Daha çox8
Daha çox8

Azərbaycanda nağdsız əməliyyatların həcmi kəskin artıb

posted in: Bank, Xəbər | 0

Azərbaycanda nağdsız əməliyyatların həcmi kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 mlrd. manat, sayı 25,378 mln. ədəd təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 5,1% və 41,3% çoxdur.

Hökumət Ödəniş Portalı (HÖP) üzərindən hesabat dövründə həyata keçirilən əməliyyatların həcmi 1,412 mlrd. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln. manatı nağdsız qaydada həyata keçirilib. Bu göstərici 2018-ci ilin ilk yarısı ilə müqayisədə 3,4 dəfə artıb.

Bu ilin iyunun 30-na ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 mln. ədədi ötüb. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olub. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artıb.

Hesabat dövründə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9,532 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil edib ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.

İyunun 30-na Azərbaycan üzrə bankomatların sayı 2571 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1 373-ü Bakı şəhərində, 1 198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63 396 ədəd olub ki, bunun da 25 747 ədədi təmassız POS-terminallardır. Ötən ilin analoji dövrü ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5 305 ədəd) artıb.

“Aparılan təhlillər bir daha göstərir ki, ölkədə rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın hədəflərinə nail olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək”, – deyə AMB-nin məlumatında deyilir.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
nağdsız əməliyyatlar

Əmək pensiyaları ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

Əmək pensiyaları ilə bağlı Qərarda dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 547; 2008, № 1, maddə 38, № 9, maddə 854; 2009, № 4, maddə 285; 2012, № 1, maddə 37; 2017, № 4, maddə 608) ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın II bölməsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

4. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası

Komissiyanın işçi qrupunda:

4. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan

orqanların aparatında:

rəhbər rəhbər
rəhbərin müavini rəhbərin müavini
böyük referent baş məsləhətçi
hüquqşünas böyük məsləhətçi
katib-inspektor məsləhətçi

 

Azərbaycan Respublikasının

Baş Naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək pensiyaları

Amortizasiya ayırmalarının gəlirdən çıxılması

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Amortizasiya ayırmalarının gəlirdən çıxılması

Kiçik sahibkarlıq subyekti olan müəssisə tərəfindən ilin sonuna qalıq dəyəri 50.000 manat olan tikiliyə görə amortizasiya ayırmaları gəlirdən hansı hədd daxilində çıxılır?

Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Buna əsasən, tikili üzrə illik amortizasiya normasına (7 faizə) 1,5 əmsalı tətbiq edilməklə və amortizasiya norması 10,5 faizə (7% x 1,5 = 10,5%) bərabər götürülməklə hesablanmış 5.250 manat (50.000 x 10,5%) məbləğ gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsi, 114.3-2-ci maddə

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
amortizasiya ayırmaları

Bölgəyə mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Buta Group

Əmək Haqqı: 600 – 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@butagroup.cominfo@finstaff.az

İş barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
– Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
– Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi; -Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi; -Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
– Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
– Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 6 iş günü, bazar istirahət günü

Müəssisə Kiçik sahibkarlıq subyekti meyarına daxildir. (İllik dövriyyəsi böyük deyildir)

Qeyd: iş yeri İsmayıllı rayonu,Kürdmaşı kəndində yerləşir.

Namizədə tələblər

– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
– Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
– Mühasibat hesablaşmaları
– Vergi məcəllələrini yüksək səviyyədə bilməli
– Logo proqramlarında yüksək səviyyədə işləmə bacarığı
– İş təcrübəsi: müvafiq vəzifədə 3 ildən yuxarı
– Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
– Məsuliyyətli, stressədavamlı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə hr@butagroup.com / info@finstaff.az email ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib
error: Content is protected !!