlanması və hüquqi qüvvəyə mindikdən sonra işçi ilə işəgötürən arasındakı münasibətlərin tənzimlənməsi mövcud qanunvericilik aktları çərçivəsində həmin müqavilə ilə tənzimlənir. Əmək müqaviləsi bağlanarkən işçi və işəgötürənin hüquq və vəzifələri müqavilə ilə müəyyən edilmiş normalara əsasən müəyyən edilir. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir.

Seminarda, həmçinin, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-rəsmi məşğulluq və onun qarşısının alınması ilə əlaqədar çıxışlar olub. Bildirilib ki, rəsmiləşdirilməyən əmək münasibəti işçiləri əmək və sosial hüquqlardan məhrum edir, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələnir.

Tədbirdə müvafiq mövzularda maarifləndirici çap materialları paylanılıb, iştirakçıların sualları cavablandırılıb.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək müqaviləsi

1200 manat əmək haqqı ilə Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Ramco LLC

Əmək Haqqı: 1000 – 1200 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: hr-cv@ramco.azinfo@finstaff.az

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotu;
– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət;
– Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarının (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifarişi;

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

Namizədə tələblər

– Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
– Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
– Mühasibatlıqla bağlı yaxşı səviyyədə qanunvericilik bilikləri;
– Azərbaycan dili sərbəst, Xarici dil bilikləri olan namizədlərə üstünlük verilir;
– Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr-cv@ramco.az / info@finstaff.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib vakansiya

İşsizlərin qeydiyyata alınması Qaydalarında dəyişiklik edildi

posted in: Xəbər | 0

İşsizlərin qeydiyyata alınması Qaydalarında dəyişiklik edildi

işsizlərin qeydiyyata alınması

“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi və “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarının ləğv edilməsi barədə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 92; 2006, № 9, maddə 830; 2011, № 5, maddə 449; 2017, № 4, maddə 620) ləğv edilsin.
  3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                     Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 25 iyul
tarixli 327 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.1-ci maddəsinə əsasən hazırlanmışdır və işaxtaran və işsiz şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarında və “DOST” mərkəzlərində (bundan sonra – Mərkəz) qeydiyyata alınması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması

2.1. 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) forması Qanunun 5.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş “Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir.

2.2. Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.

2.3. MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir.

2.4. İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın Qanunun 4-cü maddəsinə uyğun olaraq məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir.

2.5. İşsiz kimi qeydiyyata alınan şəxsə münasib iş təklifi bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

3. Fərdi məşğulluq vərəqinin məzmunu və ondan istifadə edilməsi

3.1. Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman MAS-a daxil etdiyi və MEİS-dən əldə edilən məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.

3.2. Şəxsin bu Qaydaya uyğun olaraq işaxtaran və işsiz şəxs kimi qeydiyyata alınması zamanı elektron informasiya resurslarından əldə edilməsi mümkün olmayan fərdi məlumatları daxil etməsi üçün imkan yaradılır.

3.3. Fərdi məşğulluq vərəqində işaxtaran və işsiz şəxslə bağlı aşağıdakı məlumatlar yerləşdirilir: 3.3.1. fərdi məlumatlar, o cümlədən:

3.3.1.1. təhsili və peşəsi (ixtisası);

3.3.1.2. məşğulluq tarixçəsi (olduğu təqdirdə);

3.3.2. təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyəti.

3.4. Qanunun 5.6-cı maddəsinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin MAS-da real vaxt rejimində fərdi məşğulluq vərəqindən çıxarış əldə etmək hüququ vardır.

3.5. Qanunun 5.7-ci maddəsinə uyğun olaraq işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin ixtisası, peşəsi, sağlamlıq imkanlarının məhdudluğu və yaşayış ünvanı üzrə məlumatlar dəyişdiyi halda, onlar şəxsi kabinetlərindən istifadə etməklə, MEİSdə həmin məlumatları yeniləməlidirlər.

3.6. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər Qanunda nəzərdə tutulmuş aktiv məşğulluq tədbirinə cəlb edildiyi zaman bu barədə məlumatlar Mərkəz tərəfindən fərdi məşğulluq vərəqinə daxil edilir və MEİS tərəfindən avtomatik yoxlanılaraq yenilənir.

3.7. İşaxtaran və işsiz şəxsin qeydiyyatı ləğv edildikdə, fərdi məşğulluq vərəqi MAS-da deaktiv edilir və təkrar qeydiyyat zamanı aktivləşdirilərək, müvafiq qeydlərin aparılması davam etdirilir.

4. Münasib iş təklifi

4.1. Qanunun 5.5-ci maddəsinə uyğun olaraq şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir.

4.2. İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı MAS-a daxil edərək təsdiqləməlidir. Münasib işdən imtina etdiyi halda, işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Qanunun 6.1-ci, 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə, işaxtarana yeni münasib iş təklif edilir. Əks halda, bu hal münasib işdən imtina hesab edilir. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə mərkəz tərəfindən eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

4.3. İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir.

4.4. Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir.

4.5. İşəgötürən Mərkəzin bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.

4.6. İşaxtaranın işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə, siyahısı “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında isə əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda təsdiqlənir.

5. İşaxtaran və işsiz şəxslərin qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi və qeydiyyata
alınmasından imtina edilməsi

5.1. Qanunun 5.8-5.12-ci maddələri ilə müəyyən edilmiş hallar MEİS tərəfindən aşkar edildiyi halda, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin müvafiq olaraq qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi və qeydiyyata alınmasından imtina edilməsi barədə Mərkəz tərəfindən qərar qəbul olunur.

5.2. İşsiz kimi qeydiyyata alınmayan və ya Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün 1 (bir) aydan sonra təkrar müraciət etmək hüququna malikdir.

5.3. Qanunun 5.14-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.