2019-cu ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə Yaddaş

posted in: Vergi, Xəbər | 0
2019-cu ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə 
Y A D D A Ş
Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr 
  • 2019-cu il üzrə hesablanmış torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2019-cu ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
2019-cu ilin iyul ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir). 
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin iyul ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin avqust ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Qeyd:  20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.
Mənbə: taxes.gov.az

E-kassadan istifadənin xüsusiyyətləri

posted in: Xəbər | 0

E-kassa və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu e-kassa istifadəçisi olan hüquqi şəxslərə və fərdi sahibkarlara e-kassa operatorları tərəfindən imzalanmış müqavilə əsasında təqdim olunur və e-kassa operatorunun təqdim etdiyi müvafiq təlimatlar əsasında istismar olunur. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə cavab verən e-kassa operatorları barədə məlumatı portalın “E-kassa operatorları və e-kassaların stoku” alt-bölməsindən əldə etmək olar.

E-kassa istifadəçiləri olan hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan qurğuların qorunmasını təmin etməlidir.

E-kassalara texniki baxış və onların təmiri, müvafiq müqavilə imzalanmaqla, e-kassa operatorları tərəfindən həyata keçirilir.

Hüquqi şəxslər və fərdi sahibkarlar e-kassaları Vergilər Nazirliyinin informasiya sistemləri bazasına müvafiq məlumatlar daxil olunduqdan sonra istifadə sahəsinə uyğun şəkildə istismar etməlidirlər.

E-kassaların istifadəsi aşağıdakı hallarda mümkün deyil:

  • e-kassa dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə;
  • unikal identifikatora malik çeki çap etmək mümkün olmadıqda;
  • e-kassa yararsız hala düşdükdə; e-kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
  • e-kassasının zavod və ya seriya nömrəsi sertifikatda göstərilən nömrə ilə uyğun olmadıqda;
  • qanunvericilikdə nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsi mümkün olmadıqda;
  • nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda; nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.

Mənbə: e-kassa.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Asan İmzaXidmətin adı: Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər üçün) Asan İmza Simkartı

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə” – şəxsiyyəti təsdiq edən sənədin surəti – notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) – Asan İmza SİM-kartı – Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun – NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı – Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti

Emal müddəti nəzərə alınmaql a müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə – Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
 Asan İmza Simkartı

Azərbaycandan kənara 1000 dollar və daha çox valyuta köçürən fiziki şəxslər barədə hesabat hazırlanacaq

posted in: Bank, Xəbər | 0

Azərbaycandan kənara 1000 dollar və daha çox valyuta köçürən fiziki şəxslər barədə hesabat hazırlanacaq

 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair Təlimat”ı təsdiqləyib.

Təlimat Mərkəzi Bankı tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsi məqsədilə hazırlanıb.

Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabat banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən tərtib olunmalıdır.

Hesabatda fiziki şəxslərin bank hesablarından 1 000 ABŞ dolları ekvivalentində və ondan artıq məbləğdə xarici valyutanın rezident və qeyri-rezident təsnifatı üzrə köçürülməsi tarixi, valyutanın adı, vəsait köçürülən ölkənin tam adı, köçürmənin məqsədi, köçürülən məbləğ (köçürülən xarici valyutada və ABŞ dolları ekvivalentində) və əməliyyatların sayı əks olunmalıdır.

Hesabata statistik vahidlərin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan valyuta əməliyyatları ilə bağlı məlumatlar daxil edilmir. Hesabatda köçürülən xarici valyuta yalnız ABŞ dolları ilə qeyd edilir.

ABŞ dolları istisna olmaqla, digər xarici valyutalarda köçürmələr əməliyyatın icra edildiyi günə manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə ABŞ dolları ekvivalentində əks olunmalıdır.  Hesabatda fiziki şəxslərin hesab açmadan apardıqları pul köçürmə əməliyyatları barədə məlumatlar qeyd edilmir.

Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilir.

Əməliyyat baş verməyən hallarda hesabatda həmin göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunur. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
xarici valyuta